Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   12   13   14   15   16   17   18   19   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
23 
1.2. Uyğun tədqiqat metodlarından istifadə edir
 
Korreksiya pedaqogikasının tədqiqat metodları 
Xüsusi təlimin didaktikasında həm ümumpedaqoji metod və üsullar arsenalı, həm də 
xüsusi təhsilə ehtiyacı olan şəxslərin hər bir kateqoriyasına aid olunan şəxslərlə aparılan 
korreksion
-
pedaqoji işin metod və üsullarından istifadə edilir.
Tədqiqatın ümumpedaqoji metod və üsullarından korreksiya pedaqoqikasında 
özünəməxsus formada istifadə edilir, yəni xüsusi təhsil və korreksiya

pedaqoji işin 
tələblərinə cavab verən metod
və üsullar seçilir və onların kompozisiyası yaradılaraq xüsusi 
formada realizə edilir. Ümumpedaqoji metodlardan bir
-
biri ilə uzlaşdırılmış və bir
-
birini 
tamamlama şəklində istifadə edilir. Məsələn, təlimin ilk dövrlərində yeni material izah 
edilən zaman, əyani
-
praktik metod izah və söhbətlə birlikdə aparıla bilər.
Korreksiya pedaqogikasında sağlamlıq imkanları məhdud şəxslərin təlimində istifadə 
olunan metodlar aşağıdakı qruplara bölünür:

Tədris
-
idraki fəaliyyətin təşkili və həyata keçirilməsi metodları;

Təlimin stimullaşdırılması və motivasiyası metodları;

Nəzarət və özünənəzarət metodları.
Tədris
-
idraki fəaliyyətin təşkili və həyata keçirilməsi metodlarına daxildir:

Perseptiv metodlar (tədris materialı və informasiyanın şifahi ötürülməsi, eşitmə və 
görmə
ilə qavrayışın təşkili və mənimsənilməsi metodları);

Əyani və praktik metodlar;

Məntiqi metodlar (induktiv və deduktiv);

Qnostik metodlar (reproduktiv, problemli
-
axtarış və tədqiqat).
Sağlamlıq imkanları məhdud şəxslərlə korreksiya
-
pedaqoji iş üçün metod
qrupunun 
seçilməsi bir sıra amillə müəyyənləşdirilir:
1. İnkişafın perseptiv sferasında kənaraçıxmalarla (eşitmə, görmə, dayaq
-
hərəkət 
sistemi və s.) bağlı şagirdlərdə əhəmiyyətli dərəcədə eşitmə, görmə və taktil qavrayışı 
zəifləyir. Əqli inkişafda kənaraçıxmanın tədris informasiyasının tam qavranılmasına mane 
olma zamanı bədənin ləngimiş analizatorları, funksiyaları, sistemlərinə və eləcə də mövcud 
insanın xüsusi təhsil ehtiyaclarının təbiətinə uyğun tədris informasiyasının tam şəkildə 
ötürülməsi, qəbul edilməsi, yadda saxlanılması və təhlilinə imkan verən metodlara üstünlük 
verilir.
Perseptiv metodlar yarımqurupunda, inkişafında pozulmalar olan şəxslərlə təlimin 
başlanğıc mərhələlərində ilk yeri, dərk olunacaq reallıq haqqında təsəvvürlər və anlayışların 
sensamotor əsasını formalaşdıran praktik və əyani metodlar tutur.
Bu metodlara tədris 
informasiyasının şifahi ötürülməsi metodu da əlavə olunur;
2. İnkişafda olan hər hansı bir kənaraçıxma zamanı nitq inkişafı pozulur. Bu o 
deməkdir ki, xüsusən də, ilk dövrlərdə müəllimin nitqi, şifahi şərhi və izahından, 
ümumilikdə, aparıcı metod kimi istifadə oluna bilməz;
3. İnkişafdakı müxtəlif cür pozulmalar təfəkkürün əyani növünün üstünlüyünə gətirib 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə