Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

Bir iyid oğlan ucundan

Şeş atanda, beş inildər. 

Telli Nigar məlul durar, 

Əl qoynunda boynun burar, 

Mujganın sinəmə vurar, 

Göz oxşayar, qaş inildər. 

Könlümü namərdlər yıxsa, 

Polad qolçaq qolum sıxsa, 

Misri qılınc qından çıxsa, 

Leş sərilər, baş inildər. 

Coşdu dəli könül, coşdu, 

Mövc verdi, kəllədən aşdı, 

Bir meşəyə ki, od düşdü, 

Quru yanar, yaş inildər. 

Koroğluyam, sözüm çoxdu, 

Sözlərim peykanlı oxdu, 

Hansı iyidin sonu yoxdu

Ocaq sönər, daş inildər. 

Elə ki, Koroğlu sözünü tamam elədi, Aşıq Cünun dedi: 

– Ay qoç Koroğlu, elə buna görə məlulsan? Buna nə var ki? Sənin 

mənim kimi aşığın var. Dünya mənim ayağımın altında sini kimidi. 

Gedərəm, hər yanı gəzərəm, axtararam, bir Rüstəm kimi iyid, Yusif 

kimi gözəl oğlan taparam, gəlib sənə xəbər verrəm, gətirib özünə oğul 

eləyərsən. 

Aşıq Cünunun bu məsləhətinə Koroğlu, dəlilər, xanımlar, hamısı 

razı oldu. Telli Nigar dedi: 

– Ay aşıq Cünun, nə vaxt bir belə iş eləsən mənim, Koroğlunun, 

dəlilərin hörməti sənin üstündən əksik olmaz. 

Bu söz Nigarın ağzından çıxan kimi aşıq Cünun sazını götürdü. 

Koroğluynan, dəlilərnən, xanımlarnan əltəmən olub yola düşdü. Dağ 

aşdı, dərə keçdi, neçə-neçə oymaqlar, neçə-neçə şəhərlər gəzdi, dövran 

açdı, məclislər qurdu, çox oğlanlar gördü, çox iyidlər nişanladı, 

amma qoç Koroğluya, alagöz Nigara layiq olan Rüstəm kimi iyid, Yusif 

kimi gözəl oğlan görmədi. Hər yerdən, hər torpaqdan keçib getdi, 

axşam üstə Təkə-Türkmanda bir obaya çıxdı. Gördü obanın çobançoluqları, 

cavanları sürülərini, naxırlarını yollardan, döşlərdən töküb 

qabaqlarında obaya haylayırlar. Onlar aşıq Cünunu görcək başına yığışıb 

dedilər: 

– Aşıq, nə yaxşı oldu, səni tapdıq. Bu gecə bizim obada toy məclisi 

var. 


Aşıq Cünun yaxasını qırağa çəkib getmək istədisə də, Türkman 

iyidləri əl çəkmədilər, onu özləri ilə apardılar. 

Axşam toy məclisi quruldu. Toy yiyəsi dövlətli bir adamdı. TəkəTürkmanın 

adlı-sanlı iyidləri, ağsaqqal, qarasaqqalları, cahal-cuhulları, 

qız-gəlinləri hamısı məmə yeyəndən pəpə deyənə toya yığılmışdılar. 

Yemək-içməkdən sonra aşıq Cünunu ortaya çıxartdılar. Soruşdular ki, 




ay aşıq, haradan gəlirsən, haraya gedirsən? Kimin aşığısan? 

Aşıq Cünun dedi: 

– Qoç Koroğlunun aşığıyam. Çənlibeldən gəlib Ərzuruma gedirdim. 

İyidlərdən birisi Koroğlu adını eşidib dedi: 

– Ay aşıq, Koroğlunu çox vurub tutan, iyid deyirlər. Bir onun 

şücaətindən, iyitliklərindən de, qulaq asaq. 

Aşıq Cünun sazı sinəsinə basıb, görək nə dedi: 

İyidlər oylağı o Çənlibeldə 

Daşdan qala quran qoç Koroğludu. 

Kinli paşalara meydan oxuyan, 

Çox köhlənnər yoran qoç Koroğludu. 

Düşmanın üstünü quş tək aldıran, 

Aslanlar dişindən ovlar saldıran, 

Xaqanlar başına şeşpər çaldıran, 

Qulac qollar buran qoç Koroğludu. 

Dağları, daşları duman bürüsə

Qılınclar pas atıb qında çürüsə, 

Misir, İstanbul, Şam, tamam yerisə, 

Tək qabaqda duran qoç Koroğludu. 

Qayada tor qurub tərlanlar tutan, 

Yüz yağını birdən qol-qola çatan, 

Ərəbat döşünə sərdarlar qatan, 

Ər bağırlar yaran qoç Koroğludu. 

Cünun, əyləşiblər ərlər qarşında, 

Alaylar, başlanar tər savaşında, 

Yeddi min yeddi yüz dəli başında, 

Şahlar üstə varan qoç Koroğludu. 

Aşıq Cünun sözünü qurtarar-qurtarmaz toy adamları ona əl çaldılar, 

afərin dedilər. Bol nəmər yığdılar. Aşıq Cünun yığılan nəmərləri 

yiyələrinə qaytarıb dedi: 

– Qoç Koroğlunun malı, dövləti çoxdu. Mən belə qəpik-quruşlara 

tamah salıb Koroğlunun adını batırmaram. Mən nəmər, pul yığan aşıqlardan 

deyiləm. 

Dedilər: 

– Elə isə oxu, könlümüzü aç, dərdimizi, qəmimizi dağıt. 

Aşıq Cünun sazını götürüb istədi ki, yenə Koroğludan oxusun, bu 

zaman özünə qürrələnənlərdən biri ayağa durub dedi: 

– Ay aşıq, Koroğludan oxuduğun yetər, indi də bizim iyidlərdən 

oxu. 

Aşıq Cünun dedi: 



– Aşıq gördüyünü çağırar. Mən Koroğlunu görmüşəm, ondan oxuyuram. 

Buraya təzə gəlmişəm, sizin iyidləri görməmişəm, onlardan 

necə oxuyum? Məclisdə siz söyləyən adlı-sanlı iyid varsa, qalxsın, 

görüm, özünə layiq tərifini eləyim. 

Bu söz aşıq Cünunun ağzından çıxan kimi hər yandan: 

– Qəssəboğlu Eyvaz ayağa qalxsın, aşıq onun iyidliyinə baxıb tərif 




söyləsin – dedilər. 

Eyvaz ayağa qalxdı. Aşıq Cünun baxdı ki, vallah bu bir oğlandı ki, 

iyidlikdə Rüstəmzal, gözəllikdə Yusif onun əlinə su tökməyə 

yaramaz. Ürəyində dedi, ay gidi dünya, axtardığımı tapmışam. Elə 

Koroğlu, telli Nigara layiq oğlandı ki var. Aşıq Cünun coşa gəlib aldı, 

görək nə dedi: 

Məclis başında durubsan, 

Neçə iyidlər yorubsan, 

Qaşlarını nə qurubsan, 

Bürcə bənzər boyun, Eyvaz! 

Gözəllər pişvaza gələr, 

Doğan ana qədrin bilər, 

Alnın açıq, üzün gülər, 

Nə şirindi suyun, Eyvaz! 

Sən Yusifi-Kənansanmı? 

Paşasanmı, sultansanmı? 

Mələksənmi, insansanmı? 

Kimə çatar soyun, Eyvaz?! 

Çatmaz gücünə nər sənin, 

Adın dildə əzbər sənin, 

Koroğlu kimi ər sənin

Axır olur oyun, Eyvaz! 

Aşıq Cünun sənə heyran, 

Eləmə könlümü viran, 

Çənlibeldə qoyub nişan 

Bir tutaydım toyun, Eyvaz! 

Hər yandan kişilər, oğlanlar, qızlar, gəlinlər əl çaldılar. Aşıq Cünunu 

dönə-dönə alqışladılar. Sağ ol, sağ olun üstündən yağırdı. Aşıq Cünun 

genə də coşdu, başladı, görək nə dedi: 

Çənlibel başında əsrəmiş bir nər, 

Eyvaz, gələr alar Koroğlu səni 

Yıxar qayaları, atar dağları, 

Kəməndinə salar Koroğlu səni. 

Eyvaz Aşıq Cünunun Koroğlu ilə onu qoxutmasını görüb aldı cavabında 

görək nə dedi: 

İyidlikdə vardı eldə adımız 

Aşıq, bizə Təkə-Türkman deyərlər! 

Hara varsaq qabağımız qayıtmaz 

Aşıq, bizə Təkə-Türkman deyərlər! 

Aşıq Cünun: 

Dinib danışdığı davadı, dovdu, 

Söndürən ruzgardı, yandıran qovdu. 

Aləmi bürüyən sönməz alovdu, 

Alovlara qalar Koroğlu səni! 

Eyvaz: 

Düşman gözün oyun-oyun oyaram




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə