Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə125/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   146

407 


bir  regiona  çevirdiyi  də  aydın  görünür.  Qloballaşma, 

informasiya  texnologiyaları  və  internetin  hökmranlığı 

əsrində  reklam  prosesini  köhnəlmiş  metodlarla  qurmaq 

olmaz.  İnformasiya  texnologiyaların  zəif mənimsənilməsi 

reklam agentliklərinin işinə mənfi təsir göstərə bilər. 

Ümumiyyətlə, qloballaşma prosesi şəraitində infor-

masiya  texnologiyalardan  düzgün  istifadə  etmək,  müsbət 

və mənfi tərəflərini müəyyənləşdirmək lazımdır. “Bu gün 

qloballaşma və inteqrasiya proseslərinin inkişafının fayda-

sı ilə yanaşı, fəsadlarından, cəmiyyətdə arzuolunmaz nəti-

cələrə gətirib çıxara biləcəyindən də çox danışılır. Qlobal-

laşmanın əsas təsir formasının Qərb sivilizasiyası, hədəfi-

nin  isə  milli  mədəniyyət  və  mentalitet  olması  qənaəti  in-

sanların  şüurunda  özünə  xeyli  dərəcədə  kök  salmışdır. 

Əlbəttə, qloballaşma kimi çoxqütblü bir fenomenin cəmiy-

yətə təsiri heç də həmişə birmənalı qəbul edilmir. Müxtəlif 

cəmiyyətlərdə  bu  fenomen  adətən,  bəyənilən  və  bəyənil-

məyən  təzahür  formalarına  malik  olur.  Şübhəsiz  ki,  bu 

halda  ən  məqbul  variant  qloballaşma  və  müasir  informa-

siya texnologiyalarından maksimum bəhrələnmək, onların 

milli  təfəkkür  tərzinə  olan  neqativ  təsirini  isə  minimuma 

endirməkdir.  Bunun  üçün  isə  çevik  siyasət  yürütmək, 

hadisə  yə  yeniliklərin  mərkəzində  olmaq,  prosesləri  ob-

yektiv  qiymətləndirmək,  düzgün  proqnozlar  vermək  tələb 

olunur. ” 

103


 

                                                 

103

 Əfəndiyev T. Qloballaşma dövründə kulturoloji innovasiyalar: reallıq və 



zərurətin  kəsişməsində.

 

“Qloballaşma  şəraitində  kulturoloji  innovasiyalar 



və  sosial-mədəni inkişaf”  mövzusunda  beynəlxalq konfrans. Bakı,  Təknur, 

2012, səh.11 

 



408 


Müstəqil Azərbaycan dövləti XX əsrin 90-cı illəri-

nin ortalarından başlayaraq bütün sahələrdə geniş miqyaslı 

islahatlar  aparır.  Ümummilli  lider  Heydər  Əliyev  tərəfin-

dən  aparılan  dövlət  quruculuğu  sahəsindəki  islahatların 

nəticələri  artıq    göz  qabağındadır.  Ümummilli  liderin  la-

yiqli  davamçısı,  Azərbaycan  Respublikasının  Prezidenti, 

cənab İlham Əliyevin  apardığı uğurlu siyasətin əsas mü-

hüm istiqamətlərindən biri də dünya birliyinə, informasiya 

cəmiyyətinə, qlobal iqtisadi, elm və təhsil məkanına inteq-

rasiyadır.  “Prezident İlham Əliyevin 2008-ci  il 11 avqust 

tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya 

texnologiyalarının  inkişafı  üzrə  2010-2012-ci  illər  üçün 

Dövlət  Proqramının  (Elektron  Azərbaycan)"  təsdiq  edil-

məsi  haqqında  sərəncamı  da  bu  sahədə  həyata  keçirilən 

dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoy-

duğunu göstərir. Fərman ulu öndər Heydər Əliyevin 2003-

cü  il 17 fevral  tarixli sərəncamı ilə  təsdiq edilmiş "Azər-

baycan  Respublikasının  inkişafı  naminə  informasiya  və 

kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiya"nın 

(2003-2012-ci  illər)"  həyata  keçirilməsini  təmin  etmək 

məqsədi daşıyır.” 

104


 

Müasir  dövrdə  ölkəmizdə  qlobal  inkişafın  müasir 

meyilləri  də  nəzərə  alınmaqla  bir  sıra  mühüm  tədbirlər 

toplusu həyata keçirilir. Onu da qeyd edək ki, XX yüzilli-

yin  sonlarından  etibarən,  bütün  dünyada  hadisələrin  inki-

şafı  və  vahid  iqtisadi  münasibətlərin  formalaşması  yeni 

prioritetlərin  yaranmasına  səbəb  olmuşdur.  Bu  prosesdə 

iqtisadiyyatın  davamlı  inkişafını  təmin  etmək  üçün 

                                                 

104


http://www.azerbaijans.com/İnformasiya-kommunikasiya 

texnologiyalarının inkişafı



 


409 


infоrmasiya teхnоlоgiyalarının üstün cəhətlərindən fayda-

lanmaqla  yanaşı,  həm  də  infоrmasiya  teхnоlоgiyalarının 

zəif  cəhətlərini  də  nəzərə  almaq  lazımdır.  Bunnun  ücün 

biz  ilk  növbədə  nailiyyətlərimizi  dərin  təhlil  etməli,  yeni 

təkliflər  və  yeni ideyalar  irəli sürməliyik. “Biz  qlobal şə-

kildə  fəaliyyət  göstərən  dünya  istehsal  prosesinin  istirak-

çılarıyıq. Dünya təsərrüfat sisteminin özünəməxsus «loko-

motivi» olan təkrar istehsal prosesinin beynəlmiləlləşməsi 

dediklərimizə    əyani  sübut  ola  bilər.  Həmin  proseslər 

çərçivəsində dünya gəliri formalaşır. Nəticədə, dünya gəli-

rinin  formalaşması  və  yenidən  bölünməsində  hansı  ölkə-

nin mühüm  yer tutması XXI əsrin xarici siyasətinin əsası 

olmalıdır”.

105


 

İnformasiya texnologiyalarının törətdiyi informasiya 

inqilabı  nəticəsində  vahid  informasiya  məkanı  meydana 

gəlir, vahid informasiya məkanının mövcudluğu şəraitində 

isə  milli-mənəvi  dəyərlər  qloballaşma  və  vesterinizasiya 

prosesinə  məruz  qalır.  Biz  bu  kimi  xoşagəlməz  hallara 

qarşı çox kəskin və inadlı mübarizə aparmalı, qloballaşma 

və  inteqrasiyanın,  informasiya-kommunikasiya  texnologi-

yalarının  bütün  üstün  və  müsbət  cəhətlərindən  lazımınca 

faydalanmalıyıq. 

 

 

 



 

 

                                                 



105

  Кочетов  Э.Г.  Стратегия  развития:  геоэкономическая  модель. 

Безопасность Евразии, 2000, №1, с.118. 

 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə