Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
19 
öyrənilməlidir. Vurğulamaq yerinə düşər ki, bu göstəricilərin ölçülməsi qaydası 
hələ kifayət qədər işlənilməmişdir. Ona görə də kontrol və eksperimental qrupların 
tam bərabərləşdirilməsi çətindir;
11.
Eksperimental qruplar (siniflər və məktəblər) üçün eksperimentatorun hazırladığı 
sistem təlim
-
tərbiyə prosesinə yeni amil kimi daxil edilir. Bu yeniliyin metodikası 
təlimati seminarda eksperimentin aparıcılarına çatdırılmalıdır;
12.
Eksperimental və kontrol qrupların hamısında şərait,
tədris materialı 
(eksperimental amildən sınaqdan keçirilən hadisədən başqa) eyni olmalıdır;
13.
Eksperimental qrupların işində
kənar təsirlərə yol verilməməlidir;
14.
Eksperimentin dəqiqliyi üçün müəyyənedici eksperimentə cəlb olunmuş qrup 
onun
yekunlaşdırılmasınadək dəyişdirilməməlidir. Eksperimentin xarakterindən 
asılı olaraq eksperimentator tədqiqatı müəyyən müddət (bir neçə gün, ay və
il) 
ərzində eyni obyektlə aparmalıdır.
Pedaqoji eksperimentlər yerinə yetirilən vəzifələrə görə üç növə ayrılır:

Müəyyənləşdirici (diaqnostik);

Öyrədici;

Yoxlayıcı (kontrol).
Müəyyənləşdirici, öyrədici və yoxlayıcı (kontrol) eksperimentin hər biri ümumi 
eksperimentin bir mərhələsi olmaqla biri digəri üçün zəmin rolunu oynayır və biri digərini 
tamamlayır. Bunların hər birinə nəzər salaq.
Müəyyənləşdirici eksperiment.
Pedaqoji və psixoloji tədqiqatlarda müəyyənedici 
eksperiment xüsusi mərhələ kimi yüksək qiymətləndirilir. Müəyyənedici eksperimentdə 
tədqiqatçı yalnız araşdırılan pedaqoji sistemin vəziyyətini öyrənir,
faktların əlaqəsi və 
hadisələr arasındakı asılılıqları müəyyənləşdirir.
Pedaqoji tədqiqatın başlanğıcı və ilk pilləsi 
məhz müəyyənedici eksperimentdir. Bu prosesdə təlim
-
tərbiyənin mövcud sistemi 
yoxlanılır və pedaqoji
-
psixoloji diaqnostika aparılır. Müəyyənedici eksperiment bəzən 
məktəb təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə qarışdırılır. Adından
məlum 
olduğu kimi, müəyyənedici eksperiment hər hansı fərziyyənin yoxlanılması və tədqiqat 
obyektinin vəziyyətinin öyrənilməsinə xidmət edən ilkin mərhələdir. Bu mərhələdə 
eksperimentator bir müddət bərabər səviyyəli şagirdlər (siniflər, məktəblər və s.) və 
müəllimlər sorağında olur.
Eksperimentə cəlb olunacaq qrupların səviyyəsinin müqayisəli öyrənilməsi məqsədilə 
müxtəlif işlər görülür. İstər eksperimental, istərsə də kontrol qruplarda şəxslərin fiziki və 
psixi inkişafının ümumi səviyyəsi müəyyənləşdirilməli və bərabər səviyyəli qrup
lar 
götürülməlidir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə