Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə91/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   88   89   90   91   92   93   94   95   96

 
 
373 
–Mən  bir  qaraləçək  arvadam.  Çoxdandır  ərim  ölubdur.  Səni 
qonaq eləməyə bir zad yoxumdur.  
Koroğlu əl atıb cibindən bir avıc qızıl çıxarıb qarı arvada verib dedi: 
–Özündən bir zad istəməyirəm, bunlarla məni qonaq elə. 
Arvad  qızılları  gördükdə  gözləri  parıldadı.  Əl  uzadıb  qızılları 
ala-ala dedi: 
–Çox xoş gəldin, içəri buyur. 
Koroğlu dedi: 
–Qarı  nənə,  verdigim  qızıllarla  on  batman  arpa  alıb  atıma 
yedirt! Bir az çörək və bir biryan olmuş quzu mənə al! 
Qarı çəp-çəp Koroğluya baxıb dedi: 
–Mən qarı deyiləm! Altı ay bundan qabaq ərə getmişəm. İki ay 
toydan sonra ərim ölübdür. İndi sən mənə qarı deyirsən?! 
Koroğlu gördü ki, qarı deyəndə arvadın acığı gəlir, dedi: 
–Xanım,  bağışla,  mən  yorğun  olduğum  üçün  əvvəlcə  sənə 
diqqətlə baxmadım. 
Bu sözü eşidən qarı əzilə-əzilə dedi: 
–İndi  ki  bildin  mən  qarı  deyiləm,  de  görüm,  mənimlə  evlən-
məyə hazırsan?  
Koroğlu cavab verdi: 
–Səndən  istədigim  şeyləri  alıb  gətirincə  mən  də  bir  az  fikir 
eləməliyəm. 
Bu sözü eşidən qarı arvad tərmə–tələsik  bazara geddi. On batman 
arpa ilə bir biryan pişirilmiş quzu və bir qədər çörək alıb bir hammala 
verdi və ondan istədi ki, onları onun evinə aparsın. Hammal yükləri evə 
gətirincə  Koroğlu  atını  bir  bucaqda  bağlayıb  özü  də  uzanıb  yatdı. 
Amma Koroğlu ilə evlənməyə can atan qarı bazarda dolanaraq bir az 
sürmə alıb gözlərinə çəkdi və bir qədər ənlik və kirşan alıb bəzənmək 
üçün  evə  gəldi.  İçəri  keçib  Koroğlunun  yanına  gəlməmiş  bir  gizlin 
yerdə ənlik, kirşanla özünü də bəzəyib qıycana-qıycana Koroğlu olan 
otağa girdi. O, yolu gələ-gələ deyirdi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
374 
–İndi qonaq mənim yolumu gözləyir ki, mən evə çatam və biryan 
olmuş quzu ətini birlikdə yeyərək evlənməgimiz üçün artıq danışaq. 
Amma içəri girdikdə Koroğlunun qanısoyuqluqla yanaşmasıyla 
üzbəüz oldu. Buna görə də dillənib dedi: 
–Qonaq, indi məni alırsan, ya yox?!  
Koroğlu dedi: 
–Görürsən ki, mənim bir atım var, bir özüm. Var–yox pulum da 
elə o idi ki, verdim  bazara apardın. Sənin də ki bir zadın  yoxdur, 
bununla belə bu evlənmək nə dərdə dəyər? 
Bunu eşidən qarı dedi: 
–Qoy mən deyim nələr varımdır: 
–Üç  toyuğum  vardır,  gündə  sənə  qeyqanaq  pişirrəm.  Beş  keçi 
varımdır  ki,  hər  gün  süd,  qaymax  yeyəcəksən.  Bir  dəst  yorğan–
döşək, iki ağac qaşıq, bir çanaq və başqa şeylər də varımdır. Genə 
də görsək keçinə bilməyirik sənin atını satarıq. 
Söz buraya çatdıqda Koroğlu sazı köynəgindən çıxarıb çala-çala 
başladı:  
Bu gün bir qarını gördüm,  
Xınalı əl-ayağı var. 
Deyir, qızam, gəl al məni
Bir həyəti, bir bağı var. 
 
Qarı deyirəm, tozlanır, 
Gəlin deyirəm, nazlanır, 
Üzünə baxcaq gizlənir, 
Heç bilməyir qonağı var. 
 
Gəzmişəm iraq-yovuğu, 
Çəkmişəm isti-soyuğu, 
Gəlinin var üç toyuğu, 
Naharda qeyqanağı var. 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
375 
Gəlin mənə verir cavab, 
Deyir, sevin, xanəxarab, 
İki qaşıq, bir rəxt–xab, 
Bir dana də çanağı var. 
 
Deyir, qonaq atın sata, 
Malını malıma qata, 
Mənimlə də yeyib–yata, 
Bircə kiçik otağı var. 
Koroğlu  bu  sözləri  oxuyarkən  qarı  o  yan,  bu  yana  göz  gəzdirib 
gördü ki, bazardan alıb göndərdigi biryan olmuş quzunun ətlərini yeyib 
tükədibdir, təkcə sümükləri qalıbdır. Ayağa durub atın arpasına baxdı, 
ondan  da  bir  zad qalmamışdı.  Belə  görən  qarı,  bu  nə  işdir, deyə  çox 
düşündükdən  sonra  yadına  düşdü  ki,  deyirlər,  Koroğlu  hər  oturumda 
bir  davarın  ətini  biryan  edib  yeyir.  Qıratı  da  on  batman  arpa  ilə 
doymaz. Buna görə qayıdıb Koroğluya dedi: 
–Səni  tanıdım,  sən  Koroğlusan!  Yoxsa  bir  davarın  ətini  bir 
oturumda  yeyə  bilməzdin.  Habelə,  atın  da  o  qədər  arpanı  tükədə 
bilməzdi.  İndi  mənimlə  evlənməyə  hazır  olsan  sözüm  yoxdur, 
hazır  olmasan  bu  yerin  adamlarının  hamısı  sənin  qanına  su-
suzdurlar, çıxıb  hamıya  xəbər elərəm  və onlar tökülüb sənin ətlə-
rini diricə-diricə doğrayarlar. Koroğlu cavab verdi: 
–Xanım, mən bir aşığam, Koroğlu hara, mən hara?!  
Qarı söylədi: 
Mən bilirəm ki, bu qonaq,  
Hardan gəlib tapıb bizi. 
Sözümə verməyir qulaq, 
Yalandır dedigi sözü. 
Koroğlu dedi: 
–Qarı,  mən  nə  üçün  sənə  yalan  deyirəm,  yoxsa  səndən  qorxu-
ram? 
Qarı başladı: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
376 
Düz sözü boynuna almaz, 
Deyir, məndə yalan olmaz, 
Əmisi Şabandır qalmaz, 
Əcəb utanmazdır özü. 
Koroğlu gördü ki, qarı arvad bunun əmsinin də adını bilir. Buna 
görə ona acıqlı–acıqlı baxdıqda qarı artırdı:  
Mən qurbanam ala gözə, 
Qəzəb ilə baxır bizə, 
Atasıydı Xoca Mirzə, 
Qırat üstə çıxdı gözü. 
 
Adı qonaq, özü yağı, 
Gözləridir qan çanağı, 
Tacirsə neylir yarağı, 
Aşığın olar bir sazı. 
 
Mən tanıram Rouşən xanı, 
Mənim bu cismimə canı, 
Anan adı Səlbibanı, 
Qırat vurub sınıb dizi. 
O arvaddan bu sözləri eşidən Koroğlu dedi: 
–Sağ ol xanım, bəllidir ki, çox ayıq və bilikli qadınsan. Sən də mən-
dən  keçsən,  mən  səndən  keçmərəm!  Qoy  atı  bazara  aparıb  satım  və 
pulu ilə hər nə gərəksə alım, qayıdım gedək kəbin kəsdirək. 
Bu sözləri eşidən qarı çox sevindi. Koroğlu da saz çignində Qı-
ratı minib aradan çıxdı və bir daha qarının evinə dönmədi. Koroğlu 
çox yol getdikdən sonra bir gün Türkmən vilayətində Aşıq Cünun 
Eyvazı gördüyü şəhərə çatdı. Qıratı bir karvansarada yemləyib saz 
çignində şəhərə çıxdı. Xalqın danışığına, söz-söhbətinə qulaq asa-
asa şəhərdə dolanırdı ki, bir toy  məclisinin  başlanmasından xəbər 
tapdı  və  axtara-axtara  gedib  o  məclisi  tapıb  içəri  girdi.  Heç  kəsi 
tanımadığı  üçün  nə  dinirdi,  nə  də  danışırdı.  Sazı  bir  bucaqda 
gizlədərək gəlib-gedənlərə baxırdı. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə