Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
32 
hadisə və ya prosesin gələcək gedişatı proqnozlaşdırılır və bunun əsasında müxtəlif proses 
və hadisələrin praktiki idarə edilməsi üçün prinsipial göstərişlər işlənir. Ancaq faktların 
sinifləşdirilməsi hələ elmi nəticənin əldə olunması deyildir. Bu
o vaxt baş verir ki, o, faktın 
yaranmasını izah və proqnoz edərək praktiki fəaliyyətini insanlara yönəltsin. Elmi 
problemin qoyulması, tədqiqatın empirik və nəzəri mərhələləri arasında birləşdirici bənd 
rolunu oynayır. 
Tədqiqat işləri hər şeydən əvvəl praktiki problemlərin həlli ilə məşğul olur və əldə 
olunan nəticələr daha sonra nəzəriyyənin inkişafına yönəldilir. Onlar həmçinin, yeni 
hadisələrin dərk edilməsində yaranan çətinliklərin aradan qaldırılması, əvvəllər ortaya 
çıxarılan faktların izah olunması, yaxud köhnə faktların kifayət qədər araşdırılmasında 
yerinə yetirilir.
Elmi
-
tədqiqat işləri təkcə problemin qoyuluşu ilə bitmir, burada problem daima diqqət 
mərkəzində olur. Elmi işin səviyyəsi qoyulan problemin aktuallığı ilə ölçülərək bir çox 
obyektiv və subyektiv amildən asılıdır.
Hər bir elmi problem adi sualdan onunla 
fərqləndirilir ki, burada cavab sadəcə olaraq məlum informasiyalar əsasında tapıla bilmir. 
Elmdə problem, əsasən, situasiyalarda mövcud nəzəriyyələrlə izah oluna bilməyən yeni 
faktların
kəşfi ilə ortaya çıxarılır. Cəmiyyət texniki inqilablar ərəfəsində olduqda, belə 
hallara daha tez

tez rast gəlinir. Məsələn, XIX əsrin sonu, XX əsrin əvvəllərində alimlər 
radioaktivlik, şüalanmanın kvant xüsusiyyətləri və bir kimyəvi elementin digərinə 
çevrilməsi kimi elmi yenilikləri əvvəlcə köhnə nəzəriyyələrin köməyi ilə izah etməyə 
çalışırdılarsa, sonralar bunun əhəmiyyətsiz olduğu qərarına gəlib yeni həll yolları üzərində 
düşünməyə vadar olublar. Elmi problem çox vaxt haqlı olaraq “bilməzliyin anlaşılması və 
fərqləndirilməsi” kimi xarakterizə edilir. Həqiqətən, hər hansı bir hadisə haqqında biliklər 
məlum olmadıqda biz heç bir problemin olmasını dərk etmirik. Problemlər bizim 
biliklərimizdə, yalnız elm və texnikanın inkişafı sayəsində doldurula
biləcək
boşluğun 
olmasının anlaşılması ilə birlikdə meydana çıxarılır. 
Beləliklə, elmi problem elmi
-
praktiki araşdırılması vacib olan elmi biliyin forması olub 
tərkibində insanlara məlum olmayan faktlar daşıyır. Problemdə onun empirik və nəzəri 
tərəfləri birləşdirilir. Problemin məlum faktlar əsasında düzgün qoyuluşu, onun uğurlu həlli 
üçün ilkin şərtdir.
A. Eynşteyn bu haqda demişdir ki, problemin təsvir edilməsi çox vaxt 
onun həllinin sadəcə riyazi və eksperimental metodundan da vacibdir. Problemin təsvir 
edilməsi zamanı yalnız onun elmin inkişafındakı rolunun qiymətləndirilməsi kifayət deyil. 
Həmçinin, burada onun həlli üçün tədqiqat işlərinin fəlsəfəsi və texniki vasitələrinin olması 
zəruridir. Yəni istənilən problem elm qarşısında qoyula bilməz, əks halda o, həll olunmayan 
problemlərə aid edilir. 
Problemin qoyulmasından əvvəl ilkin tədqiqatların aparılmasına ehtiyac vardır. İlkin 
araşdırmalar problemin konkretləşdirilməsi və onun həlli yollarının seçilməsində vacib yer 
tutur. Elmi problemin belə işlənilməsi bir neçə pillədə aparılr:

İlkin olaraq alınmış yeni fakt və hadisələr məlum nəzəriyyələr çərçivəsində izah 
edilir. Faktların çoxluğu yeni nəzəriyyələrin işlənməsinə tələbat yaradır;

Növbəti addımda problemin həlli yolları, ideyaların ilkin analizi və 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə