Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə4/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   2   3   4   5   6   7   8   9   ...   112

Koroğlu dastanı  

"Koroğluynan Dəli Həsən" qolu 

 

Günlərin bir günü Koroğlu Qırat minib Çənlibelin ətəyindəki yola çıxmışdı.  



Bir də baxdı budu, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir 

ki, dünyalara dəyər. 

Üzündən, gözündən igidlik yağır.  

Oğlan Koroğlunu görcək, dəstəsinə hay vurdu. Atlılar o saat Koroğlunu araya aldılar.  

Koroğlu dayandı. 

Gözlədi ki, görsün işin axırı nə olacaq. Oğlan atı cövlana gətirdi, süzdürüb düz Koroğlunun 

qabağında dayandı. Sonra bir Koroğluya baxdı, bir atına baxdı, soruşdu: 

– Əyə, de görüm kimsən? Bu yerlərdə nə gəzirsən? 

Koroğlu dedi: 

– Yoldan keçənəm. 

Oğlan bir də Koroğlunun atına baxıb soruşdu: 

– Bu atı haradan alıbsan? 

Koroğlu dedi: 

– Mən sənə məsləhət görürəm öz yolunla düz gedəcən. Yoxsa 

yaxşı olmaz. 

Oğlan bu sözdən qəzəbləndi. Hirslə atının başını çəkdi. At iki dal 

ayaqları üstünə qalxdı. Üzünü Koroğluya tutub dedi: 

– Görünür ki, sən məni tanımırsan? Əgər tanısaydın belə danışmazdın. 

Mənə Dəli Həsən deyərlər. Bu yollardan kim keçsə, mənə 

bac-xərac verməlidi. 

Koroğlu onu tanıdı. Bildi ki, atasının dediyi Dəli Həsəndi. Bir də 

diqqətlə atına, özünə baxdı. Gördü yox, Dəli Həsən doğrudan da igid 

oğlandı. 

Koroğlu atası ölən gündən bəri onu axtarırdı. Onunla dostlaşmaq, 

əlbir olmaq fikrində idi. Ancaq bilirdi ki, bu iş elə-belə baş tutmayacaq. 

Dava-dalaşsız məsələ düzəlməyəcək. Fikir onu götürdü ki, indi 

nə təhər eləsin. Elə bu fikirdə idi ki, Dəli Həsən bir də qışqırdı: 

– Əyə, sənə atdan düş demirəmmi? Yoxsa əcəlin çatıb? 

Koroğlu aramla dedi: 

– Dəli Həsən, səsinə qüvvət vermə, igid dil açmaz, əl açar. 

Dəli Həsən dedi: 

– Əyə, sən kimsən ki, mənim qabağımda belə yekə-yekə danışırsan? 

– Dayan, deyim kiməm. 

 

Bunu deyib, Koroğlu atın başını çəkdi. At elə qalxdı ki, dırnağının 



altından qopan daş bir neçə adam boyu Dəli Həsənin başının üstündən 

keçib, o tərəfə düşdü. Koroğlunun ətrafını bürümüş atlılar çaxnaşmaya 

düşdülər. Koroğlu sazı çiynindən aşırıb döşünə basdı, dedi: 

 



Məndən salam olsun əcəm oğluna, 

Meydana girəndə, meydan mənimdi! 

Qıratım köhləndi, özüm qəhrəman, 

Çalaram qılıncı, düşmən mənimdi! 

Meydana girəndə meydan tanıyan, 

Haqqın vergisinə mən də qanıyam. 

Bir igidəm, igidlərin xanıyam, 

Bu ətrafda bütün hər yan mənimdi! 

Adımı soruşsan, bil, Rövşən olu, 

Atadan, babadan cinsim Koroğlu

Mənəm bu yerlərdə bir dəli, dolu, 

Gündoğandan ta günbatan mənimdi. 

 

Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına 



baxdı, hündürdən bir şaqqanaq çəkib güldü. Atlılar da gülüşdülər. 

Onların bu gülüşməyi Koroğluya dəydi. Bir istədi Misri qılıncı çəkib, 

özünü onlara göstərsin. Sonra lənət şeytana deyib, aldı sazı görək nə 

dedi: 


 

İgid meydana girəndə, 

Qaynayıb coşmamaq gərək. 

Əgər olsa haqq vergisi

Qismətdən qaçmamaq gərək. 

Baxmaram düşmən hayına, 

Haqq bəla versin, xayına, 

İgid igidin payına 

Köndələn düşməmək gərək. 

Qoç Koroğlu çıxar düzə, 

Baxmaram əlliyə, yüzə. 

Mən dəlidən öyüd sizə, 

Həddindən aşmamaq gərək. 

 

Koroğlunun belə yekə-yekə nəsihət verməyi Dəli Həsənə lap acıq 



gəldi. Başınının adamlarına hay vurub, Koroğluya hücum eləmək istədi. 

Koroğlu dedi: 

 

Gəl sənə söyləyim, ay Dəli Həsən, 



And içmişəm bu gün döyüş olmasın. 

Yoxsa aslan kimi cuşa gələrəm

And içmişəm bu gün döyüş olmasın. 

Mərd igidlər müxənnətdən seçilsin, 

Qarı düşmən dərələrə tökülsün, 

Bizim aramızda münsif tapılsın, 

And içmişəm bu gün döyüş olmasın. 

Çəkərəm qılıncı, kəsərəm yolu, 

Mənəm igidlərdə bir dəli, dolu 



Hələ coşmayıbdı bu qoç Koroğlu, 

And içmişəm bu gün döyüş olmasın. 

 

Dəli Həsən elə bildi ki, Koroğlu ondan qorxur. Geri qanrılıb, başının 



adamlarına dedi: 

 

– Əyə, mən də elə bilmişəm ki, bu doğrudan da igiddi. Sən demə, 



bu yanşaq gəvəzənin birisi imiş. Tutun, yekə-yekə danışdığına görə 

atını əlindən alın, özünə də bir-iki vurub yola salın. 

Koroğlu baxdı iş davasız keçməyəcək. Misri qılıncı çəkib, aldı 

görək nə dedi: 

 

Acıqlanma, Dəli Həsən, 



Misri qılınca qataram. 

Atılaram şeşpər kimi, 

Bağrın başına bataram. 

Namərd nədi özün öyə? 

Meydanda mərd igid söyə? 

Qaçıb çıxar olsan göyə

Kəmənd tullayıb tutaram. 

Nə baxırsan küsür kimi? 

Yarpaq necə əsir kimi? 

İndi sənin yesir kimi 

Qolların dalda çataram. 

Hayqırıb açsam meydanı, 

Su tək axıdaram qanı, 

Dəstələyib bəyi, xanı, 

Qırat döşünə qataram. 

Qoç Koroğlu öz karında, 

Yalan olmaz ilqarında. 

Çəkib Hələb bazarında 

Səni qul deyib sataram. 

 

Koroğlunun bu sözündən Dəli Həsən qızışdı. Özü çəkildi bir kənarda 



durdu, başındakı adamlara hökm elədi ki, Koroğlunu tutsunlar. 

Dəli Həsənin dəstəsi Koroğluya hücum elədi. Koroğlu atı cövlana 

gətirib, qışmız şir kimi onların üstünə cumdu. 

 

Bir yandan Koroğlu, bir yandan Qırat az vaxtda dəstəni qatımqatım 



qatlayıb əldən-ayaqdan saldılar. Dəstədən qırılan qırıldı, qalanlar 

da qaçıb dağıldılar. Koroğlu dəstəni dağılmış görüb, Qıratı ildırım 

kimi süzdürdü, çəkilib bir yanda duran Dəli Həsənin üstünə sürdü. 

Üzünü ona tutub, aldı görək nə dedi: 

 

Qıratı gətirdim cövlana, indi 



Varsa igidlərin meydana gəlsin! 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə