Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə88/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   84   85   86   87   88   89   90   91   ...   96

 
 
360 
–Aşıq Cünun su olub yerə batmışsa da, quş olub göyə uçmuşsa 
da onu tapıb gətirəcəyik. Sən arxayın ol. 
 Onlar bu sözləri deyib, silahlanıb atlarını yəhərlədilər. İşi belə 
görən Koroğlu sazı götürübü dəlilərə xitabən belə söylədi: 
Yola düşən, cavanlarım, 
Aşığı sizdən istərəm, 
Qoçaq, igid aslanlarım, 
Aşığı sizdən istərəm. 
 
Qorxuram iş-işdən keçə, 
Əməgimiz gedə heşə, 
Əqlim, huşum başdan uça, 
Aşığı sizdən istərəm. 
 
Sənə deyim, İsaballım, 
Qoyma, yaman olsun halım, 
İstəməm müntəzir qalım, 
Aşığı sizdən istərəm. 
 
Koroğlu qəmlərə dalır, 
Qəzəbdən rəngi saralır, 
Tez olun, vaxtınız daralır, 
Aşığı sizdən istərəm. 
Dəlilər  yola  düşmək  istədilər,  Koroğlu  da  onların  üzündən-
gözündən  öpüb  yola  saldı.  Dəlilər  ildırım  yeyinliyində  sıçrayan 
atların belində Çəmlibeldən aşağı endilər. Koroğlu da qayıdıb, sazı 
götürüb və dövrəsində qalan dəlilərə xitabən başladı: 
Qoç igidlər at belinə qalxdılar, 
Çəmlibeldən yürüyürlər hayana? 
Atlarının dırnağından, nalından, 
Toz qovzanıb qarışacaq dumana! 
 
İsaballı hər məhlədə savaşa, 
O məhlədə tamaşa var, tamaşa, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
361 
Dedigi sözünə eyləməz haşa, 
Düşmən üstə hücum edər mərdana. 
 
Güclü olar Dəli Həsən nəhrəsi, 
Düşmən bağrın yarar dəlilər səsi, 
Meydan ortasının qumu-qəyəsi, 
İldırım tək çəkər göydə zəbana. 
Koroğlu sözünə son qoydu, gedən dəlilərin ardıyca baxdı. Onlar 
o qədər uzaxlaşmışdılar ki, daha gözdən itməkdə idilər. Onlar oba-
oba,  oymaq-oymaq,  kəndbəkənd  və  şəhərbəşəhər  hər  yeri  dolan-
dılar, hər kəsdən soraqlaşdılar, nəhayət gəlib Türkmən elinə çatdılar. 
Qonaq  olmaq  üçün  Türkmənlərin  başçısı  olan  Qaşqay  Türkmənin 
evin  soruşdular.  Qaşqay  Türkmənin  evini  Koroğlunun  dəlilərinə 
göstərdilər. Dəlilər onun qapısına gəldilər. O gün Qaşqay Türkmən 
böyük bir məclis qurmuşdu. Çoxlu qonağı var idi. Dəlilər qapıçıdan 
içəri girmək üçün icazə istədilər. Qapıçılar türkmənə xəbər verdilər 
ki,  on  nəfər  atlı  qonaq  gəlibdi  və  içəri  gəlmək  istəyirlər.  Qaşqay 
Türkmən oğlu olan Eyvazı çağırıb dedi: 
–Oğul, qonaqları hörmətlə qarşılayıb içəri gətir.  
Eyvaz  onları  qarşıladı.  Onlar  Eyvazı  görüb  onun  gözəlliyinə, 
boyuna,  yaraşığına  və  ədəb-ərkanına  heyran  qaldılar.  Onlar  bu  günə 
kimi belə bir igid görməmişdilər. Eyvaz qonaqları içəri gətirdi. Dəlilər 
atlardan endilər. Nökərlər onlardan atları təhvil aldılar. Eyvaz dəliləri 
məclisə gətirdi. Atası ayağa qalxıb onları öpüb, məclisin yuxarı başında 
oturtdu.  Qonaqlara  yemək-içmək  gətirtdi.  Hamı  yeyib  doyduqdan 
sonra, Qaşqay türkmən nökərlərinə dedi: 
–Aşığı  məclisə  çağırın.  İstəyirəm  bir  az  çalıb-oxumaqla  uzaq-
dan gələn qonaqların yorğunluğunu çıxarsın.  
Aşığın  ardınca  gedib  onu  məclisə  gətirdilər.  Aşıq  Cünun  şöqü–
zövqlə məclisə girdikdə gözü Koroğlunun dəlilərinə düştü. Dəlilər də 
onu gördülər. Amma nə dəlilər onu dindirə bildilər, nə də o dəlilərə bir 
söz  deyə  bildi.  Nəhayət,  Qaşqay  Türkmənin  buyruğuna  əsasən,  sazı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
362 
kökləyərkən öz-özünə belə düşündü ki, mən bu məclisdə Koroğludan 
deməsəm,  dəlilər  gedib  Koroğluya  deyərlər.  Hardasa  o  da  məni  ələ 
keçirəcəkdir.  Bəs  bir  iş  görüm  ki,  onda  mənim  dərimi  boğazımdan 
çıxartmasın. Nəhayət, sözə başladı. Görək Qaşqay Türkmənə və uzaq-
dan-yaxından gələn qonaqlara Çəmlibeldən və Koroğludan nə deyir: 
Çəmlibeldən sizə verim bir xəbər, 
Qurub daşdan, tikib qala Koroğlu. 
Qıratı vuranda sıldırım dağa, 
Girişəndə çalhaçala, Koroğlu. 
 
Yığıb necə başıbəlli cavanlar, 
Qorxusundan qaçar bəy, paşa, xanlar, 
Ona bac verərlər böyük sultanlar, 
Namə yaza hər mahala Koroğlu! 
 
Qorxudubdu çoxlu sultanı, xanı, 
Analar doğmayıb belə oğlanı, 
Bir dəfə də yeyər bircə azmanı, 
Gələr Çəmlibeldə hala Koroğlu! 
 
Aşıq qaçıb Koroğlunun əlindən, 
Bəlkə birazca dincələ dilindən, 
Qasid gəlib Çəmlibelin elindən, 
Gəlir məni sizdən ala Koroğlu! 
Aşıq  Cünun  sözünə  son  qoyuldu.  Bu  məclisdə  olan  qərib  qo-
naqların  yanında Koroğlunu öymək Eyvaza ağır  gəldi. Buna görə 
də öz çögürünü götürüb ayağa qalxdı və atasından icazə alıb görək 
Aşıq Cünunun sözlərinin cavabında nə deyir? 
Sənə deyim, dəli aşıq, 
Bizə də Türkmən degərlər. 
Sözündə yoxdur yaraşıq, 
Bizə də Türkmən degərlər. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
363 
Türkmənlərin cavanları, 
Toz oluru meydanları, 
Saymazlar paşa, xanları, 
Bizə də Türkmən deyərlər. 
 
Aşıq, açma söz başını, 
Demə Çəmlibel işini, 
Çərçi soyandır qoşunu, 
Bizə də Türkmən deyərlər. 
 
Qoç Koroğlu gəlsə bura, 
Boynundan asaram dara, 
Ağ günün eylərəm qara, 
Bizə də Türkmən deyərlər. 
 
Aşıq, gəl olma divana
Bu sözləri qoy o yana, 
Sözün dəydi Eyvaz xana, 
Bizə də Türkmən deyərlər. 
Eyvaz  sözünə  son  qoydu.  Aşıq  Cunundan  başqa  bir  adam 
qonaxların  haradan  gəldiyini  bilmirdi.  Eyvaz  yerə  oturduqdan  sonra 
qonaqların  tərəfindən  alqışlanmadığı  üçün  təəccübləndi  və  onların 
üzlərinə baxdıqda onların acıqlı  və qaşqabaqlı olduğunu hiss etdi. Bu 
vəziyyəti Eyvaz, atası və başqa yerli qonaqlar gözləmirdi. Buna görə 
Eyvaz özünü saxlaya bilməyib qonaqlardan soruşdu: 
–Hörmətli qonaqlar, mən Aşıq Cununun sözünə cavabdan başqa 
bir  söz  demədim.  Siz  nədən  incidiniz?  Bir  də  buyurun  görək  siz 
kimsiniz,  haradan  gəlmişsiniz.  Buraya  gəlməkdən  məqsədiniz 
nədir?  
Söz buraya çatdıqda Dəli Həsən Eyvaza dedi: 
–Sazını  mənə  ver,  haradan  gəldiyimizi  və  kim  olduğumuzu 
söyləyim.  
Eyvaz sazı Dəli Həsənə verdi. Dəli Həsən sazı bağrına basaraq dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə