Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə86/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   82   83   84   85   86   87   88   89   ...   96

 
 
352 
ƏLİ KAMALİNİN ÇAP ÜÇÜN  
HAZIRLADIĞI MƏTNLƏR 
 
AŞIQ CÜNUNUN ÇƏMLİBELDƏN QAÇMASI 
 
Bir  gecə  Koroğlu  məclisdə  nədənsə  Aşıq  Cünuna  acıqlandı  və 
onu məclisdən eşigə saldı. Aşıq Cünun öz-özünə dedi: “Koroğlunun 
yemək-işməkdən  sonra  başı  ayırd  olsa  bir  daha  yaxamdan  tutub 
vuracaqdır, yaxşısı budur ki, fürsətdən faydalanaraq aradan çıxım”.  
Buna görə çögürü çiynində yola düştü və gəlib Daşqaladan endi, 
Qaratikanlıqdan  keşdi,  Sıldırımqayalardan  sovuşdu.  Çox  gələndən 
sonra Arzulum qırağına çatdı. Cadanın qırağında bir qayanın dibin-
də gizləndi. Bir azdan sonra bir tacir karvanı gəlib oradan keçdikdə 
aşıq Cünun ayağa qalxdı və qabağa yeriyib tacirbaşıya salam verdi. 
Onu görən bazurqanbaşı “əleykəssalam” deyib soruşdu: 
– Ay aşıq, burada neyləyirsən, nə üçün qaşqabağın aşağıdır? 
Aşıq Cünun cavab verdi: 
–  Tacir  başı,  dərdim  bir-iki  deyil.  Mənim  kimi  olanın  gərəkdə 
qaş-qabağı aşağı ola. 
Tacirbaşı soruşdu:  
– Aşıq, sənin dərdin nədir?  
Aşıq  Cünun  sazını  kökləyib  tacir  başıya  xitabən  görək  nə 
söyləyir!? 
Sənə deyim, xan bazırqan, 
Dərdim başımdan aşıbdır. 
Günüm keçib qocalmışam, 
Ürəyim başı şişibdir. 
 
Cavan ömrüm gedib bada, 
Qocalmışam bu arada, 
Giriftar oldum dünyada, 
Dərdim qəmə qarışıbdır. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
353 
Çıxıb bu yerdən qaçaram, 
Qanadım olsa uçaram, 
Can ilə başdan keçərəm, 
Qəm ürəyimdən daşıbdır. 
 
Aşıq Cünun edər havar, 
Başında şuru qovğa var, 
Məni savar edib apar, 
Kömək ol, işim düşübdür. 
Sovdagər bu sözləri eşidib dedi: 
–Aşıq,  ticarətlə  bu  aşıqlıq  tutmaz.  Mən  səni  apara  bilmərəm, 
bizdən əl çək.  
Görək Aşıq Cünun sovdagərin bu sözünə nə cavab verir: 
Sənə deyim, xan Sovdagər,  
Mübarəkdir səfər sənə, 
Sən məni özünlə apar, 
Faydası çox yetər sənə. 
 
Yükündə var tirmə qumac, 
Qocalıb olmuşam möhtac, 
Gəl, eylə dərdimə əlac, 
Xudam eylər nəzər sənə.  
 
Hacılar gedərlər haca, 
Baxmazlar yoxsula, aca, 
Mən eylərəm çox iltica, 
Duamda var səmər sənə. 
 
Sən məni mindirsən ata, 
Aparsan Ruma, Şamata, 
Ya Türkmən, ya da Kalata, 
Apar, çatmaz xətər sənə. 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
354 
Aşıq Cünun haqq aşığı, 
Məclislərin yaraşığı, 
Vardır qəlbimin işığı, 
Uğurludur səhər sənə. 
Tacirbaşı aşıq Cünunu tanıdı.Buna görə ona xitabən dedi: 
–Aşıq,  sən  Koroğlunun  aşığı  olan  Aşıq  Cünunsan.  Mən  bilmi-
rəm  nə  üçün  onun  əlindən  qaçırsan.  Amma  bilirəm  ki,  Koroğlu 
sənin mənə qoşularaq qaçmağın bilsə malımi qarət edərək özümun 
də dərimə saman doldurar.  
Qoca aşıq sazını bağrına basaraq söylədi: 
Bülbül azad olan çağda qəfəsdən, 
Qanad vurar çata öz məhəllinə, 
Yeməkdən, içməkdən üzər əlini
İstəyər çata öz tayifa, elinə. 
 
Bir aşığam, yoxdur dünyada malım, 
Koroğlu qorxusu pozubdur halım, 
Daha istəmirəm yanında qalım, 
Bir daha qayıtmam Çəmlibelinə. 
 
Xudam yetiribdir bu saat səni, 
Az qalıb alışa ömrüm xərməni,  
İstəmə öldürə Koroğlu məni, 
Leşimi sala Çəmlibel çölünə. 
 
Qorxusundan seçməm gündüz-gecəni, 
Gözüm görməz alçaq ilə ucani, 
Qafiləyə qoşaraq bu qocani, 
Aparıb çatdır Türkmənlər elinə. 
Tacirbaşi razi olan deyildi. Amma, Aşıq Cünun o qədər yalvardi, 
yaxardi ki, tacirbaşi üzə qaldı və yetim çarvadarlara dedi: 
–Bu aşıqı götürüb bir qatırın yükünün arasına qoyun. Görək nə 
vaxt bunun şərri bizi də yaxalayacaq, özünü də?!  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
355 
Çarvadarlar  qoca  aşıqı  götürüb  bir  qatırın  yükünün  arasına 
qoyub yollandılar. İndi Aşıq Cünun tacirlərlə yol getməkdə olsun, 
görək Çəmlibeldə nə xəbər vardı?! 
Sabah  yenə  Koroğlu  məclis  qurub  dəlilərlə  yemək–içməyə  baş-
larkən Aşıq Cünunu istədi. Aşıq Cünundan haray olmadı. Onun çadı-
rına  adam  göndərdi.  Çadırında  da  tapılmadı.  Gəlib  Koroğluya,–  «Nə 
özü çadırdadı, nə də qopuzu»,– söylədilər. Belə görən Koroğlu dedi: 
–Hər yerdə olursa tapılıb gətirilməlidir. 
Dəlilər  hər  yeri,  hər  dəlik–deşigi  axtardılar.  Ondan  xəbər 
olmadı. Nəhayətdə gözətçilərdən biri dedi: 
–Yarı  gecə  çögürü  çiynində  Qara  Sıldırımdaş  qalaya  sarı 
gedirdi. Bu xəbər Koroğluya verildi. Koroğlu dedi: 
–İzini tutub gedib onu tapmalısınız! 
Dəlilər gözətçinin göstərişi ilə onun izini tutub gəldilər sıldırım 
qayalardan və qara tikanlıqlardan keçib Arzulum yolunun qırağına 
çatdılar. Yolda  Aşıq Cünundan  iz  yoxuydu. Ancaq çoxla at, qatır 
izi  gördükdə  bildilər  ki,  oradan  bir  karvan  keçibdir.  Onlar  bir-
birlərinə dedilər: 
–Aşıq Cünun buradan keçən karvanla gedibdir.  
Sonra  geri  qayıdıb  bu  xəbəri  Koroğluya  çatdırdılar.  Bu  xəbəri 
eşidən  Koroğlu  bahar  buludu  kimi  var  gücüylə  bir  nəhrə  çəkdi. 
Onun bu bağırması dağ–daşı titrətdi. Bütün dəlilər onun dövrəsinə 
toplaşdılar. Koroğlu onlara xitabən söylədi: 
Dəlilərim, Aşıq Cünun qaçıbdır, 
Dolanın dağları, tapın gətirin. 
Kəsilib taqətim, ruhum uçubdur, 
Hər nə yaparsınız, yapın gətirin. 
 
Aşıq getsə tamaşadır tamaşa, 
Tapılmasa işim yetişər başa, 
Bilsəz gedib girib sıldırım daşa, 
Fərhad kimi daşı çapın gətirin. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə