Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

119
Kurikulum. 2013. №3
Dәrs nümunәlәri
Daha sonra şagirdlәrә «Do you think these
statments are True or False» adlı vә 
rәq 
lә 
ri
paylayıram vә onları cütlәrә bölür, iş apa 
-
rarıram. 
Dәrsin bu mәrhәlәsindә şagirdlәrlә qrup
iş lәrinә başlayıram. Şagirdlәri iki qrupa bö lü -
rәm vә onları adlandırıram. «Group Pyra mids»
vә  «Group Liberty». Sonra  şagirdlәrә qrup
işlәrini tәqdim edirәm.
Piramidlәrin 1-ci işi:
verilәn mәkan ad la -
rın dan  şagirdlәr  özlәrinin  yeni  mö cü zә lә rini
tә  yin edib, onların yaranma sәbәbini vә yer -
lәş 
 
diyi yeri yazmalıdır. 2-ci işdә şagirdlәr
«The Hanging Gardens of Babylon» adlı pa -
raq 
rafda buraxılmış yerlәrә verilәn sözlәri
qoy maq vә altından xәtt çәkilmiş cümlәlәri
mәc hul növә çevirib yazmalıdırlar.
Liberty grupunun 1-ci işi:
verilәn mәkan
adlarının sırasını şagirdlәr şәkillәrin  üzәrindә
tәyin etmәli, iş vәrәqinin sağ tәrәfindә ve 
-
rilmiş mәlumatların hansı möcüzәlәrә aid ol -
duğunu yazmalıdırlar. 2-ci işdә şagirdlәr «The
Statue Zeus of Olympia» adlı paraq 
raf 
da
buraxılmış yerlәrә verilәn sözlәri qoymaq vә
altından xәtt çәkilmiş cümlәlәri mәchul növә
çevirib yazmalıdırlar.
Şagirdlәrә verilәn vaxt (6-7 dәqiqә) bit -
dik dәn sonra işlәr tәqdim olunur, әgәr varsa,
sәhvlәri birlikdә düzәldirik. Sonda  qrupları
sözlә qiymәtlәndirirәm.
Sonra «Klaster» üsulundan istifadә edә -
rәk şagirdlәrә belә bir sualla müraciәt edirәm: 

Imagine that there are a lot of tourists
in our country. You are asked to design tour
for them. What places of interest, new or old
wonders would you like to show them?
Lövhәdә klaster çәkir vә cavabları alaraq
orada qeyd edirәm.
Dәrsin  sonunda  şagirdlәri  qiymәt lәn di ri -
rәm vә ev tapşırığı verirәm.
At home: 
Design a «fantasy tour» to a
country where there is one of the seven won-
ders  of the world.
* * *


120
Kurikulum. 2013. №3
Tarix 
(5-ci sinif)
Mövzu: 
«...Gülüstan qalası, yoxsa Azәr -
bay  can?»
Mәqsәd:
Dәrsin sonunda şagird:

Sәfәvi dövlәti ilә bağlı sadә xronoloji
mә sәlәlәri hәll edәcәk, xәritәdә Sәfәvi döv -
lәtini, Tәbriz şәhәrinin әrazisini müәyyәn
edә  cәk  (1.1.2.,  2.1.2.).

Xalqın mәnafeyinin qorunmasında va -
hid  Azәrbaycan Sәfәvi Dövlәtinin rolunu dә -
yәr  lәndirәcәk vә Şah İsmayıl Xәtainin Azәr -
bay 
can tarixindә mühüm rol oynadığını
müәy yәn edәcәk (3.1.2., 4.1.1).
Resurs:
Kompyuter, proyektor, dәrslik,
dәf tәrxana lәvazimatları, iş vәrәqlәri, Sәfәvi
dövlәtinin xәritәsi (1555 – XVII әsrin I ya rı -
sı), Şah İsmayıl Xәtainin portreti, müәllim
üçün dәrs vәsaiti.
Dәrsin gedişi:
Motivasiya yaratmaq üçün aşağıdakı şә -
kil 
lәri nümayiş etdirir vә şagirdlәrә sualla
mü ra ciәt  edirәm:

Bunlar nәyin  şәkillәridir?
Şagirdlәr müxtәlif fәrziyyәlәr irәli sürür -
lәr: abidә, Gәncә darvazası, Qız qalası, Bakı
şә hәri, Tәbriz şәhәri vә s.

Bәs bu şәhәrlәri birlәşdirәn nәdir?
Mәn nәyә görә Mingәçevir, Sumqayıt, Şirvan
şәhәrlәrini deyil, mәhz bu üç şәhәri seçmi -
şәm?
Şagirdlәr bu şәhәrlәrin paytaxt şәhәrlәr
olduğunu bildirirlәr. Sonra «Şәkillәrdә göstә -
ri 
lәn şәhәrlәr hansı dövlәtlәrin paytaxtı
olub?» deyә şagirdlәrә yenidәn müraciәt edi -
rәm. Keçmiş dәrslәrdәn mәlumatları oldu ğu -
na görә onlar asanlıqla sadalayırlar: Gәncә –
Şәddadilәrin, Eldәnizlәrin, Bakı – Şirvan şah -
 la   rın,  Tәbriz  isә  Rәvvadilәrin,  Qaraqoyun lu -
nun, Ağqoyunlunun, Eldәnizlә rin, Sәfәvilә rin
paytaxtı olmuşdur.
M:
Bu gün biz nәinki, Azәrbaycan, eyni
zamanda dünya tarixindә dәrin iz qoyan Sәfә -
vi dövlәti haqqında öyrәnәcәyik. 
Mövzu ilә bağlı qısa şәrh verirәm.
XV yüzilliyin axırlarında Ağqoyunlu
döv  lәti zәiflәmişdi. Hakimiyyәt uğrunda mü -
ha 
ribәlәr gedirdi. Ölkә ayrı-ayrı feodal ha 
-
kim lәrinin özbaşınalığı nәticәsindә parçalan -
mış vәziyyәtdә idi. Fasilәsiz müharibәlәr dә
әkinçiliyin, sәnәtkarlığın vә ticarәtin inkişafı -
na mane olurdu. 
Bunun üçün Azәrbaycana nә lazım idi?
Şagirdlәr: «Vahid dövlәt, mәrkәzlәşdiril -
miş dövlәt» deyә cavab verirlәr.
Bәli, güclü vә vahid dövlәtin olmaması
ölkәnin düşmәnlәrdәn müdafiәsini çәtinlәşdi -
rir di. Belә bir şәraitdә Sәfәvilәrin xalq arasın -
AYNUR QURBANOVA
Bakı şәhәri Mәktәb-lisey kompleksinin tarix müәllimi


121
Kurikulum. 2013. №3
Dәrs nümunәlәri
da nüfuzu artırdı. Əhalinin çox hissәsi Sәfә -
vilәri müdafiә edir, onların vәtәni xilas edә -
cәk lәrinә  inanırdılar.
Sәfәvi sülalәsinin yüksәlişi monqol işğal -
ları dövrünә tәsadüf edir. XIII әsrdә monqol la -
rın iş 
ğal etdiklәri әrazidә kortәbii sufi dәrviş
tәriqәti (ordeni vә ya mәktәbi) yarandı, sәnәtkar
vә kәndlilәr içәrisindә geniş yayıldı. XIII әsrin
so nunda belә ordenlәrdәn biri dә Azәrbaycanın
Ər dәbil şәhәrindә yaranmışdı. Ordenin vә şeyx -
lәr sülalәsinin adı müqәddәs sayılan Şeyx Sә -
fiәddin-әl-Ərdәbilinin (1252-1334) adı ilә bağ -
lıdır.
Sәfәvilәr vә onların tәrәfdarları başlarına
on iki imamın şәrәfinә, on iki qırmızı zolaqlı
çalma qoyurdular. Ona görә dә onlar «qızıl -
baş lar» adlanırdılar. Sәfәvilәrin müvәffә qiy -
yә  tinә sәbәb Ərdәbil şeyxlәrinin başçılıq et -
diyi hәrәkatın ölkәnin әhalisinin tәlәbini ifa -
dә etmәsi idi. Hakimiyyәt uğrunda müba rizә -
dә Sәfәvi hakimlәrinin bir çoxu, o cüm lәdәn
Şah İsmayılın babası – Şeyx Cüneyd, atası –
Şeyx Heydәr, qardaşı – Şeyx Sultanәli hәlak
ol 
du. Lakin üç yaşlı İsmayılı qızılbaşlar
qoruya bildilәr. Sәfәvi müridlәri İsmayılı La -
hi  cana – Gilanın Biyәpiş vilayәtinin ha kimi,
Kәr kiyә sülalәsindәn olan Mirzә Əlinin sara-
yına apardılar. Ağqoyunlu hökmdarı Rüs tәm
padşah dәfәlәrlә Mirzә Əliyә hәdәlәyici mәk -
tub göndәrib İsmayılı tәlәb etdi. O isә İs mayı -
lı zәnbildә sıx yarpaqlı ağacdan asdı vә mü -
qәd dәs Qurana and içib onun Gilan tor pa ğın -
da olmamasını 300 süvari ilә gәlmiş Qa sım
bә yә bildirdi. Bir müddәt körpә İsmayıl qızıl -
başlar tәrәfindәn Gilanda qoru nur. İsma yıla
yük 
sәk tәhsil verilir, hәrbi sәnәti öyrәdilir.
Ar  tıq on dörd yaşına çatan İsmayıl Azәrbay -
canı birlәşdirmәk uğrunda mübarizә 
yә baş 
-
layır.
İlk zәrbә Şirvanşahlar dövlәtinә endirilir.
1500-cü ildә Şamaxı, 1501-ci ildә Şirvanşah -
lar dövlәtinin paytaxtı Bakı tutulur.
Şagirdlәrә «Sәfәvi dövlәti – XVI әsr»
xәritәsindә Şirvanşahlar dövlәtinin Şamaxı
vә Bakı şәhәrlәrini göstәrmәk tapşırılır.
Bundan sonra Gülüstan qalası mühasirәyә
alınır. Bu zaman Ağqoyunluların onların üzә -
rinә hücum xәbәrini eşidәn İsmayıl «Sizә Gü -
lüs tan qalası, yoxsa Azәrbaycan lazım dır?» –
deyә әsgәrlәrinә müraciәt edir. Əsgәr 
lәr isә
«Əlbәttә, Azәrbaycan» deyirlәr. Bu cavab sü -
but edir ki, İsmayıl vә onun tәrәfdar ları vә tәn -
lәri olan Azәrbaycan uğrunda vuruş 
muş 
lar.
Mәhz buna görә dә bizim bugünkü dәr simiz
belә adlanır: «...Gülüstan qalası, yoxsa
Azәrbaycan?»
1501-ci ildә Naxçıvan yaxınlığında Şәrur
düzündә Ağqoyunlu qoşunu ilә İsmayılın
qoşunu arasında hәlledici döyüş oldu. Bu dö -
yüşdә Sәfәvilәr qalib gәldilәr. İsmayıl Tәb -
rizә daxil oldu, özünü şah elan etdi. Belәliklә,
Azәrbaycan tarixinin qüdrәtli dövlәtlәrindәn
biri – paytaxtı Tәbriz olan Sәfәvi dövlәti
yarandı.
Sonra şagirdlәrә xronoloji ardıcıllığı izlә -
mәklә İsmayılın tutduğu әrazilәri xәritәdә
gös tәrmәk tapşırılır.  
M:
Şah İsmayılı biz dövlәt xadimi vә
sәrkәrdә kimi tanıdıq, onun daha hansı key -
fiyyәtlәrini deyә bilәrsiniz? 
Şah İsmayıl hәm dә incә ruhlu şair idi.
«Xәtai» tәxәllüsü ilә Azәrbaycan dilindә şei -
r lәr yazmışdır – deyә şagirdlәr cavab verirlәr.
M:
İndi isә Sәfәvi-Osmanlı münasibәtlә -
rin dәn danışaq. Sizcә, nәyә görә Roma pa pa -
sı Almani 
ya, Fransa, İspaniya, Portuqaliya
dövlәtlәri 
nin başçılarına mәktublar yazaraq
Şah İsmayılın uğurlarını «Allahın xristian
dün yası üçün yaratdığı bir fürsәt» kimi qiy -
mәt lәndir miş vә bundan dәrhal istifadә et mә -
yә çağırmışdı?
Ş:
Onlar iki böyük türk dövlәtini – Os -
man  lı vә Sәfәvi imperiyalarını bir-birinә qarşı
vu ruş dur maq  siyasәti  yürüdürdülәr.  Onların
әsas mәqsәdi hәr iki qüdrәtli türk müsәlman
dövlәtini zәiflәtmәk idi.
M:
Tәәsüf ki, bu siyasәt baş tutdu. Türk
dünyasının iki böyük hökmdarı – Şah İsmayıl
vә Osmanlı sultanı Sәlim üz-üzә gәldilәr.
Onların bir-birinә güzәştә getmәmәsi tarixin


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə