Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə129/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   146

421 


sısa  bir  namizədə  səs  verməsindən  başlayır,  sonralar  isə  

kollektiv şəkildə hərəkət  edən  aksiyalarda  şüurlu  davra-

nışla  dövləti  dəstəkləməklə  davam  edir  və  son  nəticədə 

ictimai  rəyin  bərqərar  olması  kimi  hadisələrlə  müəyyən 

edilir.  Dövlət  təşkilatlarının  hüquqi  cəhətdən  tənzimlən-

məsinin strukturu aşağıdakı kimidir: 

1.Qanunvericilik tənzimlənməsi 

2.Normativ müəyyənləşdirmə;  

3.Altsistemdaxili normativ tənzimlənmə;  

4.Özünüidarəetmə tənzimlənməsi;  

5.Hüquq-mühafizə tənzimlənməsi və s. 

 

14.3.İctimaiyyətlə əlaqələrin qurulmasında dövlət 

təşkilatlarının əsas funksiyaları 

 

Bu  gün  hər  bir  dövlətin  müxtəlif  sosial-iqtisadi 

funksiyaları  mövcuddur  və  eyni  zamanda  bu  funksiyaları 

həyata  keçirən  müxtəlif  fəaliyyət  istiqamətli  təşkilatlar 

vardır.  Dövlət  təşkilatlarında  çalışanlar  bu  funksiyaları  

yerinə  yetirmək  üçün  üzərinə  düşən  hər  bir  vəzifənin  öh-

dəsindən layiqincə gəlməli, dövlətin və millətin mənafeyi 

uğrunda əlindən gələni əsirgəməməlidir. 

Cəmiyyətin  həyatının  idarə edilməsi və nizamlan-

ması  dövlətin    əsas  funksiyalarından  və  prioritetlərindən 

biri hesab edilir. Məhz bu nöqteyi-nəzərdən də cəmiyyətin 

iqtisadi,  sosial  -  siyasi,  mühafizə  və    nəzarət    vəzifələri 

məhz  dövlət tərəfindən aparılan məqsədyönlü fəaliyyət ilə 

tənzimlənir. Bildiyimiz kimi hər bir  dövlətin özünün  da-

xili    və  xarici  funksiyaları    mövcuddur.  Dövlətin    daxili  

funksiyalarına iqtisadi,  sosial,  maliyyə  nəzarəti,  hüquq  

qaydasının  mühafizəsi,  mülkiyyət formalarını bərabər şə-



422 


kildə  nizamlamaq və  təbiəti mühafizə etmək  və s. daxil-

dir.  Dövlətin  xarici  funksiyalarına  isə  qarşılıqlı  faydalı 

beynəlxalq  əməkdaşlıq,  xarici  hücumlardan  dövlətin  mü-

dafiəsinin təminatı və s. aiddir. “Siyasi hakimiyyətin əsas 

forması  dövlətdir.  Onun  funksiyaları  daxili  və  xaricidir. 

Daxili  funksiya  əsasdır,  xarici  isə  ona  tabedir.  Bəzən  elə 

ola  bilər  ki,  xarici  funksiya  qabağa  keçsin.  Dövlətin  bir 

xüsusiyyəti  də  qərarların  ölkə  daxilində  universallığıdır. 

Əlamətləri: pul, bayraq, gerb, gömrük, sərhəd, himn və s. 

” 

109



 

Müasir  dövlətin  daxili  funksiyaları  siyasi,  sosial, 

iqtisadi  funksiyalardan  ibarətdir.Bəzi  tədqiqatçılar  bu 

sıralamaya  dövlətin  ideoloji,  ekoloji,  hüquq-mühafizə 

funksiyalarını da əlavə edirlər. Cəmiyyətin təşkil edilməsi 

vəzifəsini  yerinə  yetirən  dövlət  təşkilatlatları  bütün  bu 

funksiyaları  nəzərə  almalı və  bu funksiyalara  uyğun dav-

ranmalıdır.  Dövlət  təşkilatlarının  yerinə  yetirdiyi  daxili 

funksiyalar içərisində vergiqoyma və vergiyığma siyasəti-

nin  tənzimlənməsi  də  önəmli  bir  mahiyyət  kəsb  edir. 

Çünki dövlətin iqtisadi durumunun güclənməsi üçün  top-

lanan  vergilər,  əhalinin firavan  və  sosial həyat tərzi  üçün 

də əsas prioritetlərdən biri hesab edilir. 

Bəzi  tədqiqatçılar  dövlət  təşkilatlarının  funksiya-

larını əsas və qeyri-əsas funksiyalar formasında təsnifləş-

dirirlər.  Ölkənin  təhlükəsizliyini  və  müdafiəsini  təmin  et-

mək dövlətin əsas  funksiyalarından biridir.  Bununla əla-

qədar  olaraq  dövlət  silahlı  qüvvələr  və  başqa  silahlı 

birləşmələr  yaradır.  Xarici  ölkələrlə  münasibətlərini  bey-

                                                 

109

 

Tağıyev Əlikram. Siyasət nəzəriyyəsi, Bakı, 2012, səh. 35 



 


423 


nəlxalq hüquqi normalar və prinsiplər əsasında həyata ke-

çirir.    Rabitə  sisteminin  təşkili,  təbii  fəlakətlə  mübarizə, 

müəyyən hüqüq qaydalarının təmin olunması və i.a. döv-

lətin qeyri-əsas funksiyalarına aiddir. 

Dövlət  təşkilatlarının  yerinə  yetirdiyi  daxili  funk-

siyalar  içərisində  iqtisadi  funksiyalar    mühüm  yer  tutur. 

Dövlətin inkişafı üçün lazım olan bir çox xarakterik xüsu-

siyyətlər  məhz  dövlətin  iqtisadi  funksiyaları  necə  yerinə 

yetirməsi ilə sıx bağlıdır. İqtisadi funksiyalar bu gün döv-

lətin  əsas  “təməl  daşı”nı  təşkil  edir.“Dövlətin  iqtisadi 

funksiyaları  məsələsi  müasir  iqtisadi  ədəbiyyatlarda  daha 

da inkişaf etdirilmişdir. Məşhur amerika iqtisadçıları K. R. 

Makkоnell  və  S.L.Bryu  dövlətin  əsas  iqtisadi  funksiyala-

rının aşağıdakılardan ibarət оlduğunu göstərirlər:  

1. Bazar sisteminin səmərəli fəaliyyətinə şərait ya-

radan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;  

2. Rəqabətin müdafiəsi;  

3. Gəlir və sərvətlərin yenidən bölgüsü;  

4. Milli məhsulun quruluşunu dəyişmək məqsədi ilə 

ehtiyatların bölgüsünü təkmilləşdirmək;  

5. İqtisadiyyatın sabitləşdirilməsi.”

110


 

Dövlətin hakimiyyətdə olan rejimi və yaxud da dini 

hakimyyətin mahiyyəti ideoloji funksiyada da əks olunur. 

Tarix boyu müxtəlif ideologiyalar hakimiyyətdə olmuşdur. 

Müasir  dövrdə  ideologiyalar  plüralizm  qaydaları  şəraitin-

də mövcud ola bilirlər. Dövlətin dünya birliyinə inteqrasi-

yası, ölkənin müdafiəsi, digər dövlətlərlə sülhsevər əmək-

                                                 

110

 

Şəkərəliyev  A.  Dövlətin  iqtisadi  siyasəti:  reallıqlar  və  perspektivlər 



(mоnоqrafiya) Bakı: «İqtisad Universiteti», 2009, səh.16 

 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə