Kulliyyat-14. esas doc


KOROĞLINUN SƏRDAR PAŞA DASTANI



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə85/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   81   82   83   84   85   86   87   88   ...   96

 
 
348 
KOROĞLINUN SƏRDAR PAŞA DASTANI 
 
Bir gün Koroğlı məclis qurmuşdı. Yeddi min yeddi yüz və yet-
miş  yeddi  dəlilər  səf-əndərsəf  və  neçə  nəfər  əyan  və  əşraf  otur-
muşdılar. Aşıq Cunun sazunı sinəsinə basub bu məclisün yaxçılu-
ğun və İsabalınun sifarişün Koroğlıya belə hali edər:  
Xəbər verim Çamlıbelün səfasun, 
Hər mahaldan havalıdur, havalı. 
Mərmərdən saldırub bürcü-qalasun, 
Tutubdur şöhrəti küllü mahalı. 
Koroğlı bir baxub aşuğa tərəf: 
Koroğlınun hər mahalda əli var, 
Fərmanuna yüz tərəfdən bəli var, 
Əl şəmşirli, neçə yüz min dəli var, 
Bu tərəfdən rahat olub xəyalı. 
Koroğlı fikr eylədi dedi, hətmən bir hekayət var, mən bilmirəm. 
Dedi:  
–Aşıq, rouşən danuş! 
Soruş özündən dəlinün halunı, 
Namərd meydanunda əgməz dalunı, 
Kəsalətluğ tutub İsabalunı, 
Neçə gündür yatıb, bəd olur halı. 
Koroğlı dedi: 
–İsabalı məgər bu məclisdə dəgül?  
Aşıq dedi: 
Qəhr eliyüb, bu məclisə gəlmədi, 
Türfə verdüm, mənə baxub gülmədi, 
Çox yalvardum, əsla məhəl almadı, 
Gördüm yoxdur danışuğun məcalı. 
Söz təmam olub, dedi: 
-  Koroğlı,  İsabalı  dedi  gündür  Koroğlı  mənim  sözümə  cavab 
vermiyüb.  Bu  gün  məclisdə  sən  mənim  sözümü  danuş.  Əgərçi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
349 
gənə Koroğlıdan mənə xəbər olmadı, Sıldırım qəyadan, Qərətikan-
luğa aşaram. An vəxt Koroğlı bilür, mən hər nə soruşdum, dərdin 
nədür, dedi, Koroğlı özü bilür.  
Bu sözdə Koroğlı qah-qah gülüb səsləndi: 
–Qonaqlar məşğuli yemağ və içmağ olsunlar və qulax versünlər 
mənim sözümə. 
Təmam əyan-əşraf sakit olub, Koroğlı sazun alub sinəsinə, gö-
rək nəmə deyir: 
Dəlilərim, bu gün biri qəhr edüb,  
Teztər durun, onı gedin, gətirin. 
Qəzəbləndi, əgər, bura gəlmağa, 
İltimas–iltica edin, gətirin. 
Bu sözdə təmam məclisdə oturanlar baxdular bir–birinə, dedilər: 
–Koroğlı kimə fərman verür?! 
 İsa başun salub aşağı. Koroğlı dedi: 
Birizün həqqi yox baş tikə yerə, 
Davtələb istərəm, gedə, gətirə, 
Onu bu qəm həlakətə yetirə, 
Sizlər durun, gedin, onı gətirin. 
Sərdar  paşa  gördü  Koroğlı  cəngə  çalışur  və  öz  məclisində  güc 
söz deyir, başun qovzadı, dedi: 
 –Koroğlı, kimə fərman verüri, aşkar deginən. Səlah oldu gedər, 
səlah olmadı getməz. 
Koroğlı bir çəp baxub Sərdara, dedi: 
Sən mənə qonaqsan, uca danuşma, 
Çamlıbelün sən işinə qaruşma, 
Təvanludur bu söz, söz başun açma
Hər qonağa deməm, gedin gətirin. 
Sərdar paşa dedi: 
–Heylə, əgər, burdan çıxdım, bu sözün təlafisün açaram. 
Koroğlınun bu yerişsüz sözüdür,  
Yeddi min dəlisi və bir özüdür,  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
350 
İsabalı onun bir sağ gözüdür, 
Dəlilərim, gedin onı gətirin. 
Söz təmam olub, Dəli Həsən durub ayağa dedi: 
–Koroğlı, bu dəlilər necə ildir deyillər, İsabalı Koroğlınun sağ gö-
züdür, Eyvaz xan sol gözü. Hala ki, bu töürdür, biz gedək onı gətürək? 
 Koroğlı bu sözdə görək nəmə dedi: 
Dəlilərin əcəb nadan olubdur, 
Bundan belə ruzigarun necolur? 
Hər biri bir xəyalata dolubdur, 
Fikrün gedər hətmən başın kəc olur. 
 
Baala dağlar saxlamaz özündə qarı, 
Sumax verməz bəhri-Savalan narı, 
İncilün bərində əkmə çinarı, 
Əkərsənsə, ərzi təhi necolur? 
 
.......................çala bilməz qılıcı, 
Hamıya tək ola bilməz alucı, 
...................... ola bilməz vuruci, 
Vurucı quş dimdigünnən kəc olur. 
 
...................... alub bu sözü deyər,  
Aslan olan pünhan sökübdür yiyər, 
     .................... gör səni dağudar, yeyər,  
Hər nə yesə genə gözü ac olur. 
Söz burda tamam olub. Koroğlı bircə cam doldurub alub əlinə, dedi: 
–Ay cəmaət, kimdir bu cami əlimdən ala, mərdanə başuna çəküb 
içə və gedə mənim gözümün nuru İsabalını bu məclisə gətürə. 
Yumuq Əhməd ayağa durub camı alub çəküb başuna, sonra dedi: 
–Ay  Koroğlı,  mən  gedərəm,  hər  töür  olar  İsabalunı  gətürrəm. 
Vəli bunnan əlbət bu məclisün dərhəm-bərhəmi 
Olur. Bəs səbr eylə qonaqlar getsünlər, şayəd İsabalını mən gətirüm. 
Bu sözdə təmam dəlilər dedilər: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
351 
–Bu, hesabi sözdür.  
Çün,  dəlilərin  İsabalının  mətləbindən  xəbər  varları  idi.  Vəli  Ko-
roğlının xəbəri yoxıydı. Koroğlı gənə fikrə gedüb görək bu əsrarə nəmə 
dedi. Çögürün alub sinəsinə hirsinnən qah-qah gülüb dedi:  
Dəlilərim, sizə huşdar verirəm,  
Yuxulanur çərxi-fələk dolana. 
Bu havanun nəsimindən bilirəm, 
Görürəm qovzanur rəngi solana. 
Dəlilər dedilər: 
 –Koroğlı  nəmənə  nəzərə  alıb,  əlbəttə,  xətər  yuxudur.  Məgər 
nəmə olubdur? 
Dedi: 
Bu havanun nəsimindən bilürəm, 
Pişamədin vermədən ölirəm, 
Vicdan gedür mən hirsimdən gülirəm, 
Az qalubdur heysiyyətim talana. 
Dəlilər  təmam  özlərini  cəm  edüb  Koroğlınun  döürini  tutublar, 
dedilər: 
–Nəmə olub? 
 Koroğlı dedi:  
Düşmənlərim məkanımda yatubdur, 
Yeriş edüb Çəmlibelə çatıbdur, 
Bilməyənlər bilənləri atubdur, 
Namus gedər, qeyrət az var çalana. 
Dəlilər az qaldı ağlıyalar, dedilər: 
–Koroğlı,  axır  de  görək  nəmə  olub?  Bizim  ürəgimizdə  huş 
qalmadı, nəmə olub? Koroğlı dedi: ........... 
 
 
 
-------------------------- 
*
Mətnin sonrakı səhifələri əlimizdə yoxdur 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə