|
Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqıModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsiKorreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərinModulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi
19
öyrənilməlidir. Vurğulamaq yerinə düşər ki, bu göstəricilərin ölçülməsi qaydası
hələ kifayət qədər işlənilməmişdir. Ona görə də kontrol və eksperimental qrupların
tam bərabərləşdirilməsi çətindir;
11.
Eksperimental qruplar (siniflər və məktəblər) üçün eksperimentatorun hazırladığı
sistem təlim
-
tərbiyə prosesinə yeni amil kimi daxil edilir. Bu yeniliyin metodikası
təlimati seminarda eksperimentin aparıcılarına çatdırılmalıdır;
12.
Eksperimental və kontrol qrupların hamısında şərait,
tədris materialı
(eksperimental amildən sınaqdan keçirilən hadisədən başqa) eyni olmalıdır;
13.
Eksperimental qrupların işində
kənar təsirlərə yol verilməməlidir;
14.
Eksperimentin dəqiqliyi üçün müəyyənedici eksperimentə cəlb olunmuş qrup
onun
yekunlaşdırılmasınadək dəyişdirilməməlidir. Eksperimentin xarakterindən
asılı olaraq eksperimentator tədqiqatı müəyyən müddət (bir neçə gün, ay və
il)
ərzində eyni obyektlə aparmalıdır.
Pedaqoji eksperimentlər yerinə yetirilən vəzifələrə görə üç növə ayrılır:
•
Müəyyənləşdirici (diaqnostik);
•
Öyrədici;
•
Yoxlayıcı (kontrol).
Müəyyənləşdirici, öyrədici və yoxlayıcı (kontrol) eksperimentin hər biri ümumi
eksperimentin bir mərhələsi olmaqla biri digəri üçün zəmin rolunu oynayır və biri digərini
tamamlayır. Bunların hər birinə nəzər salaq.
Müəyyənləşdirici eksperiment.
Pedaqoji və psixoloji tədqiqatlarda müəyyənedici
eksperiment xüsusi mərhələ kimi yüksək qiymətləndirilir. Müəyyənedici eksperimentdə
tədqiqatçı yalnız araşdırılan pedaqoji sistemin vəziyyətini öyrənir,
faktların əlaqəsi və
hadisələr arasındakı asılılıqları müəyyənləşdirir.
Pedaqoji tədqiqatın başlanğıcı və ilk pilləsi
məhz müəyyənedici eksperimentdir. Bu prosesdə təlim
-
tərbiyənin mövcud sistemi
yoxlanılır və pedaqoji
-
psixoloji diaqnostika aparılır. Müəyyənedici eksperiment bəzən
məktəb təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə qarışdırılır. Adından
məlum
olduğu kimi, müəyyənedici eksperiment hər hansı fərziyyənin yoxlanılması və tədqiqat
obyektinin vəziyyətinin öyrənilməsinə xidmət edən ilkin mərhələdir. Bu mərhələdə
eksperimentator bir müddət bərabər səviyyəli şagirdlər (siniflər, məktəblər və s.) və
müəllimlər sorağında olur.
Eksperimentə cəlb olunacaq qrupların səviyyəsinin müqayisəli öyrənilməsi məqsədilə
müxtəlif işlər görülür. İstər eksperimental, istərsə də kontrol qruplarda şəxslərin fiziki və
psixi inkişafının ümumi səviyyəsi müəyyənləşdirilməli və bərabər səviyyəli qrup
lar
götürülməlidir.
Dostları ilə paylaş: |
|
|