Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   2   3   4   5   6   7   8   9   ...   112

Tacir qıçının birini sürüyə-sürüyə başladı danışmağa ki, bəs xotkar gedib Məkkə ziyarətinə, hər 

cümə günündən cümə gününə xotkarın qızı Nigar xanım məscidə gedir. O, evdən çıxanda car 

çəkib camaata xəbər verirlər ki, gərək hamı evə getsin. Gərək onun boyunu heç kəs görməyə. 

Dükanların heç birisini bağlamağa da icazə yoxdu. 

Tacir dili tutula-tutula bu sözləri doğrayıb tökdü. Tələsdiyindən çolaq qarğa kimi atdana-atdana 

qaçıb gözdən itdi. Bəlli Əhməd baxdı ki, doğrudan car çəkilirdi. Fikirləşdi ki, adə, 

mən Bəlli Əhməd olam, bir kələk qurub xotkar qızını görə bilməyəm, 

bu heç bir kitaba-dəftərə sığışmaz. Cəld bir ətrafa göz gəzdirib baxdı ki, yaxında bir göyərti-

səbzəvat dükanı var, qapısı da açıqdı. Yavaşca özünü verdi dükana. Qapını çəkdi, özü də 

piştaxtanın altına girib taxtanın deşiyindən göz qoymağa başladı. 

Bəli, gözlə ha gözlə axırda dəstənin ucu açıldı, qaraçılar, fərraşlar keçəndən sonra Bəlli Əhməd 

bir də baxdı ki, budu Nigar xanım yetmiş iki qələmnən özünə ziynət verib qırx incəbel qızın 

arasında yüz-naz qəmzəynən sallana-sallana gəlir. 

Nigar xanım dükan-bazara tamaşa eliyə-eliyə gəlirdi. Elə ki, Bəlli Əhməd gizlənən dükanın 

qabağına çatdılar, Nigar xanım yanındakı qızlara üz tutub dedi: 

– Bu nə sirdi? Bütün dükanlar qalıb başlı-başına. Böyük sərraflar 

öz cəvahiratlarını sahibsiz qoyub gediblər. Heç dükanlarını bağlamayıblar, 

bu tərəvəz dükanı niyə bağlıdı? Yəqin burada bir hikmət var. 

Mən gərək oraya baxam. Bəlli Əhməd bu sözləri eşidib qorxudan durdu zağ-zağ əsməyə ki, 

işdi, əyər xotkar qızı gəlib məni burada görsə, dədəmi qəbirdən çıxaracaq. 

Yazıq qorxudan göyərti tağının içinə soxulub gizləndi. Nigar xanım qırx incəbel qızla içəri girib 

baxdı ki, bir nəfər şəxs başını göyərtitnin içinə soxub gizlənib. Bir təpik vurub qışqırdı ki, baxın 

görün bu kimdi, burada gizlənib. Qızlar Bəlli Əhmədi bayaqdan qamarladılar. Bəlli 

Əhməd min ənvayi-müsibətlə, bir təhər ki, özünü onların əlindən qurtarıb Nigarın ayaqlarına 

yıxıldı ki: “Xanım, qurbanın olum, amanın bir günüdü, bir qələtdi eləmişəm, qoyma bunları, 

başımda tük qalmadı”. 

Qızlar elə tökülüşmüşdülər onun üstünə ki, elə bil qarğa leşə tökülüb. Çimdikləyən kim, dişləyən 

kim, başını yolan kim. Nigar xanımın ona yazığı gəlib soruşdu: 




– Yaxşı, de görüm burada nə qələt eləyirsən? 

Bəlli Əhməd Nigar xanımın cavabında dedi: 

– Xanım, vallah, billah mən qərib, nabələd bir adamam. Bura bu gün gəlmişəm. Elə bazarda 

gəzirdim. Bir də gördüm qaçhaqaç düşdü, qəriblik pis şeydi, xanım. Bilmədim hara qaçım. 

Axırda qaçıb buraya girdim. 

Nigar xanım soruşdu: 

– Ədə, adın nədi? Haralısan? 

– Xanım, sənə qurban olum, adım Bəlli Əhməddi. Özüm də Ərzurum tərəfindənəm. 

Nigar xanım Ərzurumun adın eşitcək tez soruşdu: 

– Yaxşı, deyirlər ki, Çənlibeldə Koroğlu adında bir iyid var. Heç onu görübsən? 

Bəlli Əhməd baxdı ki, aha deyəsən burada bir iş var. Yoxsa xotkar qızı Koroğlunu niyə soruşur. 

Tez özünü düzəldib dedi: 

– Xanım, mən elə qoç Koroğlunun dəlilərindənəm. 

Nigar xanım bunu eşitcək kağız götürüb bir namə yazdı ki, bəs 

“Koroğlu, mən İstanbul xotkarının qızı Nigar xanımam. Əyər sən 

doğrudan da iyidsənsə gəl məni apar”. 

Naməni büküb möhürlədi, ondan verdi Bəlli Əhmədə ki: 

– Bu naməni çatdır Koroğluya. O əyər kişidirsə gəlib məni aparsın. 

Bəlli Əhməd naməni öpüb cibinə qoydu, sonra dedi: 

– Xanım, bəlkə inanmadı. 

Nigar xanım qolundan bazubəndini də açıb ona verdi. Üstəlik bir 

də bir ovuc qızıl verdi ki, atdan, zaddan alıb, naməni tez çatdırsın. 

Bəlli Əhməd oradan çıxıb özünü birbaş yetirdi karvansaraya. Tez bir 

at alıb Çənlibel deyib yola düşdü. Gecəni gündüzə qatdı, gündüzü gecəyə, 

az getdi, çox dayandı, çox getdi az dayandı, bir neçə gündən sonra 

gəlib Çənlibelə yetişdi. Koroğluyu tapıb Nigarın naməsini verdi ona. 

Koroğlu naməni oxuyub əhvalatdan halı olandan sonra əmr elədi, 

Qıratı yəhərlədilər. Ondan üzünü Dəli Həsənə tutub qışqırdı ki: 




– Ədə, oradan o zəncirləri buraya gətir. 

Bəlli Əhməd zəncir adını eşidəndə getdi fikirə ki, yoxsa bu məni 

çarmıxa-zada çəkmək istəyir. Elə elə də oldu. Dəli Həsən onu yaxşıca 

zəncirlədi. Əl-ayağını bağlayıb üstünə də qaraul qoydu. 

Deyirlər Koroğlunun belə bir xasiyyəti var idi. Ona kim belə-belə 

xəbərlər gətirsəydi qabaqcan onu beləcə zəncirləyib üstündə də adam 

qoyarmış ki, özü gedib gəlincən qaçıb eləməsin. Elə ki, gedib qayıtdı, 

əyər söz düz çıxdı, yaxşı xələt verib özünə dəli elərmiş, yox əyər 

yalan çıxdı, ortalıqda hiylə-miylə, oldu, onda tay Allah göstərməsin. 

Onda iş qalardı Misri qılınca. 

Bəli, elə ki, Qırat hazır oldu, dəlilər yerbəyerdən dedilər ki, bəs 

Koroğlu, gəl bu səfərə sən tək getmə, bu, xətərli, qorxulu səfərdi. 

Qoy hamımız birgə gedək. Koroğlu bu sözün üstünnən sazı döşünə basıb, dedi: 

 

İyid gərək yar sevməyə 



Özü tək gedə, tək gedə. 

Müxənnət qəddin əyməyə 

Özü tək gedə, tək gedə. 

Nigarın şirin dilləri, 

Bağrıma sancıb milləri, 

Uzaq-uzaq mənzilləri 

Özü tək gedə, tək gedə. 

Qəniminə qılınc çala, 

Ölkəsinə talan sala, 

Düşmənlər üstə baş ala, 

Özü tək gedə, tək gedə. 

Dala polad yarağına, 

Düşə iyid sorağına, 



Yüz tülkünün qabağına, 

Özü tək gedə, tək gedə. 

Koroğluyam, haşa-haşa, 

Girrəm xotkarla savaşa, 

Qırat döşlətməyə paşa

Özü tək gedə, tək gedə. 

Koroğlu sazla dediyi kimi, sözlə də dedi: 

– Dəlilərim, Nigar xanımı gətirməyə özüm tək gedəcəyəm. Siz qalın, Çənlibeli düşmənlərdən 

qoruyun. 

Koroğlu qılınc qurşadı, əmud asdı, nizə götürdü, üstündən də bir saz keçirtdi. 

Dəlilərlə halal-hümmət eləyib salamatlaşdı. Dəli Həsəni onların üstünə böyük qoydu. Sonra 

tərlan kimi tullanıb Qıratı minib yol başladı. 

Elə ki, Qırat yüyənin boş gördü, ildırım kimi süzüb dörd günlük 

yolu bir gündə gəlib axşam üstə İstanbula yetişdi. Qaranlıq düşmüşdü. 

Koroğlu Qıratı sürüb bir qapını döydü. Qapıya qoca bir arvad gəldi. 

Koroğlu dedi: 

– Ay bacı, qəribəm, məni bu gecəliyə qonaq eləyərsənmi? 

Arvad dedi: 

– Niyə qonaq eləmirəm. Düş qal. 

Koroğlu düşdü. Qıratı töyləyə çəkdi. Özü də arvadın evinə girib 

bir tərəfdə oturdu. Arvad çörək gətirdi. Koroğlu yeməkdən sonra 

söhbət açıb arvaddan kim olduğunu soruşdu. 

Arvad dedi: 

– Qoca, dul bir arvadam. Ay bala, aman-zaman gözümün ağı-qarası 

bircə oğlum var. Xotkar qızı Nigar xanımın nar bağında bağbandı. 

Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. Deyəsən işlər 

yaxşı gətirdi. Elə bacadan düşən kimi qismətin üstünə düşmüşdü. 

Qərəz, Koroğlu ordan-burdan söz-söhbət salıb öyrəndi ki, bəs xotkar 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə