Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə131/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   146

427 


kilatlarının  bu  təqdirəlayiq  fəaliyyəti  hökumət  tərəfindən 

müsbət dəyərləndirilir. Elə bu nöqteyi nəzərdən də Əli Hə-

sənov bu barədə belə qeyd edir ki,  “Qeyri-hökümət təşki-

latları ictimai davranış normalarını müəyyən edən və onun 

həyata keçirilməsini təlqin edən institutlardır, bu səbəbdən 

biz dövlət olaraq qeyri-hökümət təşkilatlarını özümüzə tə-

rəfdaş  görürük.  Qeyri-hökümət  təşkilatlarının  məşğul  ol-

duğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, 

siyasi,  sosial,  mədəni,  həyatın  müxtəlif  sahələri,  eyni  za-

manda dövlət siyasətinin prioritetlərini təşkil edir”.

111

 

Dövlət   təşkilatları  ilə  qeyri-dövlət təşkilatlarının 



məqsədi və yerinə yetirdiyi funksiyalar arasında oxşar cə-

hətlərlə  yanaşı müəyyən fərqlər mövcuddur. Dövlət   təş-

kilatları  əsasən milli  mənafelərinin  və mədəni dəyərlərin  

təbliği ilə, qeyri-hökümət   təşkilatları isə    mədəniyyət-

lərarası  anlaşmanı qarşılıqlı   mübadilə  yolu ilə aparmaq  

məqsədi güdür. Dövlət təşkilatlarından fərqli olaraq, qey-

ri-dövlət  təşkilatları  xərcləri  dövlət  tərəfindən  ödənilmir. 

Bu  baxımdan  qeyri-dövlət  təşkilatının  iş  şərtləri  və  üsul-

ları dövlət tərəfindən müəyyən olunmur və bu təşkilatlarda 

çalışan  əməkdaşlar  xidmətlərinin  qarşılığında  dövlətdən 

"maaş" deyilən məvacib almırlar. 

Azərbaycan Respublikası XX yüzilliyin axırlarında 

müstəqillik əldə etdikdən sonra ictimaiyyətdə mənəvi, hü-

quqi dəyərələrin inkişaf etdirilməsi ilə bağlı mülki, mülki-

prosessual,  ailə,  əmək,  cinayət,  cinayət-prosessual,  cəza-

larin icra edilməsi haqqinda, gömrük və vergi məcəllələri, 

yiğincaq  azadliği,  kütləvi  informasiya  vasitələri  və  vəkil-

                                                 

111

 

strategiya.az 



 


428 


lik  haqqinda  mühüm  əhəmiyyətə  malik  olan  qanunlarla 

yanaşi olaraq, qeyri-hökümət təşkilatları (ictimai birlik və 

fondlar) haqqında da qanun qəbul edilmiş və bu sahədə də 

lazımi tədbirlər aparılmışdır. “Azərbaycanda vətəndaş cə-

miyyəti quruculuğu prossesi öz inkişafının birinci mərhə-

ləsini  yaşayır.  Ədliyyə  Nazirliyində  1500-ə  yaxın  qeyri-

hökumət təşkilatı qeydiyyatdan keçmişdir, çox sayda QHT 

qeydiyyatsız fəaliyyət göstərir. Lakin, onlardan yalnız çox 

az bir qismi həqiqətən fəal hesab olunur. QHT-lərin əksə-

riyyəti lazımi maliyyə mənbələri, təşkilati vərdiş, tədqiqat 

potensialı  və  iştirakçıların  sayı  baxımından  ciddi  korluq 

çəkir.”


112

  

Ümumilli  lider  Heyrər  Əliyev  insan  hüquqlarına 



böyük  önəm  verməsi  nəticəsində  1995-ci  il  noyabrın  12-

də  158  maddədən  48-i  insan  və  vətəndaşların  hüquq  və 

azadlıqlarına  həsr  edilən  Azərbaycan  Respublikasının 

Konstitusiyası qəbul edildi. Ulu Öndərin siyasətini layiqli 

bir  şəkildə  davan  etdirən    Azərbaycan  Respublikasının 

Prezidenti İlham  Əliyev qeyri-dövlət təşkilatlarına Dövlət 

Dəstəyi  haqda  27  iyul,  2007-ci  il  tarixli  və  qeyri-dövlət 

təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  yaradılması  haq-

qında sonrakı illərdə qəbul etdiyi qanun və fərmanlar nəti-

cəsində bu sahədə bir sıra ciddi və uğurlu layihələr həyata 

keçirildi.  

Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

qeyri-dövlət  təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasına,  2008-

                                                 

112

 

Abbasov  N.  Mədəniyyət  siyasəti  və  mənəvi  dəyərlər.    Bakı, 



2009, səh.68 

 

 



429 


ci  ilin  martında  qeyri-dövlət  təşkilatları  tərəfindən  nami-

zədlərin  seçilməsi  ilə  bağlı  olaraq  iclaslar  təşkil  edilmiş, 

bu  iclaslarda  Şuraya  seçilmək  üçün  qeyri-dövlət  təşkilat-

ları tərəfindən 24 nəfərin namizədliyi irəli sürülmüşdür. 18 

aprel,  2008-ci  il  tarixində  Azərbaycan  Respublikasının 

Prezidenti qeyri-dövlət təşkilatlarına Dövlət Dəstəyi Şura-

sının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzala-

mışdır.  Bu  sərəncama  müvafiq  olaraq  Şuranın  11  üzvü 

təyin edilmişdir. Bu 11 üzvün, 3 üzvü dövlət təşkilatları, 8 

üzvü  isə  qeyri-dövlət  təşkilatlarının  nümayəndələrindən 

ibarətdir. Şuranın ilk iclasında Şuranın sədri, sədr müavini 

və  katibi  seçilmiş  və  Şuranın  fəaliyyətə  başladığını  elan 

etmişdir.  

Vətəndaş  və  onların  təşkilatlarının  əsas  hüquq  və 

azadlıqlarının həyata keçirilməsi ilə formalaşan sosial mü-

hit  vətəndaş  cəmiyyəti  kimi  ifadə  olunur.  Bu  ifadədən 

kommunist  diktaturası  dövründə  istifadə  edilməmişdir. 

Lakin  müstəqilliyimizi  elan  etdikdən  sonra  bu  ifadədən 

geniş bir şəkildə istifadə edilməyə başladı. Müasir qlobal-

laşma və  vesterinizasiya prosesi şəraitində  bu anlayış ge-

niş bir mahiyyət kəsb etdi. Dövlətdən asılı sosial, mənəvi, 

mədəni  sahələri  özündə  ehtiva  edən  sistem  qeyri-dövlət 

strukturlarını özündə birləşdirdi. 

17  fevral  2003-cü  ildə  “Azərbaycanın  inkişafı  na-

minə  İnformasiya  və  Kommunikasiya  Texnologiyaları 

üzrə  Milli  Strategiya  (2003-2012-ci  illər)”  qəbul  edilmiş 

strategiyada  vətəndaşların,  qeyri-dövlət  təşkilatlarının 

dövlət  idarəçiliyində  iştirak  etməsi  üçün  müvafiq  şəraitin 

yaradılması  da  nəzərdə  tutulmuşdur.  Ayrı-ayrı  fərdlərin 

könüllü şəkildə formalaşmış bir sferası  olan vətəndaş cə-




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə