Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə130/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   146

424 


daşlığı dövlətin xarici funksiyasına aiddir. Dövlətin yerinə 

yetirdiyi  funksiyalar  onun  ictimai  mahiyyətinə,  dövlətin 

formasına (quldarlıq, feodalizm, sosializm, kapitalizm) və 

dövlətin idarəetmə tipinə (demokratik, aristokratik və mo-

narxiya)  uyğun  olaraq  dəyişir.  Lakin,  dövlətlər  arasında 

elə  ümumi  funksiyalar  da  mövcuddur  ki,  bu  funksiyalar 

dövlətin formasından və tipindən asılı olmayaraq dövlətin 

ümumi cəhətləri kimi bərqərar olur. Ümumiyyətlə, dövlə-

tin  yerinə  yetirdiyi  funksiyalarda  onun  bütün  mahiyyəti 

əks olur.  

Dövlətə ümumi cəhətdən yanaşsaq dövlətin funksi-

yaları  ilə  ayrı-ayrı  dövlət  təşkilatlarına  (məhkəmə,  höku-

mət,  xarici  işlər  nazirliyi,  yerli  icra  hakimiyyət  orqanları 

və  i.a.)  məxsus  olan  funksiyalar  bir-birindən  fərqlənir. 

Əgər  dövlətin  funksiyaları  ümumi  mahiyyət  kəsb  edirsə, 

ayrı-ayrı  dövlət  funksiyaları  daha  konkret  və  məhdud  bir 

mahiyyət kəsb edir. 

Bütün  təşkilatlarda  olduğu  kimi  dövlət  təşkilatla-

rının da  xüsusi  məqsədləri vardır  və  bu  məqsədlər  ən  azı 

aşağıdakı tələblərə cavab verməlidir: 

 

Dövlət təşkilatının məqsədinin meydana gəlməsi 



və  formalaşması  ictimai  mənbə  mahiyyətini  əks  etdirmə-

lidir.  Bu  məqsəd  həm  yuxarıdan  və  həm  də  aşağıdan  ni-

zamlanmalı,  dövlətin  vətəndaşlarının  tələbatı  və  mənafe-

yini  əks  etdirməlidir.  Dövlətin  vətəndaşlarının  maddi  və 

mənəvi inkişafı üçün şərait yaratmaq, vətəndaşları narahat 

edən problemlərin həlli ilə məşğul olmaq dövlət təşkilatı-

nın əsas məqsədi olmalıdır.  

 



Dövlət  təşkilatının  məqsədi  məntiqli,  anlaşılan 

və əsaslandırılmış olmalıdır. Ona görə anlaşılan olmalıdır 

ki,  onu  hamı  asanlıqla  anlaya  bilsin.  Dövlət  təşkilatının 



425 


məqsədinin məntiqli və əsaslandırılmış olması nəticəsində 

dövlət vətəndaşları dövlətə daha çox  inam bəsləyə bilər. 

 

Dövlət təşkilatının məqsədi, hazırkı şəraiti təhlil 



edərək  əldə  olunmuş  məlumatların  qiymətləndirilməsi  və 

problemlərin  müəyyən  edilməsi  olmalıdır.  Cəmiyyəti  ob-

yektiv  cəhətdən  qiymətləndirmək  və  subyektiv  amilləri 

nəzərə almaq bu prosesdə olduqca vacibdir. 

 

Dövlət  təşkilatının  məqsədi  aydın  və    nisbi  bir 



mahiyyət  kəsb  etməlidir.  Aydın  məqsədlər  şəffaf  olaraq 

gələcəyə  doğru  istiqamətlənməli,  proqnozlaşdırılmalı, 

proqramlaşdırılmalı  və  planlaşdırmalıdır.  Bu  məqsədlər 

düşdüyü şəraitə uyğun olaraq dəyişməli, təkmilləşməli və 

nisbi olmalıdır. 

 



Dövlət təşkilatının məqsədi səmərəli bir formada 

şəxsiyyət,  cəmiyyət  və  dövlət  əlaqələrinin  yaranmasına 

doğru meyl etməlidir. 

Azərbaycanın bütün dövlət təşkilatları dedikdə, na-

zirliklərdən tutmuş orta məktəblərədək olan bütün təşkilat-

lar  nəzərdə  tutulur.  Bu  təşkilatlara  aşağıdakıları  nümunə 

göstərmək olar: 

 



 Azərbaycan Respublikası Baş Prokurorluğu ;  

 



 Azərbaycan Respublikasının Milli Məclisi ;  

 



 Azərbaycan nazirlikləri ;  

 



 Azərbaycan Nazirlər Kabineti ;  

 



 Azərbaycanın xüsusi xidmət və təhlükəsizlik 

orqanları;   

 

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ;  



 

 Azərbaycan Dövlət Dəniz Administrasiyası ;  



 

 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi;   



 

 Azərbaycan Mərkəzi Seçki Komissiyası;   




426 


 

 Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət 



Komitəsi;   

 



 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti;   

 



Azərbaycan  Respublikasının  Dini  Qurumlarla  iş 

üzrə Dövlət Komitəsi və s. 



 

14.4.Qeyri-dövlət təşkilatları və onların məqsəd və 

vəzifələri 

 

Təşkilatlar  içərisində  dövlətdən  asılı  olmayan  bir 

sıra  təşkilatlar  da  mövcuddur  ki,  bu  təşkilatlar  mahiyyət 

etibarilə  qeyri-dövlət  təşkilatlardır.  Cəmiyyətdə  insanlara 

öz  hüquqlarını  və  azadlıqlarını  reallaşdırmağa  imkan  ve-

rən  qeyri-dövlət  təşkilatları  sosial  münasibətlər  və  insti-

tutlar  sistemidir.  Qeyri-dövlət  təşkilatlarının  tamamilə 

dövlətdən  ayrı  olması  və  onunla  əks  düşərgədə    mövcud 

olmasını söyləmək düzgün deyil.  

Ümumiyyətlə,  dövlət  və  qeyri-dövlət  təşkilatları 

bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olaraq  vəhdət  təşkil  edir.  Bu 

nöqteyi-nəzərdən  də  dövlət  və  qeyri-dövlət  təşkilatları 

müxtəlif  funksiyaları yerinə yetirərkən bir-biri ilə əlaqədə 

olması  zəruri  bir  xarakter  kəsb  edir.  Toplumun  müəyyən 

bir pilləsində təşəkkül tapan insan birliyi olan vətəndaş cə-

miyyəti  qeyri-dövlət  təşkilatıdır.  Cəmiyyətin  inkişafında 

yüksək bir mərhələ olan vətəndaş cəmiyyəti problemi, hə-

lə  antik  dövrlərdə  mütəfəkkirlər  tərəfindən  həll  edilməyə 

cəhd göstərilmişdir.  

Ümumiyyətlə,  vətəndaşlardan  ibarət  olan  hər  cə-

miyyəti də vətəndaş cəmiyyəti adlandırmaq düzgün deyil. 

Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-

dövlət  təşkilatları  böyük  rol  oynayır.  Qeyri-dövlət  təş-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə