|
Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqıModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsiKorreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərinModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi
24
çıxarır, şifahi
-
məntiqi təfəkkürün formalaşdırılmasını çətinləşdirir, bu da öz növbəsində,
təhsil prosesində məntiqi və qnostik metodlardan istifadə imkanlarını məhdudlaşdırır və
bununla bağlı olaraq üstünlük induktiv, eləcə də izahlı
-
illüstrativ, reproduktiv və bəzən də
axtarış metoduna verilir.
Təlim metodlarının seçilməsi və kompozisiyasında nəinki korreksiaedici təhsilin
perspektiv vəzifələri, həmçinin təlimin konkret məqsədləri, məsələn, bacarıqların müəyyən
qrupunun formalaşdırılması və yeni materialın mənimsənilməsi üçün lüğətin
aktivləşdirilməsi və s.. İnkişafında ləngimələr olan şəxslərin timsalında, xüsusi təhsil
sistemində ayrı
-
ayrı metodların tətbiqi ilə bağlı imkan və xüsusiyyətləri nəzərdən keçirək.
Təlimin şifahi metodlar çərçivəsində, kütləvi məktəb təcrübəsinə aid olan ən geniş
yayılmış forması söhbətdir.
Həqiqətən də, söhbət bütün şəxsləri təlim prosesinə cəlb edir,
onları canlı ünsiyyətə alışdırır və əldə olunmuş biliklərin möhkəmləndirilməsinə imkan
yaradır. Bununla belə, xüsusi pedaqoqlar bu metodun bir sıra neqativ tərəflərini önə
çəkirlər:
•
Söhbət aparılan zaman hər bir şəxsin qabiliyyətləri, imkanları və psixoloji
xüsusiyyətləri zəif nəzərə alınır;
•
Müəllim dərsdə yeganə və mərkəzi fiqur sayılır;
•
Bu metodun universal sayılmağına baxmayaraq, reallıqda şəxsin bir fəaliyyəti
-
əldə
edilmiş biliklərin nümayişi icra edilir;
•
Şəxslərin cavabları formal (əvvəlcədən əzbərlənmiş) xarakter daşıyır;
•
Bir çox SİMŞ öz inkişaf xüsusiyyətinə uyğun olaraq söhbət vərdişinə yiyələnməmiş
olur. Onlara müəyyən qədər vaxt lazımdır ki, öz söyləyəcəklərini şifahi şəkildə
formalaşdırsın, söhbət zamanı müzakirə etsin, müəllimə sual versin, öz mövqelərini
bildirsin və söhbət zamanı xüsusi nitq konstruksiyalarından istifadə etsinlər.
Buradan belə nəticəyə gəlmək olur ki, söhbət ibtidai təhsil prosesində xüsusi təhsil
ehtiyacı olan şəxslərin bir sıra kateqoriyaları üçün yeni biliklərin əldə edilməsində
az məhsuldardır. Eyni zamanda, yeni materialla tanışlıq zamanı ilk mərhələdə
şəxslərin bildiklərinin müəyyənləşdirilməsi, yeni lüğət və söz birləşmələrinin
möhkəmləndirilməsi və sonda mənimsəmənin yoxlanılması üçün də qənaətbəxş
deyildir.
İbtidai təhsildə xüsusi təhsilə ehtiyacı olan şəxslərin bir sıra kateqoriyaları üçün, kitab
üzərində iş metodunun tətbiqinin, təhsil alanların nitq və intellektual inkişaf
xüsusiyyətlərinə uyğun olaraq özünəməxsusluğu vardır. Çünki, yeni materialın izahı dərslik
üzrə keçirilir, materialın tam mənimsənilməsi üçün müəllimin canlı və emosional çıxışı
öyrənilən materiala dair dəqiq misallarla müşayiət olunur.
Sağlamlıq imkanları məhdud
şəxslərin bütün kateqoriyaları üçün xarakterik olan psixoloji xüsusiyyətlər
-
qavrayışın asta
-
asta baş verməsi, keçmiş təcrübədən güclü asılılıq, obyektin detallarının qeyri
-
dəqiq və
hissə
-
hissə qavranılması, hissələrin təhlil və tərkibinin tam aparılmaması, ümumi və
fərqləndirici elementlərin tapılmasında çətinliyin olması, forması və konturlarına görə
obyektlərin dəqiq ayırd edilməməsi təlimin əyani metodlarının realizə olunmasını
|
|
|