Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur


Şəkil 5. Müasir informasiya texnologiyalarının əsas



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə126/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   146

410 


Şəkil 5. Müasir informasiya texnologiyalarının əsas 

xüsusiyyətləri: 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

Metodologiya 

Əsas əlamət 

Nəticə 

İnformasiyanın emalı və 

ötürülməsi üçün yeni 

vasitələr 

İdarəetmə 

texnologiyasına 

qoşulmaq 

Yeni 


kommunikasiya 

texnologiyası 

Bütöv texnoloji sistemlərin 

formalaşdırılması  

Mütəxəssislərin 

və menecerlərin 

funksiyalarının 

inteqrasiyası 

İnformasiya 

emalının yeni 

texnologiyası 

İnformasiyanın 

hazırlanması, ötürülməsi

saxlanması və əks 

etdirilməsinin 

məqsədyönlü təşkili 

Sosial mühitin 

qanunauyğunluq

larının nəzərə 

alınması 

İdarəetmə üçün 

qərarların 

qəbulunun yeni 

texnologiyası 




411 


XIV FƏSİL. DÖVLƏT VƏ QEYRI-DÖVLƏT 

TƏŞKİLATLARINDA İCTİMAİYYƏTLƏ  

ƏLAQƏLƏRİN TƏŞKİLİ PRİNSİPLƏRİ 

 

14.1.Dövlət və qeyri-dövlət təşkilatlarının cəmiyyət 

həyatında rolu 

 

Dövlət-müəyyən  ərazi  bütövlüyünə  malik  olan  si-

yasi baxımdan təşkilatlanmış millət və ya millətlər birliyi-

nin  yaratdığı hüquqi varlıqdır.  Dövlətin  mövcudluğu, bü-

tün ümumbəşəri qanunları və  fəaliyyətləri özündə  forma-

laşdırır: Sosial rifah, daxili sabitlik, xalqın sağlamlığı üçün 

çalışmaq,  qayda-qanun  yaratmaq, ölkənin təhlükəsizliyini 

qorumaq  və  s.  Bu  nöqteyi-nəzərdən  dövlət  təşkilatlarının 

əsas məqsəd və vəzifəsi xalqın sosial rifahı naminə çalış-

maq, yeni qlobal siyasətləri tənzimləmək, mənfəətlər ara-

sındakı qarşıdurma sərhədlərini qanun daxilində  və dəqiq 

bir şəkildə nizamlamaq və s. ibarətdir. 

 Bu gün istər dövlət, istərsə də qeyri-dövlət təşkilat-

ları  çox  mühüm  sosial  funksiyaları  yerinə  yetirir.  Belə 

ki,bu təşkilatlar arasında müəyyən oxşar və fərqli xüsusiy-

yətlər mövcüddür.  Əsas məsələ isə hansı işləri dövlət təş-

kilatlarının nəzarətinə vermək, hansı işləri isə qeyri-dövlət 

təşkilatlarının  öhdəsinə  buraxmaqdır.  Bu  gün  cəmiyyətdə 

müxtəlif  sahələrdə  fəaliyyət  göstərən  bir  çox  təşkilatlar 

vardır.  Bəs  onda  rəsmi  təşkilatlat  hansılardır?  Dövlətin, 

cəmiyyətin  elm,  təhsil,  səhiyyə,  təhlükəsizlik  və  eləcə  də 

yaşama, qidalanma və sağlam bir mühitdə ehtiyacları ödə-

mək  məqsədilə  qurduğu  təşkilatlara-  rəsmi  təşkilatlar 

deyilir.  Rəsmi  təşkilatlara  həmçinin,  dövlət  orqanları  da 

deyilir. Təşkilat- ortaq bir məqsəd çərçivəsində yaradılan, 



412 


ortaq  bir  düşüncəyə  sahib  olan,  öz  səmərəsini  idarə  edə 

bilən  ictimai  bir  varlıqdır.  Təşkilat  müəyyən  bir  hədəfə 

çatmaq üçün bir araya gəlmiş fərdlərin hamısınının fikirlə-

rini ifadə edən bir anlayışdır. 

Həm  dövlət  və  həm  də  qeyri-dövlət  təşkilatları 

hazırda  cəmiyyət  həyatında  mühüm  rol  oynayır.  Böyük 

Britaniya,  ABŞ,  Kanada  və  digər  xariçi  ölkələrdə  yerli 

özünüidarə orqanları qeyri-dövlət təşkilatları sayılır. Ümu-

miyyətlə, cəmiyyətin daxilində mövcud olan bütün ictimai 

təşkilatlar, qurumların hamısı ictimai sistemdə ehtiva olu-

nur. İctimai sistemin inkişafı nəticəsində isə dövlət idarə-

etmə sistemi  inkişaf edərək formalaşır.  Bəşəriyyətin hər-

tərəfli  tərəqqisinin  və  ictimai    inkişafın    məhsulu  kimi 

yaranan  dövlət,  cəmiyyətin    əsas    idarəçilik    sistemidir. 

Dövlət  hakimiyyətinin  həyata  keçirilməsi  və  dövlət  haki-

miyyət  səlahiyyətlərinin  reallaşması  dövlət  idarəetməsi 

vasitəsilə baş verir və Azərbaycan Respublikasının dövlət 

orqanlarının  fəaliyyəti  də  məhz  dövlət  idarəetməsi  ilə 

müəyyən olunur. 

Məqsədyönlü  sosial  sistemlər  olan  təşkilatların 

özünəməxsus  bir  neçə  xüsusiyyətləri  mövcuddur  ki,  bu 

xüsusiyyətləri aşağıdakı kimi sıralamaq olar: 

1)  ”Təşkilat  dedikdə  müəyyən  insanlar  qrupunun 

yeni  normalar  və  qaydalar  işləyib  hazırlamağa,  dayanıqlı 

əlaqələr  yaratmağa  yönəlmiş  qarşılıqlı  əlaqələrini  ifadə 

edən fəaliyyət forması başa düşülür. Məsələn, rəhbər işçi-

lər  istehsalat  prosesini  elə  təşkil  etməlidir  ki,  əməliyyat-

ların  yerinə  yetirilməsinin  fasiləsizliyi  və  tezliyi  təmin 

edilsin. Bu fəaliyyət istehsalat prosesinin təşkili deməkdir. 

 2)  Təşkilat  hər  hansı  bir  obyektin  atributu  kimi, 

onun  nizamlanma  strukturuna  malik  olmaq  cəhdi  kimi 



413 


başa düşülür. Bu mənada həmin anlayış təşkilatlanmış və 

ya  təşkilatlanmamış  strukturları  fərqləndirmək  üçün 

istifadə edilir.  

3) sözügedən anlayış bəzən  müəyyən ictimai  funk-

siyanı  yerinə  yetirən  institut  xarakterli  sosial  qrupu  ifadə 

edir.”


106

  

Dövlət  hakimiyyəti  orqanı,  yəni  dövlət  təşkilatları 



cəmiyyətdə milyonlarla insanın müxtəlif həyat fəliyyətinin 

həm təşkiledici və həm də idarəedici mərkəzi kimi fəaliy-

yət  göstərirlər.  Ümumiyyətlə,  dövlətin  fəaliyyət  dairəsi 

sənaye  inqilabına qədər məhdud bir çərçivədə idi və döv-

lət  cəmiyyətin  idarəsində  elə  bir  əhəmiyyət  kəsb  etmirdi. 

Sənayeləşmə prosesinin baş verməsi, ictimai əmək bölgü-

sünün  yaranması,  urbanizasiya  proseslərinin  tərəqqi  et-

məsi  kimi  amillər  dövlətin  fəaliyyət  dairəsinin    genişlən-

məsinə  səbəb  oldu.  Artıq  dövlət  təşkilatları  uşaqların 

tərbiyəsi,  təhsil,  vətəndaş  həmrəyliyinin  təmin  edilməsi, 

qocalara  qayğı,  xarici  ölkələrlə  münasibətlərin  tənzimlən-

məsi kimi məsələlərlə də məşğul olmağa başladı. 

Dövlət eyni zamanda milli xüsusiyyətləri də nizam-

layır və  hər bir millətin və xalqın sahib olduğu və coğrafi 

sərhədləri müəyyən ölkə torpaqları üzərində yaşamaq, icra 

etmək  və  mühakimə  yürütmək  funksiyalarını  yerinə  yeti-

rən,  cəmiyyətin  nizamını  təmin  edən,  qanuni  əmr  vermə 

gücünə  malik  olan  hüquqi  bir  varlıqdır.  Dövləti,  təşkilat-

                                                 

106


 

Vahidov  F.  Q.  .  Ağayev  T.  B.  Sosiologiya.  Ali  məktəblər  üçün  dərs 

vəsaiti. Bakı: «Təknur» nəşriyyatı, 2008, səh.74

 

 

 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə