Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

Mənsur kimi dərisini soyaram. 

Koroğlunu qızıl qana boyaram, 

Aşıq, bizə Təkə-Türkman deyərlər. 

Aşıq Cünun: 

Dava günü qulac qolu qayıtmaz, 

Nərəsindən gecə iyidlər yatmaz. 

Yerdə olsan, göydə olsan, unutmaz, 

Arar, axır bular Koroğlu səni. 

Eyvaz: 

Köhlən minib çıxar olsam yoluma



Kim yapışar rikabıma, qoluma? 

Koroğlu sağıma, Həsən soluma, 

Aşıq, bizə Təkə-Türkman deyərlər! 

Aşıq Cünun: 

Dağların başında yel kimin əsər, 

Bir qılınca yetmiş yeddi baş kəsər, 

Tərlan gəmişdirib Çənlidə küsər, 

Gələr qıya, çalar Koroğlu səni. 

Eyvaz: 

Türkmanların say-seçməsin yığaram, 



Bulud olub Çənlibelə yağaram, 

Koroğlunu özüm tutub boğaram, 

Aşıq, bizə Təkə-Türkman deyərlər! 

Aşıq Cünun: 

Cünun Koroğluya bir şirin nökər, 

Düşmanın üstünə göydən od tökər

Şığıyıb Qıratın tərkinə çəkər, 

Əziz-xələf qılar Koroğlu səni! 

Eyvaz: 

Hayqırıb meydanda açsam qol-qanat, 



Qarı düşman qabağımda olar mat, 

Eyvazı qorxutmaz Koroğlu, Qırat, 

Aşıq, bizə Təkə-Türkman deyərlər. 

Aşıq Cünun istədi ki, hərbə-zorba ilə, söz güləşdirmə ilə Eyvazı 

qorxudub özü ilə Çənlibelə aparsın. Bir də Koroğlunu Çənlibeldən 

buraya gətirib götür qoya, zəhmətə salmasın. Gördü yox, bu o deyilənlərdən 

deyil, hər belə zarafatlarnan qorxası canavar deyil. Bir az da 

artıq danışsa çömçəsini alıb başına çalar. Aşıq Cünun gizlicə Eyvazın 

əsil-soyunu, yer yurdunu yaxşıca öyrəndi. Toyun sabahı günü yolu 

əlinə alıb Çənlibel sənsən getdi, gecə gündüzə saldı, yolun damarını 

kəsib hər yerdən keçdi, gəldi bir sabah ertəsi Çənlibelə çatdı. Koroğlu, 

dəlilər, xanımlar onu görüb başına yığışdılar. Görüşəndən sonra yetmiş 

yeddi yerdən dedilər: 

– Ay aşıq Cünun, haraları, gəzdin, nə gördün, nə eşitdin? Niyə belə 

gec gəldin? 

Onların cavabında aşıq Cünun sazını götürüb görək nə dedi: 




Vardım şəhərə, obaya, 

Keçdi zimistan, yaz gördüm. 

Uğradım çölə, səhraya, 

Bulaq üstə yarpız gördüm. 

Dən-dən oldu dağlarda qar

Bağlar gətirdi heyva, nar. 

Dolandı qış, gəldi bahar, 

Göllərdə ördək, qaz gördüm. 

Dolandım neçə oymağı, 

Keçdim düzü, aşdım dağı, 

Hələb qəsri, Bağdad bağı, 

Döşənmiş payandaz gördüm. 

Gedəndə mənə oldu tuş 

Qars, Qağızman, İstanbul, Muş, 

Çanaqqala, Sarıqamış 

İgidlərin şahbaz gördüm. 

Alacalardan aşanda, 

Ərzurumu dolaşanda, 

Qənimlərtək savaşanda 

Gözü qanlı xırsız gördüm. 

Əyri qılıncı belində, 

Tərifi mərdlər dilində, 

O Təkə-Türkman elində, 

Qassaboğlu Eyvaz gördüm. 

Laçın kimi göydə süzür, 

Namərdlər bağrını əzir, 

Məclisində sağı gəzir, 

Ortada söhbət, saz gördüm. 

Aşıq Cünun, de üz barı, 

Dolandım dünyanı yarı, 

Qoç Koroğlunu, Nigarı, 

Eyvaz tək əri az gördüm. 

Aşıq Cünuna cavabında Koroğlu üzünü başındakı xanlara, bəylərə, 

paşalara qan udduran, tacirlərə tük saldıran iyid dəlilərə tutub, aldı 

görək nə dedi: 

Yığılın dəlilər, məclis başına, 

Verin şirin badə, cana nuş olsun! 

Vurun nərdtaxtanı, gəlib oynayaq, 

Atın ağ zərləri, şeşi-beş olsun! 

Bir xələt biçərəm Eyvaz boyundan, 

İncimərəm xasyətindən, xoyundan, 

Kəsin tunclulardan, qırın qoyundan, 

Yeyin dəlilərim, keflər xoş olsun! 

Uca dağlar başın almasın duman, 

Koroğlu könlünə gəlməsin guman

Verrəm o iyidə beş yüz min tümən 




Qansırqada gələn qannı baş olsun!.. 

Dəli Mehtər Qıratı ifçin yəhərləyib onun barabarına gətirdi. Koroğlu 

xanımlarla, dəlilərlə görüşdü, halallaşdı. Qıratı minmək istəyəndə Nigar 

irəli yeriyib dedi: 

– Ay Koroğlu, Təkə-Türkman kimi qorxulu, uzaq səfərə gedirsən, 

qoy dəlilərdən bir neçəsi yanında getsin, demək olmaz, birdən davazad 

olar, sənin üçün yalqız yaxşı keçməz. 

Koroğlu dedi: 

– Nigar xanım, sən Çənlibeldən, dəlilərdən yaxşı muğayat ol, 

məndən qorxma. Qırat ki, altımdadı mənə zaval yoxdu, haradan olsa, 

vurub, yarıb salamat çıxacam. Ürəyini sıxma, bir neçə günə Eyvazı 

gətirib çatdıraram sənə. 

Koroğlu Qıratın ziltəngini bərkitdi. Bir əlini yalmanına atıb belinə 

sıçradı. Dəlilər, xanımlar Koroğlunun elə Qırata sıçramağın gördülər. 

Qırat yel kimi əsdi, quş kimi uçdu, gədikləri keçdi, bellər aşdı, yoxuşlar 

çıxdı, enişlər endi, yerin damarını kəsib neçə gündən sonra TəkəTürkmanın 

yaxınlığına çatdı. Koroğlu uzun yol gəlmişdi, həm acımışdı, 

həm də yorulmuşdu. İstədi ki, düşüb atı dincəltsin, özü də bir az 

yeməkdən-zaddan tapsın yesin. O yan bu yana göz gəzdirirdi, bir də 

gördü ki, yoldan bir az aralı bir çoban qoyun otarır. Düşüb Qıratı otlamağa 

ötürdü, özü çobanın yanına gəlib dedi: 

– Çoban qardaş, atalar deyiblər ki, acdın çobana, yoruldun sarbana. 

Çörəkdən zaddan nəyin var? 

Çoban dedi: 

– Süd boldu, ancaq çörək bir az qonağa layiq deyil, dünəndən qalıb 

quruyub. 

Koroğlu dedi: 

– Bəri ver görüm, ziyan yoxdu. Bu çölün düzündə nə quru, nə 

yumşaq? 

Çoban canlı, qüvvətli yekə bir adam idi. Çanaxı da batman yarım 

süd tuturdu. Amma çoban özü də çanaqdan qalan deyildi, yekə canlı 

bir adamdı. Qərəz, çoban çanağı əlinə alıb bir neçə qoyunu sağdı, elə 

ki, çanaq süd ilə doldu, gətirdi qoydu Koroğlunun qabağına. Çörək də 

gətirib dedi: 

– Qonaq qardaş, gərək məni bağışlayasan. Çörək çox qurudu. Heç 

bilməyirəm necə yeyəcəksən. 

Çobanın cavabında Koroğlu dedi: 

– Fikir eləmə, gətir bəri. Elə acam ki, daşdan yumşaq hər nə olsa 

yeyəcəyəm. 

Koroğlu quru çörəkləri doğrayıb südün içinə tökdü, çanaq ilə 

ağızbaağız süd doğramacı eyləyib əlinə də bir qaşıq alıb doğramacın 

üstünə düşdü. Doğramacı qaşıqlayıb bir göz yumub-açan vaxta qara 

bığların altından keçirtdi. Ona kimi Qırat da otlayıb doydu. 

Koroğlu öz-özünə fikir eləyib dedi: Mən Türkmana bu paltarla 

getsəm yəqin ki, tanıyarlar. Yaxşısı budu ki, paltarımı çobannan dəyişdirim. 

Bir az götür-qoydan sonra paltarını çoban ilə dəyişdi. Onunla 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə