Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə128/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   146

418 


c) Dövlət idarəetməsində qərarları icra edənlərin. 

Dövlət  idarəçiliyində  əsas  amilə  çevrilən  dövlət 

təşkilatları  insanların  fəaliyyətlərini  sistemli  bir  şəkildə 

yəni, məqsədəuyqun tərzdə tənzimləyir, bu tənzimləmə isə 

praktiki və təşkiledici bir formada həyata keçirilir. 

 Dövlət  təşkilatlarında  idarəçiliyin  müəyyən  edil-

məsinin əsas üstün cəhəti insan kapitalı ilə bağlıdır.  Hal-

hazırda dövlət təşkilatlarında idarəetmənin sistemliliyi xü-

susi əhəmiyyətə malikdir və bu proses məhz aşağıdakı ki-

mi xarakterizə olunur: 

1)

 



Dövlət təşkilatları  vahidlik prinsipi əsasında yə-

ni, sistemli formada təşkil olunmuş idarəetmə subyekti ki-

mi çıxış edir; 

2)

 



İdarəetmə təsirinə məruz qalan insanlarla, dövlət 

təşkilatlarında çalışan şəxslərin ictimai həyat fəaliyyətinin 

yaxşılaşdırılması və onların qarşılıqlı əlaqələrinin yaradıl-

ması; 


3)

 

Dövlət  təşkilatları  ilə  cəmiyyət  arasında  aktiv 



qarşılıqlı  əlaqə  nəticəsində  şüurlu  idarəetmənin  bərqərar 

olması. 


Ümumiyyətlə,  dövlət  geniş  mənada  təşkilatlanmış 

insan  birliyi,  dar  mənada  isə  bu  insan  topluluğunun  rəh-

bərlik    aparatı  kimi  başa  düşülür.  Dövlətin  əsas  vəzifəsi 

hər    bir  şəxsin  firavanlığını  təmin  etmək,  cəmiyyətdə  so-

sial ədaləti, azadlığı,təhlükəsizliyi bərqərar etmək, qanun-

ların aliliyini təmin etmək, ərazi bütövlüyünü qorumaq və 

s. ibarətdir.   Cəmiyyət içində ən üst iqtidara - suverenliyə 

sahib  olan  dövlət,  cəmiyyətdən  tamamilə  ayrı  ola  bilməz, 

amma  cəmiyyətin  bütün  istəklərinə  tam  boyun  əymək  də 

dövlətin  təbiətinə  zidd  xüsusiyyətdir.  Bu  halda  dövləti 

cəmiyyətdən  nisbətən  avtonom  bir  təşkilat  kimi  anlmaq 



419 


lazımdır. Əgər dövlət ilə cəmiyyət arasında belə bir ayrı-

seçkilik olmasaydı, ictimai səviyyədə dövlətə təsir etməyə 

istiqamətlənmiş siyasi fəaliyyətlər də mövcud olmazdı. 

Dövlətin  cəmiyyət  qarşısındakı  bu  nisbi  avtonom 

mövqeyi,  dövlət  aparatının  ictimai  mənfəətlərinə  xidmət 

etmələri  və  cəmiyyəti  təzyiq  altına  alma  təhlükələrini  də 

qeyd  etmək  lazımdır.  Dövlət  gücünün  qanuni  şəkildə  qə-

bul edilməsi və dövlətin səlahiyyətinə uyğun ictimai təşki-

latların  olması  bu  təhlükənin  ölçülərini  genişləndirir.  Elə 

bu səbəbdən də daha ilk çağlardan etibarən ictimai sahəni 

öyrənən  alimlər  dövlət  və  cəmiyyət  arasındakı  əlaqənin 

forması  və  dövlət  iqtidarının  məhdudlaşdırılması  möv-

zuları  üzərində  çox  dayanmışlar.  Lokk,  Russo  və  Mon-

teskyo kimi məşhur mütəfəkkirlər də cəmiyyət və dövlətin 

mənşəyi  mövzusunda  ortaya  atdıqları    nəzəriyyələr  ilə 

həmişə  cəmiyyət  və  fərdlə  dövlətin  əlaqələrinin  mövcud 

olmasını göstərməyə çalışmışlar. 

 Həqiqətən də müasir demokratik cəmiyyətlərə bax-

dığımız zaman fərdlərin müəyyən ictimai, iqtisadi və siya-

si məqsədlər  üçün təşkilatlanaraq bir araya gəlmiş olduq-

larını görürük. Yəni fərd, dövlətlə təkbaşına qarşı-qarşıya 

qalmamaqla  yanaşı, öz istəklərini  yenə də özü kimi düşü-

nən  fərdlərlə  birlikdə  meydana  gətirdiyi  qruplar  içində 

dövlətlə təmasa girir. Dövlət isə  öz növbəsində funksiya-

larını yerinə yetirərkən, cəmiyyət içindəki qrup və təşkilat-

laları  nəzərə  almalı  və  dövlət  suverenlik  anlayışına  qarşı 

həssas  yanaşmalıdır. Dövlət suverenliyi ideyasının  yaran-

ması  Avropada  milli  dövlətlərin  yaranması  tarixi  ilə  bir 

vaxta düşür. İlk dəfə olaraq Jan Boden (1530-1596) “Res-

publika  haqqqında  altı  kitab”  adlı  əsərində  “suverenlik” 

terminini işlətmişdir. Bununla o, suverenliyin müəyyən bir 



420 


ərazidə tam hökmranlığının mövcudluğunu əsaslandırmış-

dır. O yazırdı: “suverenlik”-dövlətin öz təəbələri və vətən-

daşları  üzərindəki  suveren  –  bu  hakimiyyəti  həyata  keçi-

rən şəxsdir. O heç kimdən asılı deyil və hakimiyyət məsə-

ləsində tam müstəqildir.” 

108


 

Dövlətin onlara verdiyi səlahiyyətlərdən bəhrələnək 

dövlət  təşkilatlarında  çalışan  insanların  əsas  vəzifə  borcu 

və məsuliyyəti olmalıdır. Belə ki, bu gün cəmiyyətdə fərd-

lərin  davranışlarının  meydana  gəlməsində  ictimai-mədəni 

dəyərlərin,  başqa  sözlə  ümumi  dəyərlər  sisteminin  təsiri 

olduqca  böyükdür.  Bütün  dövlət  təşkilatlarında  çalışan 

insanların  etik  davranışları  da  məhz  müəyyən  əxlaq  nor-

maları  və  kodekslər  vasitəsilə  nizamlanır.  Tarix  boyu  in-

sanlar müxtəlif birliklər içində yaşayıb və ictimai tərəqqi-

nin  müxtəlif  mərhələlərində  müxtəlif  ictimai,  iqtisadi  və 

idarəetmə  strukturlarına  sahib  olmuşlar.  İnsanların  idarə 

edənlərə  və  idarə  olunanlara  bölünməsi  nəticəsində  isə 

dövlət təşkilatları meydana gəlmiş və formalaşmağa başla-

mışdır. Bu nöqteyi-nəzərdən də dövlət təşkilatlarının tarixi 

məhz dövlətin yaranma tarixi qədər qədim olmuşdur. 

Dövlət təşkilatlarının xarakteri, hər zaman cəmiy-

yətin vəziyyətindən birbaşa olaraq asılı olur. Məhz cəmiy-

yətə xarakterik olan demokratik xüsusiyyətlər, planlaşdı-

rılmış  məqsədlər  və  digər  sistemli  keyfiyyətlər  nəticə-

sində  kütlələrin  idarəetmə  prosesi  baş  verir.  Cəmiyyətlə 

dövlət  təşkilatlarının  qarşılıqlı  anlaşması  əsas  prioritet-

lərdən  birinə  çevrilir.  Bu  qarşılıqlı  anlaşma  cəmiyyəti 

təşkil  edən  ayrı-ayrı  fərdlərin  seçki  məntəqələrində  han-

                                                 

108


 

Tağıyev Əlikram. Siyasət nəzəriyyəsi, Bakı, 2012,  səh. 37



 

 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə