Kürdəmir rayon mks-nin Metodika və biblioqrafiya şöbəsi. Vətənim Azərbaycandır. Metodik vəsait



Yüklə 82,12 Kb.
tarix20.09.2017
ölçüsü82,12 Kb.

Kürdəmir rayon MKS-nin Metodika və

biblioqrafiya şöbəsi.


Vətənim Azərbaycandır.
Metodik vəsait.

Kürdəmir-2016


Vətənpərvərlik tərbiyəsi ilə bağlı kitabxanalarda

keçiriləcək tədbirlər.

Vətənpərvərlik - ən ülvi bir hissdir.

Dağlıq Qarabağ bizim torpağımızdır, tarixi Azərbaycan torpağıdır və biz onu istənilən yolla, istənilən vasitə ilə işğaldan azad etməliyik. Ona görə də iqtisadiyyat daha da inkişaf etməli, daha güclü ordu yaranmalı, gənclərimiz hərbi vətənpərvərlik ruhunda daha yüksək dərəcədə tərbiyə olunmalıdırlar".

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

d:\win7\desktop\images.jpeg

İnsana məxsus yüksək mənəvi keyfiyyətlər sırasında vətənpərvərlik hissi mühüm yer tutur. Bu müqəddəs hissin lap kiçik yaşlardan tərbiyə edilməsi böyük əhəmiyyət kəsb edir. Gənc nəslə vətənpərvərlik hissi bir neçə yolla aşılanır.

Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli - mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir. Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün öz canlarını qurban verirlər. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”.

Ölkəmizdə yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Son illər rayonlarımızda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda layihələrin gerçəkləşdirilməsi də bunun bariz ifadəsidir. Tariximizin və ölkəmizlə bağlı həqiqətlərin gənclərə öyrədilməsi baxımından belə tədbirlərin mühüm əhəmiyyəti var.

Aprelin 2-də Erməniistan –Azərbaycan təmas xəttində düşmən təxribatının qarşısını alərkən qəhrəmancasına şəhid olmuş,Mİ-24 hərbi döyüş heikopterinin ekipaj üzvü, borttexnik,baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu.
d:\win7\desktop\images.jpeg d:\win7\desktop\images.jpeg d:\win7\desktop\images.jpeg
Şəhid İsmayılov Əbu Bəkir Vüqar oğlu 10.02.1990-ci ildə Kürdəmir rayonunda anadan olub.Kürdə-mir 1 saylı tam orta məktəbdə təhsil alıb. 2005-2008-ci illərdə C.Naxçivanski adına Hərbi Liseydə təhsilini davam etdirib.2008-ci ildə AAHTM-ya daxil olub,2012-ci ildə həmin hərbi məktəbi hərbi pilot kimi bitirib.Həmin vaxtdan Azərbaycan Milli Ordusunda hərbi pilot kimi qulluq etmişdir.

02.04.2016-cı ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Aprelin 2-də Erməniistan –Azərbaycan təmas xəttində düşmən təxribatının qarşısını alarkən

qəhrəmancasına şəhid olmuş,Mİ-24 hərbi döyüş helkopterinin ekipaj üzvü, borttexnik,baş

leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu. Qəhrəmancasına şəhid olan leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu Bakıda 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. Baş-leytenant Əbu Bəkir İsmayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür.

Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək, həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduqda canını vətənə sevə-sevə qurban verə bilməkdir. İnanırıq ki, qeyrətli övladlarımız torpaqlarımızın iniltisinə, qız- gəlinlərin ah-naləsinə dözməyəcəklər! Düşmənə qarşı hər bir zərbə torpaqlarımızın işgalçılardan qarış- qarış təmizlənməsi, Şəhidlərimizin ruhunu şad edəcək, göynəyən qəlblərimizi ovunduracaqdır. “Vətən yolunda canlarını qurban vermiş, Şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, xüsusən, gənclərimiz üçün örnəkdir, dərsdir”.Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.



Rayonumuzun fəxri Kürdəmirli Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayev.

d:\win7\desktop\məmiş_abdullayev.jpg

1923-1944

Böyük vətən müharibəsində 1941-1945 ci illərdə Azərbaycanın bütün bölgələrindən olduğu kimi Kürdəmir gəncləri də faşizmə qarşı müharibədə ön sıralarda olmuşlar.

Onlardan biri Məmiş Şahbaz oğlu Abdullayev müharibədə göstərdiyi igidliklərə, şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı adina layiq görülmüşdür.

Məmiş Abdullayev Şahbaz oğlu 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi qulluğa getmiş və Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda pulemyotçu olmuşdur.

Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir.

Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayevin xatirəsini təkcə əzizləri, yaxınları deyil, hər kəs, xüsusilə də doğulub boya-başa çatdığı Kürdəmirin Muradxan kəndinin sakinləri əziz tuturlar. Hər il onun xatirəsini yad etmək üçün büstü önünə çələnglər düzülür, məktəblilərə qəhrəmanın göstərdiyi şücaətlərdən danışılır. 1923-cü ildə Kürdəmirin Muradxan kəndində anadan olan Məmiş Abdullayev ailənin böyük övladı olub. Başsız qalan ailəni təkbaşına dolandıran Məmiş kolxozda baş mühasibin köməkçisi işləyib. 19 yaşı olanda, yəni 1942-ci ilin iyununda isə könüllü şəkildə müharibəyə yollanıb: "Məmiş Abdullayev müharibəyə getdiyi ilk gündən özünün şücaəti ilə, təşəbbüskarlığı ilə seçilib. Moskva, Kurks ətrafı döyüşlərdə "Qırmızı ulduz", "Əmək igidliyinə görə" və digər medalla təltif olunub. Məmişin komandir - zabit heyəti onun şücaətini, işgüzazlığını, qorxmazlığını elə ilk gündən qeydə alıblar", - deyə qəhrəmanın qardaşı Ağasəməd Abdullayev bildirib. Məmiş Abdullayev hərbi xidmətə başladığı dövrdə 1-ci Belarus cəbhəsində 399-cu atıcı diviziyasında pulemyot atıcısı olub. O, faşistlərin tutduqları mövqelərin darmadağın edilməsində, Polşanın Rınesk Ostrov və Narov kəndlərinin azad olunmasında xüsusi fərqlənib. Alman faşistləri üzərində qələbə əzmi ilə döyüşən həmyerlimiz 1945-ci ildə döyüşdə həlak olub. Elə həmin il mart ayının 24-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. İndi Məmiş Abdullayevdən yaxınlarına yadigar qalan bu sənədlər və müharibəyə getməzdən 2 il öncə, həyətlərində əkdiyi, hazırda 75 yaşı olan qocaman tut ağacıdır.

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.Bəziləri hisslərini belə ifadə edir :

- “Ulu öndərimiz Heydər Əliyevin həmişə kəlamı bela olub ki: “Müstəqillik qazanmaq olar, amma onu saxlamaq çox çətindir”. Onu saxlamaq üçün isə bizim gənclərimiz öz səylərini bu yolda əsirgəməməlidirlər”.

-“Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. İstər- istəməz hər kəs bu vətənin övladıdır və hər kəs bu Vətənə borcludur”.

-“Məncə Azərbaycanın, bu Vətənin suyunu içiriksə, havasını içimizə çəkiriksə, məncə biz də bu Vətənə borcluyuq. Yeri gəlmişkən, mən öz vətənpərvərlik hissimi mahnılarda əks etdirirəm”.

Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.

Kitabxanaçılar oxuculara doğma Vətənə, onun başı qarlı dağlarına, bol-bəhrəli düzlərinə, min cür nemət yetirən müqəddəs torpağına, durna gözlü bulaqlarına, ucu-bucağı görünməyən meşələrinə məhəbbət hissi tərbiyə etmək işində bədii əsərlərdən, söhbətlərdən, musiqi əsərlərindən, ekskursiyalardan, foto-albomlardan,rəsm müsabiqələrindən, ucadan oxudan geniş istifadə etməlidir.



Oxucular vətən haqqında bilgilərini ilk əvvəl ailədə, uşaq bağçasında, sonra məktəbdə, daha sonra kitabxanalarda zənginləşdirirlər. Bu məqsədlə hərbi vətənpərvərlik tərbiyəsinə diqqətlə yanaşmaq lazımdır. Onları xalqımızın adət ənənələri və sərvətləri ilə tanış eləmək, vətəni qorumağın hər bir kəsin müqəddəs borcu olduğunu aşılamaq lazımdır. Oxucularda vətənpərvərlik tərbiyəsini formalaşdırmaq üçün ilk əvvəl onlara Vətənin gözəlliklərindən danışmalı, Vətənin təbiətini sevməyi öyrətmək lazımdır. Kiçik yaşlarından başlayaraq uşaqlara Vətən haqqında şeirlər əzbərlətməli, nağıllar oxunmalı, qəhrəmanlardan danışılmalıdır. Oxucuların yaşlarını nəzərə alıb sadə və qısa başlıqlı sərgilər tərtib etmək lazımdır. Sərgilərə “Azərbaycan – Vətənim mənim”, “Azərbaycan qəhrəmanlar yurdudur”, “Biz Milli Ordumuzla fəxr edirik” adı vermək olar. Sərgi təşkil edərkən yazıçı və şairlərimizin vətən haqqında yazdığı kitablardan və eyni zamanda vətənə aid şeir parçalarından, milli qəhrəmanlarımızın şəkillərindən istifadə oluna bilər. Sərgilər hazır olduqdan sonra tədbirlər keçirmək olar. Oxucular üçün təşkil edilən tədbirlərin ən maraqlısı səhərcikdir. Səhərciyin uşaqlar üçün əhəmiyyəti böyükdür. “Vətən” (Abbas Səhhət), “Öz vətənimdir” (Mirvarid Dilbazi), “Azərbaycan” (Səməd Vurğun), “Bir parça torpaq” (Əli Səmədli), “Vətəni də sevirəm” (Rafiq Yusifoğlu), “Ey anam, Azərbaycan” (Hikmət Ziya) və “Qaranquş” (Xəlil Rza Ulutürk) şeirləri üzrə səhərciyin və ucadan oxunun hazırlanması daha yaxşı olar.Əli Səmədlinin “Bir parça torpaq” hekayəsi üzrə hazırlanmış səhərcik məktəb yaşlı oxucular üçün daha maraqlı olar. Kitabxanaçı əvvəlcə hekayəni oxucuların mütaliəsinə verməli, sonra sinif rəhbərlərinin köməyi ilə tədbiri birgə həyata keçirməlidir. Vətənpərvərlik tərbiyəsinin ən mühüm amillərindən biri doğma ana dilimizi gələcəyin vətəndaşlarına sevdirməkdən ibarətdir. Xalqımızın folklorla yoğrulmuş təfəkkür süzgəcindən keçərək cilalanan və bu gün milyonlarla azərbaycanlının mənəvi sərvətinə çevrilən doğma dilimiz haqqında ulu öndərimizin bir kəlamında deyilir: “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”. Bunu nəzərə alaraq kitabxanaçı uşaqlarla dilimiz haqqında söhbətlər aparmalı, onlara ana dilimizi bütün dillərdən üstün tutmağı öyrətməlidir.Məktəbli oxucular yetkinlik astanasında olarkən hər bir addımını fikirləşir, onu əhatə edən mühitin, həyat hadisələrinin təsirinə qapılırlar. Onlar daha çox bədii ədəbiyyat oxuyur, öz ideallarını ədəbiyyatda axtarırlar. Onların marağını nəzərə alıb kitabxanaçılar onlara Babək, Cavanşir, Koroğlu, Nəbi, Həzi Aslanov, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev, Çingiz Mustafayev, Salatın Əsgərova, Əlif Hacıyev və digər qəhrəmanların həyatından, keçdikləri döyüş və mübarizə yollarından, qəhrəmanlar haqqında çoxlu kitabların yaranmasından bəhs etməli, hərbi vətənpərvərliyə aid kitabların oxunmasını tövsiyə etməlidir ki, onlar Vətənə sədaqət ruhunda böyüsünlər, Vətən, xalq uğrunda çalışmağı özlərinin ən ümdə vəzifəsi hesab etsinlər. Oxucular belə kitabları oxuduqda igidlik, qəhrəmanlıq haqqında geniş məlumatlanacaq, Vətənə daha da sadiq olacaqlar. Eyni zamanda onlarda nəcib əxlaqi keyfiyyətlər yaranacaqdır. Vətən yolunda qəhrəmanlıq göstərmək ideyası onları həmişə düşündürəcəkdir. Kitabxanada hərbi-vətənpərvərliyə aid kitabları oxuculara tövsiyə etmək üçün “Əziz oxucular! Sizin üçün hərbi vətənpərvərlik kitablar həftəsi” başlığı altında sərgi və müsabiqə keçirmək olar.“Hərbi vətənpərvərlik kitablar həftəsi” ən azı bir həftə davam etməli və həftə ərzində sərgidə nümayiş olunan kitablar oxuculara mütaliə üçün verilməlidir. Həftənin sonunda ən çox mütaliə edən oxucu kitabxana müdiriyyəti tərəfindən “Əsl vətənpərvər oxucu” diplomu ilə mükafatlandırıla bilər. Kitabxanada uşaqların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində söhbət ən təsirli vasitələrdəndir. Kitabxanaçı gündəlik iş prosesində bu tədbirdən geniş istifadə etməlidir. Söhbət elə qurulmalıdır ki, oxuculara təsir etsin, onları həyəcanlandırsın. Uşaqlar müharibənin dəhşətlərini gözləri qarşısında canlandıra bilsinlər. Oxucular arasında hərbi vətənpərvərlik mövzusunda “Azərbaycan gəncini necə görmək istərdim” inşa yazı müsabiqəsi və yeniyetmələrin rəsm əsərləri sərgisi keçirmək olar. Milli və hərbi-vətənpərvərlik mövzusunda müsabiqələrin daha da genişlənməsi oxucuların marağını və bu istiqamətdə biliklərini artırır. Hərbi-vətənpərvərlik hissinin oxuculara aşılanması üçün kitabxanalarda Milli Ordunun əsgər və zabitləri ilə görüşlər keçirmək yaxşı olar. Görüşdə əsgər və zabitlər uşaqlara göstərdikləri şücaətdən, azğın düşmənlə necə vuruşduqlarından bəhs etməli, oxucular tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilməli, nəğmələr oxunmalıdır. Belə görüşlərin keçirilməsi onlarda Azərbaycan əsgəri olmaq və vətənin keşiyində dayanmaq hissini bir daha gücləndirər. Böyük yaşlı oxucuların yaş xüsusiyyətini və zövqünü nəzərə alıb kitabxanada guşə təşkil etmək yerinə düşər. Çünki guşə sərgiyə nisbətən geniş olur. Guşədə kitabdan başqa qəzet və jurnal məqalələri, ədəbiyyat tövsiyə siyahıları, mövzuya uyğun şəkillər nümayiş olunur. Guşənin birinci hissəsini ulu öndər Heydər Əliyevə həsr etmək olar. Çünki məktəblilərin vətənpərvərlik tərbiyəsində ən başlıca yeri görkəmli şəxsiyyət, müdrik və aqil bir insan, xalqı özünə böyük dayaq hesab edərək xalq üçün çox böyük işlər görən, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi sahəsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti və ömür yolunun mənalı səhifələrinin vərəqlənməsi tutur. Bu aqil insanın simasında Vətənə məhəbbətin, torpağa bağlılığın, vətənpərvərliyin gözəl nümunələrini görən oxucuların hər biri bu böyük şəxsiyyətdən əxlaqi keyfiyyətlər əxz edirlər. Oxucular özlərini doğma vətəni Azərbaycanın layiqli vətəndaşı sayır, özlərində onun müdafiəsinə hazır olduqlarına əminlik yaradır. Bir vətənpərvər şəxsiyyət kimi kitabxanada ulu öndərə həsr edilən “Biz qalib gələcəyik!” başlığı ilə poeziya gecəsi keçirmək olar.

Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət – gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli liderimiz müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf edən, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər.

Artıq ümumtəhsil məktəblərinin X-XI siniflərində “Gənclərin çağırışaqədərki hazırlığı”, 8-ci sinifdə isə “Qarabağ tarixi” fənni tədris olunur. Bu fənlərin tədrisi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, hərbi-idman oyunlarının kütləviliyinin artırılmasına müsbət təsir göstərir.

Bütün bunlarla yanaşı, bu, bir reallıqdır ki, hazırda vətənpərvərlik hissinin aşılanması təkcə həmin fənlərin tədrisi və ya hərbi-idman yarışlarının keçirilməsi ilə məhdudlaşmır. Ziyalıların, siyasi-ictimai təşkilatların iştirakı ilə reallaşan tədbirlərdə, “dəyirmi masa”larda vətənpərvərlik hissinin gənclərə çatdırılması, maarifləndirmə işlərinin aparılması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət çəkir.

Bu gün kitabxana hərbi-vətənpərvərlik anlayışını oxuculara necə çatdırmalıdır?

İlk növbədə uşaq və yeniyetmələrdə müharibənin nə demək olduğu ilə bağlı təsəvvür yaratmaq məqsədilə kitabxanada sərgi təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto şəkillər də nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat siyahısı və kartoteka qutusu qoymaq olar. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər: ―”Tariximizin şanlı səhifələri‖”, ―”Heç kim və heç nə unudulmur” və s. Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında söylədikləri fikirlərdən, sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər. Oxucularla aparılacaq söhbətlər, keçiriləcək tədbirlər planlaşdırılmalıdır. Kitabxanada söhbət, biblioqrafik xülasə, oxucu konfransı, ədəbi-bədii gecə keçirmək olar. Hərbi-vətənpərvərliklə bağlı “Torpağımızı qoruyaq”,”Biz vətənə bağlıyıq”,”Vətəni sevməyən insan olmaz,olsa da o şəxsdə vicdan olmaz”,”Vətənim Azərbaycandır” və s. başlıqlardan istifadə edib kitabxanalarda tədbirlər keçirmək olar.Kitab sərgisi tərtib edərkən işğal altında olan torpaqlarımızın siyahısını da sərgidə göstərmək məqsədəuyğundur.Vətənpərvərliklə bağlı kitab sərgisinin sxemini təqdim еdirik.



1.Başlıq

2.

Rəsmi sənədlər




3.

d:\win7\desktop\12742174_137616926626639_4817378776609969888_n.jpg

4.

Sitat


5 d:\win7\desktop\12742174_137616926626639_4817378776609969888_n.jpg

6.
Münasib şəkil

7.

Dövrü mətbuatda

dərc olunan

materiallar



8.

d:\win7\desktop\12742174_137616926626639_4817378776609969888_n.jpg

9.

d:\win7\desktop\12742174_137616926626639_4817378776609969888_n.jpg

10.

d:\win7\desktop\12742174_137616926626639_4817378776609969888_n.jpg

11.

İşğal altında olan rayonlarımız Xankəndi - 26.12.1991 Ağdərə-17.06.1993

Xocavənd -18.02.1992 Ağdam-23.07.1993

Xocalı - 25-26.02.1992 Cəbrayıl-18.08.1993

Şuşa - 08.05.1992 Füzuli-23.08.1993

Laçın -17.05. 1992 Qubadlı-30-31.08.1993

Kəlbəcər - 03-06.04.1993 Zəngilan-29-30.10.1993


12.
Tövsiyə ədəbiyyat

siyahısı



Kitablar:

1. Ağayev Ə. Qanlı gündəlik.- B.: Azərnəşr, 2002.- 240s.

2. Ağayev Ə. Əsgər anası.- B.: Qanun, 2008.- 244s.

3. Cəfərov R. Ləğv edilmiş tapşırıq.- B.: Çıraq, 2005.- 368s.

4. Hicran F. Qarabağda talan var.- B.: Gənclik, 1992.- 160s.

5. Hüseynov M., Cəlilzadə H. Alovdan alova.- B.: Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzi, 1996.- 32s.

6. Xəlilbəyli M.R. Qəhrəman Təbrizim.- B.: Gənclik, 1994.- 356s.

7. İbadoğlu İ. Sərkərdə.- B.: İşıq, 1995.- 180s.

8. Kərimli A.V. Zəngilan şəhidləri.- B.: İşıq, 1994.- 200s.

9. Kərimli A.V. İşğal.- B.: Azərnəşr, 1994.- 165s.

10.Kərimli K. Hələ Şuşalıykən... (II kitab) – B.: Azərnəşr, 1995.- 120s.

11.Quluzadə Ə. Qadan mənə Qarabağ.- B.: Ozan, 2006.-456s.

12.Məhərrəmli Z. Qırx qız dastanı.- B.: Nurlan, 2003.- 314s.

13.Məmmədli N. Zəngulə.- B.: QAPP-POLİQRAF, 2004.- 224s.

14.Müslümqızı S. Qar üstünə qan yağırdı.- B.: Azərnəşr, 1993.- 184s.

15.Nuruqızı S. Qisas.- B.: Vektor Nəşrlər Evi, 2005.- 140s.

16.Səmədli Ə. Qanlı bənövşə.- B.: “Azərbaycan Ensiklopediyası” NPB, 1996.- 48s.

17.Səmədov V., Aslanov S. Təki Vətən yaşasın.- B.: Azərnəşr, 1993.- 120s.

18.Səmədov V., Aslanov S. Vətən üçün lazım gəlsə.- B.: Azərnəşr, 1994.- 190s.

19.Sultanov Z. Xocalı faciəsi.- B.: İşıq, 1993..- 104s.



20.Süleymanov M. Milli Qəhrəmanlar.- B.: Azərnəşr. 1994.- 228s.
Tərtib edəni: Qəhrəmanova Növrəstə - Kürdəmir rayon MKS-nin

Metodika və biblioqrafiya şöbəsinin müdiri:

2016-cı il


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə