Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   6   7   8   9   10   11   12   13   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Müsahibə. 
Bu metodun köməyi ilə hər hansı pedaqoji fakt və hadisəyə müəllimlər
şagirdlər və valideynlərin münasibəti müəyyən olunur və müəyyən təlim
-
tərbiyə hadisəsi 
başqaları ilə söhbətin edilməsi vasitəsilə öyrənilir. Pedaqoji müsahibənin planlaşdırılması 
tələb olunur. Müsahibənin kimlərlə və nə məqsədlə aparılacağı, hansı suallar və nə üçün 
məhz həmin sualların veriləcəyi əvvəlcədən ətraflı ölçülüb
-
biçilir. Bu metod informasiyanın 
əldə edilməsi və ya müşahidə zamanı aydın olmayan məsələlərin aydınlaşdırılması 
məqsədilə aparılır. Tədqiqat metodu kimi, müsahibə daha canlı və təbii səciyyə daşıyır. 
Müsahibənin dörd növü vardır:
 
1.
Ümumi müsahibə (qabaqcadan mövzusu müəyyən olunmuş müsahibə); 
2.
Müəyyən problem üzrə aparılan müsahibə; 
3.
Qabaqcadan müəyyən olunmuş suallar üzrə aparılan müsahibə; 
4.
İntervü (əvvəlcədən planlaşdırılmış suallar əsasında aparılır və alınan cavablar 
yazılmaqla aparılır).


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
16 
Müsahibənin növü olan intervü özünəməxsus xüsusiyyətə malikdir. Əgər müsahibə 
qarşılıqlı informasiya mübadiləsi xarakteri daşıyırsa, o zaman intervüdə biri digərindən 
soruşur və müsahibin fikrinə təsir etməmək məqsədilə ona şəxsi fikirlərini demir. İntervü 
fərdi və qrup şəklində keçirilə bilər. Qrup şəklində intervü şagirdlər, həmin sinifdə dərs 
deyən müəllimlər və valideynləri ilə keçirilə bilər. Pedaqoji tədqiqatlarda intervünün iki 
növündən istifadə olunur:

Bu və ya digər hadisəyə insanların münasibətinin aydınlaşdırılmasına yönəldilmiş 
fikir bildirən; 

Fikir və hadisəni dəqiqləşdirən sənədli intervü.
Anketləşdirmə
metodu mahiyyəti etibarilə müsahibə metodunun yazılı şəklidir. Bu 
metodun tətbiqində başlıca məsələ anketin məzmunlu və dəqiq tərtib edilməsidir. 
Anketləşdirmə müsahibəyə nisbətən sərt məntiqi konstruksiyaya malikdir. Anket üçün 
suallar əvvəlcədən seçilir və mümkün olan yazılı cavablar da müəyyənləşdirilir. Anket 
sorğusu həmişə eksperimentatorun respondentlərlə üzbəüz ünsiyyətdə olmasını tələb 
etmir. Anketləşdirmə ehtimallara əsaslandırılır. Tədqiqatın məqsədinə uyğun verilən 
suallara şagirdlərin cavabları təhlil olunur və kütləvi materialla ilkin tanışlıq həyata 
keçirilir. 
Hazırda pedaqoji tədqiqatlarda açıq və gizli, adlı və adsız və digər anket sorğularından 
istifadə olunur. Anket sorğusu müstəqil tədqiqat metodu olmaqla yanaşı, eyni zamanda 
digər tədqiqat metodlarına xidmət edir. Anketdə mahiyyət yaxşı əsaslandırılmalı və o, cavab 
v
erənin işini asanlaşdırmalıdır. Hər bir suala yazılı şəkildə birmənalı və dəqiq cavab vermək 
imkanı təmin edilməlidir. Anket tədqiqatı fərziyyə ilə əlaqədar informasiyaların alınmasına 
xidmət etdiyindən məqsədyönlü və dəqiq olmalıdır. Anketdə şagirdlərin (respondentlərin) 
diqqətini yayındıran və mənfi emosiya yaradan ikinci dərəcəli, o qədər də əhəmiyyətli 
olmayan yüngül epizodik məsələlərə yer verilməməlidir. Sual elə qoyulmalıdır ki, 
respondentlər əsaslandırılmış şəkildə axtarılan məlumatı tapa bilsinlər.
Anketdə qapalı və açıq suallar verilir. Anketdə hər hansı suala müvafiq olan cavabın 
bütün variantları əhatə olunursa, onda sual qapalı hesab olunur. Bu zaman təklif olunan bir 
sıra formalaşdırılmış sualdan bir və ya bir neçə cavabın seçilməsi nəzərdə tutulur. 
Belə sualla rastlaşan şəxslər öz biliyinə uyğun variantı seçir. Qapalı anketin suallarında 
tədqiqatçı seçimi əvvəldən qoyulmuş cavab variantlarının sayı ilə məhdudlaşdırılır. Açıq 
sualda cavabların xarakteri, sayı, növləri və formaları əvvəlcədən nəzərdə tutulmur. 
Standart olmayan belə intervüdə yalnız açıq suallardan istifadə olunur. Açıq suallar o qədər 
də dərin düşüncə və ciddi araşdırma tələb etmir. Ona görə də şəxslər açıq suallara daha 
böyük həvəslə cavab verirlər. Bu zaman çətin sualdan qaçma
və cavab verməkdən yayınma 
imkanı olur. 
Anketləşdirmə tədqiqat obyektini ölçmə və qiymətləndirmə vasitəsi rolunda da çıxış 
edir. Hər hansı tədqiqat metodu kimi anketləşməni də universal hesab etmək olmaz. Bu 
metod bəzən həlledici, bəzən köməkçi rol oynayır, bəzən isə
lazım olmur.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə