Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə92/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   88   89   90   91   92   93   94   95   96

 
 
377 
Məclis qonaqlarla dolana yaxınıydı ki, gördü hamı ayağa durdu. 
Koroğlu  da  ayağa  qalxıb  yanındakı  qonaqların  birinə:  Kim  gəlir” 
deyə sual verdikdə, o cavab verdi: 
– Türkmənbaşı gəlir. 
Koroğlu qapıya göz tikmişdi ki, gördü bir ucaboylu, enlikürək, 
gözləri piyalə kimi, burma bığları da qulaqlarının üstündən arxaya 
aşırılmış  yaşlı  kişi  qabaqda,  bir  gözəl–göyçək,  boylu–buxunlu, 
qollu–biləkli igid də onun ardıyca məclisə girdi. 
Oğlanın  yaraşığına  heyran  qalan  Koroğlu  yanındakı  qonaq-
lardan: Bu igid kimdir deyə soruşduqda onun Eyvaz xan olduğunu 
söylədilər.  Koroğlu  ona  baxdıqca  artıq  qanı  qaynayırdı  və  öz-
özünə  deyirdi:  Aşıq  Cünunun  haqqı  vardır,  olduğu  kimi  bu  igidi 
tərif edə bilməyə. Günçıxandan günbatana bütün ölkələri dolansam 
belə bir igid tapanmaram” 
Nəhayət,  yemək–içməkdən  sonra  məclisin  yuxarı  başında 
oturan  Türkmənbaşı  toy  adamlarından:  “bəs  niyə  aşıq  gəlməyib, 
aşıqsız  da  toy  olarmı,  soruşduqda  cavab  verdilər  ki,  şəhəri  do-
landıq, hər yerdən soraqlaşdıq aşıq tapa bilmədik. Hamısının vaxtı 
alınmışdı. Hamısı başqa toylara getməyə söz vermişdi. 
 Bu sözü eşidən qonaqlardan biri toy adamlarına üz tutaraq əlini 
Koroğlunun çigninə qoyub dedi: 
—Mənim  yanımda  oturan  bu  qərib  qonağın  da  sazı  vardır. 
Amma bilmirəm çalıb–oxumaq başarır, ya yox?  
Toy adamları ona: “aşıqsan, dur ayağa” dedikdə Koroğlu cavab 
verdi:  
–Yox qardaş, mən aşıq degiləm. 
Bu  sözü  eşidən  Eyvaz  atasının  üzünə  baxdı.  Böyük  Türkmən 
başını qovzayıb bir bucaqda oturan Koroğluya dedi: 
–Kişi, aşıq deyilsən? Niyə özünlə qopuz dolandırırsan? 
Koroğlu bir az dizi üstə dikləndikdən sonra söylədi: 
–Bununla aşıq cavabı verərlər, amma aşıqlıq etməzlər. 
Bunu eşidən Böyük Türkmən dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
378 
–Hansı aşığın cavabını verə bilərsən? 
Koroğlu söylədi: 
–Mənə fərqi yoxdur, hansı aşıq və hər kim olur olsun. 
Bu söz Böyük Türkmənə ağır gəldi. Buna görə də nökərlərindən 
birini çağırıb dedi: 
–Get Eyvazın qopuzunu buraya gətir. 
O qədər keçmədi ki, Eyvazın qopuzunu gətirdilər. Böyük Türk-
mən Eyvaza dedi: 
–Oğul, ayağa durub saz ilə bu qonaqdan neçə söz soruş. Görək 
necə cavab verəcəkdir? 
Eyvaz:  “Baş  üstə”  deyib  saz  əlində  ayağa  durdu.  Belə  görən 
Koroğlu  da  sazı  köynəkdən  çıxarıb  ayağa  qalxdı.  Eyvaz  məclisin 
aşağı  başında  dayanan  ortayaşlı,  boylu–buxunlu,  qollu–biləkli, 
bığları burma, ancaq tanımadığı aşığa xitabən başladı: 
Aşıq, sualımın söylə cavabın, 
O nədir ki, leşi yoxdur, başı var? 
Altı göz, üç canı var, on ayağı, 
Ağzı yoxdur, amma bircə dişi var. 
Koroğlu cavab verdi: 
Cavabın söyləyim, Türkmən oğlu! 
Günlə ayın leşi yoxdur, başı var. 
Onayaqlı, altıgözlü, üçcanlı, 
Əkinçi xışıdır, bircə dişi var. 
Eyvaz: 
O nədir ki, dəymə deyəndə dəyər? 
Hansı iki yoldaş bir-birin yeyər? 
O nədir, deyilsə insanı əyər? 
O nədir ki, bir dalı, üç döşü var? 
Koroğlu: 
O dodaqdır, dəymə deyəndə dəyər
Dəgirman daşları bir-birin yeyər, 
Töhmətdir vurulsa insanı əyər, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
379 
Başdır, bir dalısı, üç də döşü var. 
Eyvaz: 
Nə qüdrətdir, nərə çəkər, guruldar? 
O nədir ki, dal qabaqdan bir olar? 
Nədir başı yanar, dibi quruldar? 
O nədir ki, quyruğunda nişə var? 
Koroğlu: 
O buluddur, nərə çəkər, guruldar, 
O göydür ki, dal qabaqdan bir olar, 
Qəlyandır, baş yanar, dibi quruldar, 
O əqrəbdir, quyruğunda nişə var. 
Nəhayət,  Eyvaz  hər  nə  soruşdu,  Koroğlu  bir–bir  cavab  verdi. 
Hamının qərib aşıqdan xoşu gəldi və Türkmənbaşıdan istədilər ki, 
aşıqdan kim olduğunu soruşub toyda olanlara bildirsin. Türkmən-
başı Koroğluya xitabən: «Aşıq, sən kimsən, haralısan?» soruşduq-
da Koroğlu dedi: 
–Xan sağ olsun, mən aşıq deyiləm, bir qərib qonağam. 
Türkmənbaşı soruşdu: 
–Bəs əlindəki qopuz nədir? 
Koroğlu: 
–Bu  toxmaqdır,  bununla  çox  başları  əzmişəm,  çox  başları  da 
əzəcəyəm. 
Bu söz Türkmənə oxdan bərk dəydi. Buna görə də dedi: 
–Bizlərdə  qonağın  hörməti  çoxdur,  yoxsa  bu  yekə–yekə 
danışmağına görə sənin qulağın burardım.  
Koroğlu bu sözləri eşidib ayağa qalxdı və bir daha sazı kökləyib 
Türkmənbaşıya söylədi: 
Mən qəribəm, vilayətlər gəzmişəm, 
Görməmişəm sənin kimi kuhənsal. 
Əsil kişilərə belə söz dəyməz, 
Acı söz deyən olsa hər bikamal. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
380 
Bu sözdən Türkmənbaşının qaş–qabağı açıldı.  Koroğlu da onu 
görüb sözə belə davam etdi: 
Aşığın bir ağzı otdur, biri su, 
Bədəsil olanlar olar iki xu, 
Üzdə bir pərdə var, adı abi–ru, 
Pərdəsizlə eyləməyin verü-al. 
Böyük Türkmən bu sözlərdən daha da maraqlanaraq aşığın sözə 
davam etməsini istədi. Koroğlu da sözün davamında dedi: 
Rəsmidir böyüklər yuxarı baxmaz, 
Verdigin heç yerdə başına qaxmaz, 
Sultan olan ölkəsini buraxmaz, 
Əgərçi milləti ola karu–lal. 
Türkmənbaşı  cibinə  əl  atıb  bir  avıc  cəvahir  çıxarıb  Koroğluya 
vermək  istədi.  Koroğlu  onun  əlini  qaytarmaq  istəmədigi  üçün 
ondan  alıb  məclisin  aşağı  başında  olan  kasıb  yoxsullara  sarı 
sovurub sözə davam etdi: 
Bəzi adam var–dövlətə aldanar, 
Tamahkar var görsə, hər zadı danar, 
Arif olan mənim dərdimi qanar, 
Niyə gərək gəzəm mahalbamahal?! 
Türkmənbaşı  belə  gördükdə  bildi  ki,  bu  aşığın  dünya  malına 
ehtiyacı  yoxdur.  Bu  ayrı  məqsəd  ilə  gəzə–gəzə  gəlib  buraya 
çatıbdır. Buna görə də dedi: 
–Aşıq,  bəllidir  ki,  sən  başqa  bir  zad  axtarırsan.  Sənin  sözlə-
rindən elə  xoşum gəldi ki,  hər nə  istəsən verəcəyəm. Hər nə  istə-
yirsən  və  bilirsən  ki,  Türkmən  ölkəsində  tapa  bilərik,  məndən 
istəyə bilərsən. Arxayın ol ki, əlimdən gələni əsirgəməyəcəyəm. 
Bu sözləri eşidən Koroğlu fürsəti qənimət sayıb sözü başladı: 
Sənə deyim, Türkmənbaşı! 
İstərəm bir ağa səndən. 
Nisan yağışı misali, 
Dürri–mərcan yağa səndən.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə