Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə132/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   146

430 


miyyəti  qeyri-dövlət  münasibətlərini  xarakterizə  edən  bir 

anlayışdır. 

Bu  gün  qeyri-dövlət  təşkilatlarının  bir  sıra  özünə-

məxsus  xüsusiyyətlərini də qeyd etmək yerinə düşər: 

 

Qeyri-dövlət  təşkilatları  öz-özünü  idarə  edən,  öz 



qanun və qaydalarına görə işləyən avtonom bir mahiyyə-

tə malikdir; 

 

Qeyri-dövlət  təşkilatları  açıq  rəqabətə  meylli  bir 



xarakter daşımalıdır; 

 



Qeyri-dövlət  təşkilatları  cəmiyyətdə  mövcud  olan 

fərqli fikir və düşüncələrini əhatə edəcək qədər geniş bir 

dünyagörüşünə sahib olmalıdır;  

 



Qeyri-dövlət  təşkilatları  təşkilatlanma  mədəniyyə-

tinə sahib olmalıdır. Bununla yanaşı məqsədləri, reallaş-

dırılacaq  hədəflər,  siyasətlər  və  heyətlərində  bir  intiza-

mın mövcud olması lazımdır; 

 

Qeyri-dövlət  təşkilatların  meydana  gəlməsində  kö-



nüllülük  prinsipi  olmalı  və  bu  cür  qruplara  daxil  olmaq 

üçün məcburiyyət olmamalı və qeyri-dövlət təşkilatlarına 

daxil olmaq və bu təşkilatdan çıxmaq sərbəst olmalıdır; 

 



Qeyri-dövlət təşkilatlarının üzvlərinin heç biri şəxsi 

mənfəət güdməməlidir; 

 

Qeyri-dövlət  təşkilatları  qanunilik  prinsipinə  ciddi 



riayət etməli, bu prinsipdən kənara çıxmamalıdır; 

 



Qeyri-dövlət  təşkilatları  ictimai  mənafeyi  nəzərə 

almalıdır; 

 

Qeyri-dövlət  təşkilatları  şəffaflıq  prinsipinə  də 



ciddi əməl etməlidir

 



Qeyri-dövlət  təşkilatları  ortaq  dəyərlərə  malik  olan 

məsələləri təşkilatın özündə reallaşdıra  bilər və s. 




431 


Müasir  dövrdə  cəmiyyətin  təşkil  və  idarə  edilməsi 

kimi  bir  sıra  məsələlərdə  qeyri-dövlət  təşkilatları  mühüm 

rol oynayır. Bir sıra qeyri-dövlət təşkilatları aid olduqları 

cəmiyyətləri layiqincə təmsil edir. “Eyni zamanda, son il-

lərdə  stabilliyə  nail  olan,  ölkədə  geniş  populyarlıq  qaza-

nan,  bir  çox  beynəlxalq  təşkilatlarla  əlaqə  yaradan  qeyri-

hökumət  təşkilatları  da  mövcuddur.  Onların  arasında 

Soros  Fondunun  Açıq  Cəmiyyət  İnstitutu  və  İSAR  xüsu-

silə seçilir, bu təşkilatların fəaliyyəti üçüncü sektorun dəs-

təklənməsinə  və  inkişaf  etdirilməsinə  yönəlmişdir.  Təəs-

süflər  olsun  ki,  büdcədən  maliyyələşdirmə  imkanlarının 

məhdudluğu  hazırkı  mərhələdə  QHT  sistemini  dövlət 

səviyyəsində himayə etmək mümkün deyildir. Lakin Mə-

dəniyyət və Turizm Nazirliyi belə əlaqələrin genişləndiril-

məsini və bu təşkilatların birgə layihələrə cəlb edilməsini 

özünün prioritet vəzifələrindən biri hesab edir.” 

113

 

 



14.5.Dövlət və qeyri-dövlət təşkilatlarının idarə 

edilməsi 

 

Həm dövlət və  həm də qeyri-dövlət təşkilatları cə-

miyyətin  və  dövlətin  mənafeyini  müdafiə  etməli,  vətən-

daşların hüquq və vəzifələrini təmin etmək üçün çalışmalı-

dırlar. Eyni zamanda dövlətin beynəlxalq səviyyədə tanın-

masını  təmin  etməlidir.  Dövlətin  idarəedilməsi  zamanı  

yalnız  təhlükəsizliyin  deyil,  cəmiyyətin  ümumi  rifahının 

da təmin edilməsi zəruri şərtlərdən biridir. Bunun üçün isə 

dövlətin gücləndirilməsinə səy göstərilməli, dövlətin zəif-

ləməsinə yönəldilən hər hansı bir  hərəkətə qarşı barışmaz-

                                                 

113


 

Abbasov N. Mədəniyyət siyasəti və mənəvi dəyərlər.  Bakı, 2009, 

 s.75

 

 



432 


lıq  tərbiyə olunmalıdır. Dövlətin idarə edilməsi  hökumət 

tərəfindən  həyata  keçirilir,  dövlətlə  hökümət  arasında 

müəyyən oxşarlıq olsa da, fərqli xüsusiyyətlər də mövcud-

dur. Bu fərqlər aşağıdakılardır: 

 

Dövlət  hökümətdən  daha  geniş  bir  mahiyyət 



kəsb edir. Hökumət yalnız dövlətin müəyyən bir parçası-

dır; 


 

Dövlət davamlı və uzun ömürlüdür. Hökumət isə 



dövlətə nisbətən müvəqqətidir, keçicidir, qısa ömürlüdür; 

 



Hökumət dövlət nüfuzunun , idarəetmənin işlən-

məsini təmin edən bir vasitədir. Hökumət yalnız dövlətin 

beyni olmaq və idarəetmə vəzifəsini yerinə yetirir; 

 



Dövlətə  məmurlar  müəyyən  edilmiş  üsullara 

görə  işə  götürülür  və  hökumətin  ideoloji  istəklərinə  uy-

ğun şəkildə seçilirlər

 



Dövlət, ortaq dəyərləri və ümumi iradəni təmsil 

etməyə  çalışır.  Lakin  hökumət  isə  müəyyən  ideologiya-

ları təmsil edir.  

   


Həm  dövlət  və  həm  də  qeyri-dövlət  təşkilatlarında 

idarəetməni  asanlaşdırmaq  məqsədilə  müəyyən  nizam-

intizam  qaydaları,  təşkilat  mədəniyyəti,  qaydalar  kodeksi 

mövcud  olmalıdır.  Bu  nöqteyi-nəzərdən  də  idarəetmə  za-

manı rəhbərliyin tələbi və məsləhəti ilə təşkilat tərəfindən 

hazırlanan müəyyən amillər mövcud olmalıdır. Bu amillər 

vasitəsilə  həm  dövlət  və  həm  də  qeyri-dövlət  təşkilatla-

rının idarəedilməsi baş verir və fəaliyyət strukturu tənzim-

lənir. Bunlar aşağıdakılardır:    

1)  Belə  ki,  bu  təşkilatlarda  fəaliyyət  göstərən 

insanların    birgə    işləyərək  uğurlu  nəticələr  və    müvəffə-

qiyyət  qazanması ən uğurlu prioritet hesab edilir. Habelə, 

bu  prosesdə  sağlam  ünsiyyətin  və  normal  insani  münasi-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə