Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

122
Kurikulum. 2013. №3
Aynur Qurbanova
әn böyük qardaş qırğınlarından birinә sәbәb
oldu.  Bu döyüş haqqında nә deyә bilәrsiniz?
Ş:
1514-cü ilin avqustunda Çaldıran dü -
zün dә qanlı döyüş baş verdi. Bu döyüşdә Şah
İsmayıl mәğlub oldu. Ümumiyyәtlә, götür 
-
dük  dә bu döyüşün mәğlubu türk dünyası, qa -
libi isә avropa diplomatiyası oldu.
M:
Bu döyüşlә bağlı bir rәvayәt var, bu
rәvayәti kim danışa bilәr?
Ş:
Rәvayәtә görә, döyüşün gedişindә Şah
İsmayıl Osmanlı toplarının zәncirlәrini qılınc
zәrbәsi ilә qırır. Sonralar Sultan Sәlim mәk -
tub yazaraq hәmin qılıncı Şah İsmayıldan
istәyir. Şah İsmayıl onun xahişini yerinә yeti-
rir, qılıncı ona bağışlayır. Sultan Sәlim bu qı -
lıncla topların zәncirinә zәrbә endirir. Lakin
zәn cir qırılmır. Şah İsmayıla növbәti mәk tu -
bun da Sultan Sәlim qılıncın hәmin qılınc ol -
ma dığını yazır. Şah İsmayıl isә cavab mәktu -
bunda yazır: «Qılınc hәmin qılıncdır, qol isә o
qol deyil!» – deyә şagirdlәr cavab verirlәr.       
Qeyd etmәk lazımdır ki, Sultan Sәlimin
fars ca yazdığı mәktublarına Şah İsmayıl hә -
mi şә Azәrbaycan dilindә cavab yazmışdır.
Çaldıran döyüşü Şah İsmayılın ilk vә son
mәğlubiyyәti olur. Bu mәğlubiyyәti qüruruna
sığışdırmayan Şah İsmayıl bir daha döyüşә
girmir. Hәyatı boyu bu mәğlubiyyәtin, qardaş
qırğınının qarşısını ala bilmәmәyin әzabını
çәkәn İsmayıl 1524-cü ildә xәstәlәnir vә vәfat
edir. Onun vәsiyyәti bu olur – «Babalarımız -
dan bizә üç yadigar qalmışdır: dilimiz, qey -
rәtimiz, Vәtәnimiz. Yaxşı nә başlamışam sa,
da vam edin. Sәhvlәrimi tәkrar etmәyin». 
Şah İsmayıl Azәrbaycan tarixindә qüdrәt -
li hökmdar, böyük dövlәt xadimi, incә ruhlu
şair olaraq qalmışdır.
Nәticә vә ümumlәşdirmәlәr:
Şagirdlәr bu nәticәyә gәlirlәr ki, Azәr 
-
bay canda vahid vә qüdrәtli dövlәtin yaranma-
sı torpaqlarımızın yadelli düşmәnlәrdәn daha
yaxşı qorunmasına sәbәb oldu. Tәsәrrüfatın
müxtәlif sahәlәri sürәtlә inkişaf etmәyә başla -
dı. İqtisadi vәziyyәt yaxşılaşdı.
Sәfәvilәr dövlәtinin yaranması mühüm
hadisә idi. Nәticәdә әkinçilik, sәnәtkarlıq in -
ki şaf etmәyә başladı. Ticarәt әlaqәlәri geniş -
lәndi. Elm vә mәdәniyyәt tәrәqqi etdi. Xalqın
yaşayış şәraiti xeyli yüksәldi. Ölkәdә sabitlik
yarandı, ara müharibәlәrinә bir müddәt son
qoyuldu. Azәrbaycan dili vahid dilә çevrildi.
Ordu yalnız azәrbaycanlılardan tәşkil olundu.
Ev tapşırığı olaraq şagirdlәrә Şah İsma yıl
Xәtainin adını daşıyan bütün inzibati ob 
-
yektlәrin siyahısını, onun hәyat vә fәaliy yәti -
ni, şeirlәrindәn birini Power Point proqramın -
da tәqdimat formasında hazırlamaq tapşırılır. 
* * *


123
Kurikulum. 2013. №3
Yeni tәlim texnologiyalarından biri dә
«Konstruktiv tәlim»dir. Bu tәlim texnologi -
ya  sı  nın bir çox üstünlüklәri var. İlk öncә onu
deyә bilәrәm ki, konstruktiv tәlimlә qurulan
dәrsdә demәk olar ki, heç kәs tәlimdәn kәnar -
da qalmır, әn zәif şagird belә aktivlәşir vә
fәal lıq göstәrmәyә çalışır vә keçmiş biliklәrә
әsaslanaraq yeni biliklәr yaradır. Konstruk tiv
tәlim idraka әsaslanan tәlim olduğu üçün bu -
ra da tәfәkkür vә tәxәyyül mühüm rol oynayır.
Ümumiyyәtlә, konstruk 
tiv tәlimlә qurulan
dәrsdә şagirdlәrin qazan dıqları bilik vә baca -
rıq lar hamısı bütövlükdә idraki bacarıqdır.  
Konstruktiv tәlimlә hazırladığım dәrs nü -
mu nәsini hәmkarlarımla bölüşmәk istәrdim.
Fәnn: Azәrbaycan dili 
(2-ci sinif)
Mövzu:
«Ayı vә Şir» (A.Sәhhәt)
Standart:
2.2.1;  2.2.1.
Dәrsin mәqsәdi:  
– Şagirdlәrin heyvanlar haqqında anla -
yış  la  rı nı  üzә  çıxarmaq,  genişlәndirmәk;
– Şagirdlәrin şüurlu vә ifadәli oxu baca -
rıq la rını  inkişaf  etdirmәk;
Resurslar:
Dәrslik, iş vәrәqlәri, komp yu -
ter, proyektor, interaktiv lövhә, qiymәtlәn dir -
mә cәdvәli, marker. 
Dәrsin gedişi:
Dәrsә başlamazdan әvvәl şagirdlәri dörd
nәfәrlik komandalara ayırır vә komanda daxi -
lin 
dә hansı formada işlәyәcәklәri haqqında
qay daları onlara xatırladıram. 
Dәrsә müәllif haqqında mәlumatla başla -
yı ram. Sonra belә bir sualla uşaqlara müraciәt
edirәm.
Sual:
Tәmsil nәdir?                                                                                                                          
Tәmsil deyәndә nә başa düşürsünüz?
Şagirdlәrin ehtimal olunan cavabları:
Cavab:
Tәmsil şeir formasında olur.   
– Tәmsildә ancaq heyvanlardan bәhs olu-
nur.
– Heyvanların timsalında insanların xa -
rak te ri  göstәrilir..
S:
Ayı, şir, tülkü vә dovşan deyәndә sizdә
hansı tәsәvvürlәr yaranır? 
C:
Ayı dedikdә vәhşi, acgöz, eyni za man -
da kobud vә tәnbәl bir heyvan başa düşü rük.
O, qış uzunu yatan meşә heyvanıdır.
– Şir heyvanların әn güclüsü hesab
olunur. O da vәhşi vә acgözdür. Adәtәn, otye -
yәn  hey van larla  qidalanır.
– Tülkü hiylәgәr, yaltaq vә acgöz
heyvan dır. Yemәyi yaşadığı mühitdәn asılıdır.
O, me şә dә vә çöldә yaşayır. Tülkü ağ, boz vә
na rın cı rәngdә olur. Onun dәrisindәn xәz kimi
isti fa dә  edirlәr. 
– Dovşan meşәdә vә çöllәrdә yaşayır. Bә -
zәn onu insanlar hәyәtyanı sahәdә qәfәs lәr dә
saxlayırlar. Dovşan qorxaq vә cәld hey van dır. 
Mәnim bu tip sualları vermәkdә mәqsә -
dim şagirdlәrdә bu heyvanlar haqqında bil -
dik lәri ni araşdırmaq, üzә çıxarmaqdır.
Sonra kompyuterdә hazırladığım Venn
dia  qramını  proyektorla  lövhәdә  işıqlandıra raq
ayı ilә şirin, tülkü ilә dovşanın oxşar vә fәrqli
cә 
hәtlәrini sinfә nümayiş etdirәrәk sual 
lar
veri rәm:
S:
Ayı ilә şirin vә tülkü ilә dovşanın oxşar
vә fәrqli cәhәtlәrini sadalayın.
Uşaqlar sualları cavablandırdıqdan sonra
sinfә növbәti sualla  müraciәt edirәm.
S:
Bu heyvanlar sizdә hansı insani xüsu -
siyyәtlәri xatırladır?
SVETLANA ƏLİYEVA
Xızı rayonu Gilәzi qәsәbә tam orta mәktәbinin 
ibtidai sinif müәllimi 


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə