Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə123/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   146

400 


tiv agentliklər həm internet saytını dizayn etməkdə və həm 

də onu idarə etməkdə daha müvəffəqiyyətlidirlər.  

İnteraktiv  agentlik,  ümumi  koordinator  proyektinin 

icra  edilməsi  üçün  daha  çox  məsuliyyət  daşıyır.  Proyekt 

idarəçisi, proyektin tətbiqində agentlik ilə müştəri arasında 

həm də  vasitəçi rolunu oynayır. İnteraktiv agentliklər in-

ternet  resursları  vasitəsilə  məhsulu  interaktiv  satışa  çıxar-

maq  üçün  lazımlı  olan  bütün  metod  və  vasitələrdən  isti-

fadə  edir  və  içtimaiyyətlə  əlaqələrdə  sağlam  ünsiyyəti 

formalaşdırırlar.  

Son  illərdə  baş  verən  texnoloji  inkişaf  nəticəsində 

reklam  agentliklərinin  strukturlarında  və  iş  görmə  fəaliy-

yətində xeyli dərəcədə müsbət dəyişikliklər baş vermişdir. 

İnternetin  insanların  həyatlarında  hər  gün  daha  təsirli  rol 

oynaması  içtimaiyyətdə  müsbət  ovqat  yaratmış,  dünyaya 

olan baxışları  dəyişmişdir. Texnoloji inkişafı daha  yaxın-

dan  izləyən  interaktiv  agentliklər,  bu  gün  reklam  işlərinə  

yeni töhfələr verir  və fəalyyətlərini məhz günün tələbləri 

səviyyəsində qurmağa çalışırlar.  

Müasir dövrdə internetdə reklam vermək olduqca məş-

hurdur.    İnternetdə  elan  və  reklam  vermək  üçün  istifadə 

edilən  bir  çox  sayt  mövcuddur.  Hazırda  reklamı  internet 

üzərindən verməyin ən böyük üstünlüklərindən biri, onun 

dərhal,  yəni  operativ  şəkildə  ictimaiyyətə  çatdırılmasını 

təmin etmək və bir çox interaktiv vasitələrlə dəstəkli rek-

lamın təsirli olmasını həyata keçirməkdir. Reklam vermək 

üçün  daha  çox  internet  saytindan  istifadə  edilməsi  və  is-

tehlakçılara  təsir  göstərilməsi  isə  olduqca  məsuliyyətli  və 

şərəfli bir iş hesab edilir. Burada ən önəmli olan reklamın 

açıq və dəqiq bir şəkildə verilməsidir. Məhz bu səbəbdən 




401 


də,  reklam  hazırlanarkən  onun  iştimaiyyətə  verə  biləcək 

təsir gücünü  əvvəlcədən bilmək olduqca vacibdir. 

Bu gün dünyada informasiya-kommunikasiya texnolo-

giyalardan  istifadə  etməyən  elə  bir  sahə,  demək  olar  ki, 

yoxdur.  Müasir  dövrdə  biz,  bir  çox  işlərimizi  asanlaşdır-

maq üçün internetə müraciət edirik. Kompüterlər və mobil 

elektron  cihazlar  vasitəsilə  daha  sürətli  və  praktik  işləri 

həyata  keçiririk.  Bütün  bunların  nəticəsində  isə  vaxtdan 

səmərəli istifadə olunaraq, daha çox keyfiyyətli iş görmək 

mümkün olur. Heç şübhəsiz ki, qloballaşma və bazar iqti-

sadiyyatı  şəraitində  mobillik  və  vaxtdan  səmərəli  istifadə 

etmək məhz içtimaiyyət üçün “qızıl sərvət” hesab olunur. 

 

Müasir  dövrdə  kütləvi  informasiya  vasitələri  içəri-



sində  televiziyanın  cəmiyyətin  həyatında  böyük  önəm 

kəsb  etdiyi  danılmaz  bir  faktdır.  İnternetlə  yanaşı  televi-

ziya vasitəsilə yayımlanan proqramlar və verilişlər də bö-

yük tamaşaçı kütləsini özünə bağlayır.  Bu nöqteyi-nəzər-

dən  də  televiziya  vasitəsilə  reklam  fəaliyyətini  unutmaq 

olmaz.  Televiziya  ilə  yanaşı,  radio  dinləyicilərini  də  rek-

lam  vasitələri  ilə  məlumatlandırmaq  mümkündür.  Ümu-

miyyətlə,  radio  və  televiziya  çoxsaylı  tamaşaçı  kütləsini 

özünə cəlb edən kütləvi-informasiya vasitəsidir. edilir. Bu 

gün  bu  vasitələr  ictimaiyyət  arasında  geniş  reklam  məlu-

matlarını yaymaqla məşğuldur. Tamaşaçı uğrunda mübari-

zə  gənc  teleşirkət  sahibkarlarını  daim  yeni  forma  və  me-

todlar axtarıb tapmağa, bütün profillər üzrə ən yaxşı mütə-

xəssisləri  işə  cəlb etməyə, texniki imkanlarını daima  tək-

milləşdirməyə məcbur edir. 

Son illərdə  isə, cəmiyyətin və elmin bütün sahələrində 

kütləvi şəkildə tətbiq  olunan  informasiya-kommunikasiya 

texnologiyaları başqa sahələr kimi,  məhz iqtisadi sahələri 




402 


də əhatə etmişdir. Artıq informatikanın xüsisi bölməsi ki-

mi,  iqtisadi  informatika  anlayışı  yaranmışdır.    Ümumiy-

yətlə,  informasiya-kommunikasiya  texnologiyaları  vasitə-

silə  reklam  xarakterli  informasiyalar  ictimaiyyət  arasında 

daha  geniş  yayılmışdır.  Bu  reklam  xarakterli  informasi-

yalar hər hansı bir firmanın, şirkətin və müəssisənin kom-

mersiya  fəaliyyətinə  dəstək  vermək    və  bazardakı  satışa 

təsir emək məqsədi daşıyır. 

Müasir dövrdə elektron kommersiyanın nizamlanma-

sı  problemi  böyük  aktuallıq  kəsb  etməkdədir.  Bu  gün 

elektron  kommersiyanın  nizamlanması  nəticəsində  isteh-

lakçıları  vicdansız  reklamlardan,  keyfiyyətsiz  əmtəə  və 

xidmətlərdən,  oğurluqdan,  kibercinayətkarlıqdan,  şəxsi 

maliyyə  məlumatlarının  (məsələn,  ödəmə  kartları  haqqın-

da informasiyanın) qanunsuz ötürülməsi kimi xoşagəlməz 

hadisələrdən  qorumaq  mümkündür.  Reklam  agentlikləri, 

reklamin  keyfiyyətli  olmasına  xüsusi  diqqət  yetirməlidir-

lər.  Bu  nöqteyi-nəzərdən  də  informasiya-kommunikasiya 

texnologiyaları  vasitəsilə  yayılan  reklamlarda  məlumatla-

rın  doğruluğuna  və  dürüstlüyünə  iştimaiyyət  tərəfindən 

ciddi nəzarət edilməlidir . 

Reklam  agentlikləri  hazırda  informasiyaların  ötürül-

məsi və tətbiqi  ilə bağlı olduqca mühüm funksiyaları yeri-

nə  yetirir.  İctimai  fikir  barədə  informasiyalardan  istifadə 

etmək  üçün  təkcə  yüksək biliyə deyil  malik  olmaq kifayət 

deyil,  yüksək  biliklə  yanaşı,  eyni  zamanda  yüksək  təfək-

kürə,  intuisiyaya  və  uzaqgörənliyə  də  malik  olmaq  lazım-

dır.  


 

 

 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə