Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə127/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   146

414 


lardan  fərqləndirən  ən  əhəmiyyətli  xüsusiyyət  isə  onun 

geniş həcmli təşkilatlanma formasına malik olmasıdır. 

Təşkilat -insanların cəmiyyətin daxilində həm mad-

di  və  həm  də  mənəvi  məhsul  meydana  gətirmək  üçün 

müəyyən bir məqsəd istiqamətində gördükləri işlərin plan-

lı  və  bərabər  idarə  olunan  hərəkətləridir.  Bu  hərəkətlər 

ümumiyyətlə, müəyyən bir qayda-qanunlar sistemi əsasın-

da  reallaşır.  Mahiyyət  etibarilə  təşkilatlar  da,  öz  növbə-

sində planlaşdırılan təşkilatlar və planlaşdırılmamış (özba-

şına  meydana  gəlmiş)  təşkilatlara  ayrılır.  Təşkilata  başqa 

bir  mövqedən  tanaşdıqda  o,  cəmiyyətin  müəyyən  bir  par-

çası və eyni zamanda ayrı-ayrı şəxslərin meydana gətirdiyi 

bir  qurum  kimi  başa  düşülür.  Onların  fəaliyyətləri  isə, 

müəyyən  qayda-qanunlar  sistemi  əsasında  tənzimlənir. 

Beləcə müəyyən bir iş və yaxud da bir ideya bərabər idarə 

olunan əmək kollektivinin sistemli bir fəaliyyəti əsasında 

həyata keçirilir.  

Tədqiqatçılar  tərəfindən  aparılan  araşdırmalar  bir 

daha sübut edir ki, son dövrlərdə dövlət təşkilatları ilə ya-

naşı  qeyri-dövlət  təşkilatlarının  da  cəmiyyətdə  oynadığı 

rol  günü-gündən  armaqdadır.  “Mutəxəssislər  son  10-15 

ildə baş verən ən mühüm siyasi proseslər barəsində danı-

şarkən aşağıdakı əsas məqamları göstərirlər: 

•  SSRİ-nin  dağılması  nəticəsində  özlərinin  sosial, 

iqtisadi, siyasi və hərbi problemləri olan bir sıra mustəqil 

dövlətlərin yaranması; 




415 


• Geniş insan kütlələrinin, kütləvi hərəkatların, icti-

mai və qeyri-hökumət təşkilatlarının siyasi fəallığının, on-

ların siyasi proseslərə marağının artması.”

107


  

Təşkilat mədəniyyəti, qısaca desək, şəxslər tərəfin-

dən  paylaşılan  əxlaqi-mənəvi  dəyərlər  sistemi  əsasıda 

formalaşan  bir  qurumdur.  İşlərin  necə  görülməsinə  dair 

ortaq görüşlər, etik davranışlar, təsir etmə formaları, pay-

laşılan inanclar, istifadə edilən simvollar və təşkilatın mü-

bariz qəhrəmanları bu ortaq mədəniyyəti meydana gətirir. 

Təşkilatın  rəhbərliyi  (xüsusilə  qurucular,  liderlər)  fərd  və 

qrup  davranışını  təyin  edən  mədəniyyətin  yaradılmasında 

təsirli  və  təyinedicidir.  Təşkilat  mədəniyyəti  eyni  zaman-

da, xarici ətrafa uyğunlaşma və daxili inteqrasiya olunma 

problemlərinin  həll  edilməsi  əsasında  inkişaf  etdərək, 

mənəvi dəyərlər əsasında formalaşır. 

Cəmiyyət  həyatının  bütün  əsas  sahələri  dövlət  və 

dövlət  hakimiyyətinin  nəzarəti  altında  olur  və  dövlət 

ictimaiyyətə  norma  yaratma,  nizamlayıcı    amil  kimi  təsir 

göstərir.  Cəmiyyət  həyatındakı  müxtəlifliyi  nəzərə  alsaq 

bu  nöqteyi-nəzərdən  dövlət  yalnız  dövlət  təşkilatları  ilə 

məhdudlaşa  bilməz  və  qeyri-dövlət  təşkilatlarının  da  ya-

ranması, fəaliyyət göstərməsi müasir dövr üçün normal bir 

hal  hesab  oluna  bilər.  Dövlət  strukturları  və  qeyri-dövlət 

təşkilatları da cəmiyyətdə insanların həyatına önəmli təsir 

göstərə bilir. 

  

Müəyyən  insan  qruplarının  təşkilat    adlanması  üçün 



müvafiq  tələblər  mövcuddur.  Həmin  tələblər  aşağıdakı-

lardır:  

                                                 

107


  Mehdiyev  Ramiz.  Fəlsəfə.  Dərs  vəsaiti.  Bakı,  "Şərq-Qərb",  2010.

  səh. 


335 


416 


1)Təşkilat  kimi  fəaliyyət  göstərən  qrupun  üzvləri-

nin sayı ən azı iki nəfər olmalıdır; 

2)  Təşkilatda  heç  olmasa  ümumi  bir  mədsəd 

olmalıdır; 

3)  Təşkilatda  hamını  maraqlandıran  məqsədə    nail 

olmaq üçün, təşkilat üzvlərinin şüurlu bir şəkildə bir yerdə 

işləməsi və calışması vacibdir. 

Təşkilat  iqtisadi  mənfəət  əldə  etmək  və  eyni  za-

manda ideoloji,siyasi, sosial məqsədlərin gerçəkləşdiyi bir 

mərkəz  hesab  olunur.  İstər  dövlət,  istərsə  də  qeyri-dövlət 

təşkilatlarının tərkibində  müəyyən sosial vəzifələri  yerinə 

yetirən  işgüzar  və  yaradıcı  insanlar  vardır.  Bu  insanların 

hər biri təşkilat üçün son dərəcə vacib və bacarıqlı,təşkilatı 

sürrətlə  irəliyə  aparan  və  davamlı  inkişafı  təmin  edən 

savadlı və intelektual  şəxslər olmalıdır.  

 

14.2.Dövlət təşkilatlarında ictimaiyyətlə əlaqələrin 



təşkili xüsusiyyətləri 

 

Dövlət təkcə siyasi hakimiyyəti deyil, həm də müa-

sir cəmiyyətin sosial-iqtisadi inkişafını təmin edir. Demək 

olar  ki,  bütün  demokratik  dövlətlərdə  dövlət  hakimiyyəti 

cəmiyyətdən,  xalqdan  bəhrələnir  və  hakimiyyətin  əsas 

mənbəyini təşkil edir. Bu nöqteyi-nəzərdən də xalqın ira-

dəsini  özündə  əks  etdirən  və  xalq  hakimiyyətinin  daşıyı-

cısı  olan  dövlət,  ictimaiyyətin  rəsmi  nümayəndəsi  forma-

sında çıxış edir və cəmiyyətdə çox mühüm sosial-iqtisadi 

funksiyaları yerinə yetirir.  

Ümumiyyətlə, cəmiyyətin idarə edilməsi pro-

sesi idarəetmənin ən çətin və mürəkkəb sahələrindən 

biridir.  Mədəni  cəmiyyətin  bütün  inkişaf  mərhələlərində 



417 


idarəetmə  sistemi  mövcud  olmuşdur.  İctimaiyyəti  məq-

sədyönlü bir şəkildə nizamlamaq, insanların həyat və fəa-

liyyətini, onların mənafelərini müdafiə etmək məhz idarə-

etmə sistemi ilə müəyyən olunur. Məhz idarəetmə sistemi 

nəticəsində  müəyyən  təşkilatlarda,  qruplarda,    kollektiv-

lərdə  birləşən  və  müxtəlif  mənafeləri  müdafiə  edən 

insanların  fəaliyyəti  bir  çox  xüsusiyyətlərlə  xarakterizə 

olunur.  Bu  baxımdan  dövlət  təşkilatının  aşağıdakı 

xüsusiyyətləri mövcuddur: 

 



Dövlət  təşkilatının  xərcləri  dövlət  tərəfindən 

ödənir; 


 

Dövlət  təşkilatında  çalışanların  yeganə  məqsədi 



cəmiyyətə xidmət etmək, cəmiyyətin problemlərinin  həlli 

yollarını tapmaqdır; 

 

Dövlət təşkilatının iş şərtləri və iş üsulları dövlət 



tərəfindən müəyyən olunur

 



Dövlət  təşkilatında  çalışan  insanlar    arasında 

müəyyən mövqe və vəzifə fərqləri mövcuddur və s.

 

Dövlət orqanları ona verilən səlahiyyəti hüdudların-



da  qərarların  hazırlanması,  qərarların  qəbul  edilməsi,  qə-

rarların icrası və  bu qərarların tətbiq edilməsini nəzarətdə 

saxlayır. Ümumiyyətlə, həm fərdi vətəndaş, həm də hakim 

elita,  bürokratiya,  yəni,  məmurlar  zümrəsi  kimi  müxtəlif 

insan birlikləri, dövlət idarəetməsinin subyekti formasında 

çıxış  edə  bilərlər.  Bunlar  dövlət  idarəetməsinin  subyekti 

kimi idarəetmə münasibətlərində müxtəlif qrupları da təm-

sil edə bilərlər. Dövlət idarəetməsində xüsusi rol oynayan 

dövlət təşkilatları əsasən aşağıdakı qüvvələrin maraqlarını 

təmin edir:  

a) Dövlət idarəetməsində qərar qəbul edənlərin;  

b) Dövlət idarəetməsində qərarlara təsir edənlərin




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə