Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

Dolun libasa, yarağa, 

Atlılar getsin sorağa, 

Qoymaram gözdən irağa, 

Eyvazı pişvaz eləyin. 

Koroğlu oxunu qurub

Sevib, seçib, tərlan vurub, 

Qıratın tərkində durub, 

Eyvazı pişvaz eləyin. 

Külli məxluqat yığılı, 

Paylayın qəndi, noğulu, 

Koroğlunun qoç oğulu, 

Eyvazı pişvaz eləyin. 

Qoç dəlilər, açın qanat, 

Düzəldin məclis, toy, büsat, 

Götürün libas, qılınc, at, 

Eyvazı pişvaz eləyin. 

Ordu basan, qala yıxan, 

Pəncəsində pələng sıxan, 

Qəniminə qarşı çıxan, 

Eyvazı pişvaz eləyin. 

Xoş danışan, şirin gülən, 

Məclis aparmağın bilən, 

Dəlilərə sərdar gələn, 

Eyvazı pişvaz eləyin. 

Atı gətirər cövlana, 

Ox atar namərd düşmana, 

Nigar da Eyvaza ana

Eyvazı pişvaz eləyin. 

Nigar xanımın sözü ilə yeddi min yeddi yüz yetmiş yeddi dəli at 

belinə doldu. At, qılınc, xələt götürüb Koroğlu ilə Eyvazı pişvaz elədilər. 

Görüşdülər, danışdılar, şadlıq məclisi quruldu. Qoyunlar kəsildi, 

ətlər doğrandı, kabablar yeyildi, içkilər içildi. Güldülər, oynadılar, 

oxudular, damaxlar duruldu, keflər açıldı. Nigar Eyvazın üzündən öpdü

köynəyinin yaxasından keçirdib özünə oğul elədi. 



 

 

 

 

 


Koroğlu dastanı  

"Dəmirçioğlunun Çənlibelə gəlməyi" qolu 

Koroğlu bir gün Qıratı nallatmağa aparmışdı. Gəzib-gəzib axırda bazarın lap qurtaracağında 

kamil bir nalbənd tapdı.  

Atdan düşdü, nalbəndə salam verib Qıratı on un qabağına çəkdi.  

Nalbənd tez ayağa durub nalları Koroğlunun qabağına tökdü ki, hansını bəyənirsən 

özün seç.  

Koroğlu nalbəndi yaxşı kişi görüb onunla zarafat eləmək istədi.  

Nalları bir-bir götürüb əlində bircə dəfə sıxmaqla əzişdirib nalbəndə qaytarırdı ki: 

– Canım, bunlar ki, dəmir parçasıdı, nal gəti. 

Nalbənd heç bir söz deməyib təzədən Qıratın ayağını ölçüb dörd 

dənə yaxşı ifçin nal kəsib Qıratı nallamağa başladı. Nalbəndin Qırata 

gücü çatmırdı. Koroğlu özü qollarını yuxarı çırmadı. Qıratın sağ əlini 

yerdən götürdü. Belə-belə atın əllərini nalladılar. Nalbənd dal ayaqlarına 

gələndə Qırat yenidən bədnallıq elədi. Koroğlu nə qədər elədi 

Qıratın ayağını saxlaya bilmədi ki, bilmədi. 

Bunlar burada əlləşməkdə olsunlar, sənə kimdən xəbər verim, 

nalbəndin oğlundan. Nalbəndin bir yeniyetmə növrəstə cavan oğlu var 

idi. Adına xırdalığında uşaqlar Dəmirçioğlu demişdilər deyin elə 

böyümüşdü də hamı Dəmirçi deyib çağırırdı. 

Dəmirçioğlu iyirmi-iyirmi iki yaşlarında idi, amma sən gəl ki, 

zalım oğlu illə, ayla yox, günlə, saatla böyümüşdü. Elə iyid, ağıllı, 

kamallı oğlan idi ki, gəl görəsən. İgidlikdə, gücdə Rüstəm Zala bac 

verməzdi. Bir baxan istəyirdi, bir də baxsın. 

Koroğlu Qıratı nalbəndin qabağına çəkəndə Dəmirçioğlu dükanın 

içində idi. O, Koroğlunu tanımadı. Amma müştərini güclü, qüvvətli 

görüb axırını gözləyirdi ki, görsün o nə eləyəcək. Koroğlu nalları əzib 




yerə atanda istədi ki, çıxıb onun həddini göstərsin, sonra lənət şeytana 

deyib gözlədi ki, görək axırı nə eliyəcək. 

Elə ki, Dəmirçioğlu gördü ki, Koroğlu atın qıçını saxlaya bilmir

yavaşca damdan çıxdı, kirimiş gəlib Qıratın dal ayaqlarının ikisini də 

yerdən götürdü. At ha çapaladı, dal ayaqlarını Dəmirçioğlunun əlindən 

qurtara bilmədi. Axırda yorulub durdu. Dəmirçioğlu bir altdan yuxarı 

Koroğluya baxıb dedi: 

– İki-iki adam bir atın əlində aciz qalıblar. Ata, gəl nalla. 

Koroğlu bir oğlana baxdı, bir Qırata baxdı. Heç bir söz demədi. 

Amma lap mat-məhəttəl qalmışdı. Qərəz, nalbənd Qıratın dal ayaqlarını 

da nallayıb qurtardı. Koroğlu əlini cibinə salıb pul çıxartdı. Dəmirçioğlu 

pulları alıb mum kimi əzib Koroğlunun özünə qaytardı ki: 

– Verirsən əməlli pul ver, bu qırıq əzik-üzükləri niyə mənə verirsən. 

Koroğlu alıb pula baxdı, gördü doğrudan da elədi. Cibindən bir qədər 

də pul çıxardı ona verdi. Dəmirçioğlu bu dəfə pulları iki baş barmağı 

arasında sürtüb sikkələrini pozdu. Koroğlunun üstünə tullayıb dedi: 

– Mənə qəlp pul lazım deyil. Al saxla özünə. 

Koroğlu məsələni anladı. Bildi ki, hərif meydan oxuyur. Heç bir 

söz deməyib bu dəfə pulu nalbəndin özünə verdi. 

Koroğlu Qıratı minib getdi. Amma fikir onu götürmüşdü. Bilmirdi 

necə eləsin ki, Dəmirçioğlunu Çənlibelə gətirib dəlilərin içinə qatsın. 

Elə bu fikir-xiyal ilə gəlib Çənlibelə çatdı. Dəlilər onun qabağına 

çıxdılar. Amma baxdılar ki, Koroğlunun kefi üstündə deyil. Elə bil ki

dünyanın bütün dərdi-qəmi ona qalıb. Nə qədər soruşdular, Koroğlu 

heç bir söz demədi. Bu burada qalsın, sənə deyim Dəmirçioğlundan. 

Koroğlu atını sürüb gedəndən sonra nalbənd oğluna dedi: 

– Ay oğul, sən neylədin? Dinc oturduğumuz yerdə başımıza iş açdın. 

Dəmirçioğlu: 




– Ay ata, mən neylədim? Başına iş açdım. O sənin nallarını qırdı, 

mən də onun pullarını. Rahat oturaydı da. Bu adam uşaq-zad deyil ki, 

gəlib özünü göstərir. 

Nalbənd dedi: 

– Ay bala, heç bilirsən o kimdi? O paşalara, bəylərə qan udduran 

Çənlibelli qoç Koroğludu! 

Dəmirçioğlu dedi: 

– Ay ata, bunu niyə mənə əzəldən demədin ki, onu qatlayıb dizimin 

altına alaydım. Ax, onun Koroğluluğunu necə ona bildirərdim. 

Nalbənd oğlunu ha danladı ki, bala belə fikirlərdən daşın. O, qoç 

Koroğludu. Sən onunla bacara bilməzsən. Başa gəlmədi. Axırda atasından 

oğurlanıb bir kotan zəncirini də götürüb bel bağı əvəzinə belinə 

bağlayıb Çənlibelə yola düşdü. Özünə söz vermişdi ki, gərək lap onun 

Qıratını götürüb gələm. Qoy bundan sonra beş özündən deyəndə bir də 

məndən desin. Koroğlu, Koroğlu, mən də deyirəm ki, görəsən necə 

şeydi. Ona elə bir düdəmeyi-hindi gəlim ki, əlləzinəni əzbərdən 

oxusun. Qərəz, bu fikir-xiyal ilə Dəmirçioğlu gecələrin birisində gəlib 

Çənlibelə çatdı. Bu tərəfdən də Koroğlu yemir, içmir, dinmir, danışmırdı. 

Elə Çənlibelin yenəcəyində yolun ağzında oturub gözlərini zil- 

ləyirdi yola. Onun ürəyinə dammışdı ki, Dəmirçioğlu gələcək. Deyirdi 

əyər o doğrudan da iyid olsa gərək gələ. 

Elə ki, Dəmirçioğlu gəlib çatdı, Qırat olan töyləni axtarırdı ki, 

birdən Koroğluya rast gəldi. 

Gecə çox qaranlıq idi deyin Dəmirçioğlu onu tanımadı. Qabaqca 

heç Koroğlu da onu tanıya bilmədi. Tez durub qabağını kəsdi ki: 

– Kimsən, gecə vaxtı burada nə gəzirsən? 

Dəmirçioğlu dedi: 

– Bəs sən kimsən? 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə