Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur


Şəkil 4. Dünyada ən iri reklam edən kampaniyalar



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə124/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   146

403 


Şəkil 4. Dünyada ən iri reklam edən kampaniyalar. 

Sıra  Kampaniyalar 

Ölkə 

Reklama 


çəkilən 

xərclər(mlrd. 

$) 



Procter & Gamble  



ABŞ 

4,898 


AT&T 


ABŞ 

3,344 


General 


Motors 

Corp. 


ABŞ 

3,296 


Time Warner 

ABŞ 

3,088 


Verizon 


Communications 

ABŞ 


2,821 

Ford Motors Co 



ABŞ 

2,576 


Glaxo Smith Kline 

B.Britaniya 

2,444 


Walt Disney Co 

ABŞ 

2,320 


Johnson 


Johnson 


ABŞ 

2,290 


10 

Unilever 

B.Britaniya/ 

Niderland 

2,098 

 

13.5.İKT müasir dövrün əsas prioritet 

istiqamətlərindən biri kimi 

 

Hal-hazırda İKT müasir dövrün əsas prioritet istiqa-

mətlərindən biri hesab edilir. Məhz elə buna görə də dün-

yada  XXI  əsri,  İKT  əsri  adlandırırlar.  Hazırda  dünyanın 

sərhədləri  genişləndikcə,  inkişaf nəticəsində  məsafələr  də 

kiçilməkdədir. Bunun bir nəticəsi də müasir dövrdə  yara-




404 


nan sürətli texniki, ictimai və mədəni tərəqqidir. Bu tərəq-

qini ortaya çıxaran texnologiyanı əvvəl anlamaq, sonra da 

ondan  düzgün  istifadə  etməyə  çalışmaq  ən  uğurlu  hal 

hesab edilir.  

Elm və informasiya texnologiyası arasındakı əlaqə-

ləri  müqayisə  etdikdə  iki  əsaslı    cəhətə  daha  çox  istinad 

edilməlidir:  

1) Elmlə, informasiya  texnologiyası arasında   olan 

fundamental və tətbiqi fərqlərə. Yəni informasiya texnolo-

giyalarının elmi araşdırılması zamanı, bütün mövcud mər-

hələlərdə  (informasiyanın  yığılması,  informasiyaya  rəh-

bərlik və analizi və əldə edilən informasiyaların  yayılma-

sı)  insanlar  arasında    olan  sağlam  ünsiyyətin  və  içtimai 

rəyin formalaşdırılmasına olan diqqətin artırılması;  

2)  İnformasiya  kommunikasiya  texnologiyalarını 

istisnasız olaraq bütün elm sahələrinə tətbiq etməklə, inno-

vasion  prosesləri  gündəlik  həyatın  ən  başlıca  prioritet 

sahəsinə  çevirmək  və  cəmiyyətdə  kompüterləşmə  prose-

sini sürətləndirmək.   

  

Hazırda  kompüter  texnologiyaları    digər  texnoloji 



vasitələrdən    iki  üstün  xüsusiyyətə  görə  fərqlənir.  Birin-

cisi,  kompüterlər  müəyyən  bir  iş  görmək  üçün  əvvəldən 

proqramlaşdırıla bilir; İkincisi isə, görüləcək işin xüsusiy-

yətinə görə kompüterlərin yayımı cəmiyyətdə innovasiyon 

prosesləri  sürrətləndirir.  Həqiqətən  də,  bu  gün  kompüter 

texnologiyaları  bütün  araşdırmaların  ortaq  zəmini  kimi 

müasir qloballaşma prosesində çox sürətlə inkişaf etmək-

dədir. 


 

Müasir  dövrdə  öncül  infоrmasiya  teхnоlоgiyaların 

reklam prоsesində   aktiv  istifadəsi sоn  illərin  хarakterik  

tendensiyalarından  biridir.  Telekоmmunikasiyalar,  infоr-




405 


masiya mühiti, internet sturukturlarını özündə ehtiva edən 

infоrmasiya  teхnоlоgiyaları    bu  gün  virtual  dünyanı  real-

lığa çevirir. Virtual əlaqə оnunla хarakterizə edilir ki,  mə-

kan və yaxud da zamandan asılı оlmayaraq telekоmmuni-

kasiya  vasitələrinin  köməyilə  istənilən  vaхt  dialоq  yarana 

bilir. Beləliklə, “müasir dünyada ümumbəşəri, beynəlxalq 

mədəniyyət fenomeni təşəkkül tapmaqdadır ki, bu da info-

rmasiya inqilabı və telekommunikasiya texnologiyalarının 

görünməmiş tərəqqisi ilə şərtlənmişdir.”

101


  

 

İnformasiya  texnologiyalarının  üstün  cəhətləri  ilə 



yanaşı  onların  zəif  cəhətlərini  də  nəzərə  almaq  lazımdır. 

Bu zəif cəhətlər içərisində informasiya təhlükəsizliyi ami-

lini  də  vurğulamaq  olar.  İnformasiya  təhlükəsizliyinin  tə-

minatı məxfilik, bütövlük, mümkünlük kimi üç tərkib his-

sədən ibarətdir. Məxfilik yalnız ona hüquqi olan subyekt-

lərə  aiddir,  informasiyanın  nəzərə  alınmamış  modifikasi-

yasından  uzaqlaşmağı  bildirir,  mümkünlük  isə  informasi-

yanın  mütəmadi  şəkildə  bağlanması  ilə  qarşılaşmamasını 

ifadə  edir.  İnformasiya  texnologiyaları  vasitəsilə  reklam 

məlumatlarının  yayılması  zamanı  bu  üç  nüansı  da  nəzərə 

almaq və bu nüansları da unutmamaq lazımdır. 

 

Dünya iqtisadiyyatının və informasiya texnologiya-



larının  inkişafının  nəticəsində    dünya  bazarında  elektron 

ticarətin rolunun artdığı müşahidə olunur. Qlobal kommu-

nikasiya  şəbəkələrinin  mövcud  olması  sayəsində  müasir 

cəmiyyətdə bilik və informasiya əsas rol oynamağa başla-

yır.  İnformasiya  cəmiyyətinin  əsas  xarakterik  cəhəti  tele-

viziya,  kompüter,  internet  kimi  texnoloji  və  komun-

                                                 

101


  Aslanova  R.  Qloballaşma  və  mədəni  müxtəliflik.  Bakı:  Elm,  2004, 

səh.48. 


 


406 


nikasiya əlaqələrinin mövcud olmasıdır. Bu texniki vasitə-

lər  informasiyanın  toplanması,  saxlanması,  emalı,  ötürül-

məsi  və  digər  mühüm    funksiyaları  həyata  keçirir.  XX 

yüzilliyin 50-ci illərindən etibarən formalaşmağa başlayan 

müasir idarəetmə məktəbi informasiya və kompüter texno-

logiyasına əsaslanır. “Müasir idarəetmə məktəbi yeni tex-

nologiyaların  idarəetməyə  gətirilməsinə  üstünlük  verir. 

Məsələn,  yeni  rabitə  texnologiyalarının  köməyi  ilə  infor-

masiyaların  ötürülməsi,  kompüter  texnologiyası  vasitəsilə 

riyazi hesablamaların aparılması, məlumatların uçota alın-

ması,  saxlanılması,  işlənməsi  və  ötürülməsi,  texniki  vasi-

tələrlə hadisələrin gedişatını izləmək və müşahidələr apar-

maq və s. Bu hallar idarəetmə sahəsində vaxta, əl əməyinə 

xeyli qənaət olunmasına, işin səmərəliliyinin, sürətinin və 

keyfiyyətinin yüksəldilməsinə səbəb oldu.”

102


  

 

Müasir  dövrün  əsas  prioritet  istiqamətləri  olan  bu 



texniki  vasitələrlə  müasir  iqtisadi  sistemlərin  tənzimlən-

məsi prosesi baş verir. Mövcud məhsulların internet vasi-

təsilə  reklamı  və  ya  satışı  “Veb”  səhifələrini  ziyarət  et-

məklə mümkündür. Müxtəlif informasiyaları özündə cəm-

ləyən və bunları yayan internet bir növ bazar funksiyasını 

da yerinə yetirir. İnsanlar internetlə pul qazanmaq yerinə, 

öyrənmək,  oyun  oynamaq  və  bir-birləriylə  ünsiyyət 

qurmaq istəyirlər.  

İnternetlə əlaqədar statistik araşdırmalar nəticəsində 

ən çox internet istifadəçilərinin Şimal Amerika, Skandina-

viya  və  Avstraliyada  yaşadığı  görülməkdədir.  Bütün  bun-

lara baxmayaraq internet texnologiyasının dünyanı qlobal 

                                                 

102


  Menecment  (dərs  vəsaiti)  –  Bakı  Biznes  Universitetinin  nəşri,  2013, 

səh.17 


 


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə