Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi
30
8.
Sağlamlıq imkanları məhdud olan
uşaqlarla korreksiaedici
-
pedaqoji iş üçün metod
qrupunun seçilməsinin amillərini cədvələ uyğun müəyyənləşdirin:
Metodlar qrupu
Amillər
Tədris
-
idraki fəaliyyətin
təşkili və həyata
keçirilməsi
(Nümunə)
1.
İnkişafın perspektiv sferasında kənara çıxmalarla (eşitmə,
görmə, dayaq
-
hərəkət sistemi və s.) bağlı şagirdlərdə
əhəmiyyətli dərəcədə eşitmə, görmə və
taktil qavrayışın
zəifləməsi...............
2.
3.
Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi
31
1.3. Tədqiqat vasitəsi ilə mövcud problemləri aşkar edir
Korreksiya pedaqogikasında elmi
-
tədqiqat prosesinin məntiqi quruluşu
Təhsilin
keyfiyyəti, bilavasitə müəllimin yaradıcı potensialı,
peşəkarlıq səviyyəsi,
təlimin yeni pedaqoji texnologiyalarının
tədris prosesində tətbiqi, öz üzərində daim
işləməsi, çevik pedaqoji təfəkkürlü və humanist yönümlü insan olmasından çox asılıdır.
Məqsədi hərtərəfli inkişaf etmiş və humanist yönümlü şəxsiyyət yetişdirməkdən ibarət olan
müasir
təhsil sistemi, müəllimdən hər bir şəxsə onun fərdi xüsusiyyətləri və inkişaf
səviyyəsini nəzərə alaraq yanaşmağı tələb edir. Bununla əlaqədar müəllimin peşəkarlıq
səviyyəsi və pedaqoji fəaliyyətinin öyrənilib qiymətləndirilməsi (pedaqoji diaqnostika)
onun işindəki çətinliklərin aşkar edilməsi və bu çətinliklərin araşdırılaraq
aradan
qaldırılmasına xidmət edir. Pedaqoji diaqnostika, həmçinin, müəllimin bacarıq səviyyəsi və
fəaliyyətinin müsbət cəhətlərini müəyyən etməyə və fərdi xüsusiyyətləri fonunda onları
inkişaf etdirməyə imkan verir. Məlumdur ki, müəllimin peşəkarlıq
səviyyəsi və pedaqoji
fəaliyyətinin qiymətləndirilməsi, təlim
-
tərbiyə prosesinin səmərəliliyinin əsas göstəriciləri
olan bilik, inkişaf və tərbiyə məqsədlərinin həyata keçirilməsi baxımından aparılmalıdır.
Ona görə də, müəllimin peşəkarlıq səviyyəsi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi
üçün göstəricilər müəyyənləşdirilərkən onun şəxsi keyfiyyətləri, pedaqoji bacarıqları, tədris
etdiyi şagirdlərin nailiyyətləri və müasir təlim texnologiyalarına yiyələnmə səviyyəsi, onları
öz işində tətbiq edə bilmək bacarığı nəzərə alınmalıdır.
İstənilən elmi
-
tədqiqat işinə, faktların yığılması,
sistemləşdirilməsi və
ümumiləşdirilməsi ilə
başlanır. Tədqiqat işlərinin
fəlsəfəsi
-
həqiqət faktları
–
baş verən və
ya artıq baş vermiş hadisələrdir. Elmi faktlar isə tədqiqatçı tərəfindən empirik mühakimələr
əsasında yoxlanılmış, düşünülmüş və elmi dildə qeyd olunmuş faktlardır. Digər sözlə, faktlar
elmi biliyin məntiqi strukturunun tərkib hissəsi olduqda ona elmi faktlar deyilir. Lyu de
Broyl yazırdı ki, “eksperimentin nəticəsi sadəcə qeyd olunmuş faktlardan ibarət deyil. Bu
nəticədə həmişə müəyyən qədər nəzəri əsaslara söykənən izaha ehtiyac vardır”.
Elmi tədqiqatın empirik
mərhələsində bir
-
birindən xarakterik fərqləndirilən məsələlər
həll olunur. Birinci mərhələdə faktların əldə olunmasına cəhd edilir. Bütün faktların
başlanğıcı real həqiqətlərdir: tarixi hadisələr, şəxsiyyətlər və xalqların fəaliyyət göstəriciləri,
həmçinin, təbii hadisələr və proseslər. Tədqiqatçı heç də həmişə hadisə və proseslərlə bağlı
ilkin faktlarla işləmə imkanına malik olmur. Bu, çox vaxt
zaman və məkan amilləri ilə
bağlıdır. Ona görə də elmdə bir çox halda ikinci və ya üçüncü dərəcəli faktlarla işlənilir.
Müxtəlif yol və üsullardan istifadə etməklə tədqiqatçı faktları toplayır, seçir və bununla işin
sonrakı mərhələləri üçün baza yaradır. Empirik tədqiqatın ikinci mərhələsi, toplanmış
faktların ilkin emalı və qiymətləndirilməsi ilə məşğul olur.
Bu mərhələdə artıq düşündürücü
işə qədəm qoyulur. Tədqiqatçı nəyin fakt olması, nəyin isə sadəcə fikir olmasına aydınlıq
gətirməyə çalışır. O, elmin nəzəri əsasları, qanun və kateqoriyalarına əsaslanaraq faktların
məzmununu təyin edir, onlar arasındakı əlaqəni aydınlaşdırır və xassələrinin vacibliyinə və
aktuallığına görə onları qruplaşdırır.
Nəzəri mərhələdə tədqiqatçı faktların dərin analizi ilə məşğul olur. Burada araşdırılan
hadisənin məzmunu izah edilir, qanunlar üzə çıxarılır və təsnifatlaşdırılır.
Növbəti
addımda