|
Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqıModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsiKorreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərinModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi
18
•
Eksperimentin nəticələrinə təsir göstərə biləcək əlavə dəyişənlərin təsviri;
•
Eksperimentin gedişatı üzərində müşahidənin təsviri;
•
Eksperimentin nəticələrinin təsviri;
•
Eksperimentin yekunlaşdırılması qaydası.
Tədqiqatçı eksperimentin planını elə tərtib etməlidir ki, kifayət qədər hazırlıqlı hər
hansı şəxs onun əsasında müvəffəqiyyətlə eksperiment apara bilsin.
Pedaqoji ədəbiyyatda göstərilir ki, obyektiv nəticənin alınması üçün kənar təsirlərə yol
verilməməli və aşağıdakı şərtlər gözlənilməlidir:
1.
Eksperimenti təşkil edənin məsələyə münasibəti, ümumi
-
nəzəri, pedaqoji,
psixoloji
hazırlığı və bu sahədə səriştə və bacarığı mükəmməl olmalıdır;
2.
Eksperimentin aparılacağı təhsil müəssisələrinin növü (məktəbəqədər müəssisə,
ibtidai siniflər, orta məktəb, peşə təhsili sistemi, xüsusi məktəb və s.)
müəyyənləşdirilməlidir;
3.
Eksperimentin təhsilalanlar, yaxud təhsilverənlərlə aparılacağı (adətən
təhsilalanların öyrənməsi və inkişafı ilə əlaqədar sınaqlar keçirilir. Tərbiyəçi və
müəllimlərin fəaliyyəti və onların yeni təlim texnologiyalarından istifadə etmə
bacarıqlarının
inkişafı
üzrə
də
tədqiqat
aparmaq
mümkündür)
müəyyənləşdirilməlidir;
4.
Eksperimentə cəlb ediləcək şəxslərin sayı müəyyən olunmalıdır. Eksperimentə
kiçik və böyük qruplar cəlb oluna bilər;
5.
Eksperimentin aparılacağı sosial mühit,
təhsil müəssisələrinin maddi bazası, tədris
avadanlığı və yeni təlim texnologiyalarından istifadə imkanları nəzərə alınmalıdır;
6.
Eksperimentə cəlb olunan şəxslərin cinsi, yaşı, sağlamlıq vəziyyəti, intizamı,
oxumağa münasibəti, marağı və qabiliyyəti diqqət mərkəzində saxlanılmalıdır;
7.
Eksperimentdə didaktik metodların (müşahidə, müsahibə, anket sorğusu, intervü,
yoxlama işi, testlər
və s.) ayrıca və ya kompleks şəkildə istifadə olunması nəzərə
alınmalıdır;
8.
Eksperimentdə rəhbərlik imkanlarının (vaxtaşırı bütün obyektdə olma, frontal,
diferensial və fərdi işin aparılması, şifahi və yazılı anketlərlə sorğu keçirilməsi, hər
bir mərhələnin ümumiləşdirilərək aparıcılara istiqamət verilməsi və s.) nəzərə
alınması son dərəcə vacibdir;
9.
Eksperimental tədqiqatların əksəriyyətində müqayisə yolu ilə effektivliyin sübuta
yetirilməsinə imkan verən alternativ tərəfin (çox hallarda kontrol siniflər və
məktəblər) olması təmin edilməlidir. Bu məqsədlə bilavasitə eksperimentin
aparılacağı siniflər (məktəblər) və onlarla müqayisə olunacaq kontrol siniflərin
(məktəblərin) təxminən bərabər səviyyəli olması zəruridir;
10.
Eksperimentin bir və ya bir neçə təsir göstərən faktorlarla əlaqədar olması nəzərə
alınmalıdır. Qrupların bərabərləşdirilməsi, şagirdlər və müəllimlərin düzgün
seçilməsi ilə mümkündür. Onların hazırlığı və qabiliyyətlərinin səviyyəsi diqqətlə
|
|
|