Kurs iŞİ Mövzu: Etilen-propilien sopolimerin alınması Fənn: Neftin destruktiv emalı texnologiyası Tələbə: Atayeva Səbinə Rəhbər : Dos. Naibova Tamilla Bakı- 2022 Mündəricat Giriş


Etilenin birbaşa xlorlaşması il ə 1,2- dixloretanın alınması prosesinin texnologiyası



Yüklə 0,73 Mb.
səhifə4/4
tarix09.05.2023
ölçüsü0,73 Mb.
#109325
1   2   3   4
Atayeva Səbinə Kurs işi

2.1 Etilenin birbaşa xlorlaşması il ə 1,2- dixloretanın alınması prosesinin texnologiyası
Etilenin birbaşa xlorlaşması ilə 1,2– dixloretanın alınmasıüsulu sənaye miqyasında geniş yayılmışdır. Etileninxlorlaşması ion–katalitik hallogenləmə prosesinə əsaslanır.Əvvəllər etilenin qaz fazada xlorlaşdırılmasından istifadə olunurdu. Belə şəraitdə proses radikal zəncir mexanizmi ilə başverirdi. Lakin müəyyən olunmuşdur ki, maye fazanınyaranması ilə proses kəskin sürətlənir və məhlulda baş verir.Bu halda reaksiyanın mexanizmi də dəyişir. İlkin reagentləri(etilen və xlor) maye faza içərisindən buraxdıqda xlorun ikiqatrabitəyə birləşməsi ilə 1,2 – dixloretanın alınması prosesiasanlıqla baş verir. Adətən həlledici kimi elə 1,2 – dixloretanınözündən istifadə olunur. Bu reaksiya hətta aşağı temperaturlarda belə kifayət qədər tez gedir, ancaq reaksiya aproton turşu katalizatorlarının (FeCI3) iştirakı ilə daha da sürətlənir. Aşağı temperaturlarda (300°C–yə qədər) xlor demək olar ki, ancaq 2 qat rabitəyə birləşir, amma daha yüksək temperaturlarda isə əvəzləyici xlorlaşma reaksiyası məhsullarının çıxımı artmağa başlayır. Reaksiyaya daxil olan reagentlər nisbətinin də əvəzləyici xlorlaşma məhsulları çıxımına təsiri vardır.Maye fazada xlorlaşma zamanı karbonium ionu əmələgəlmir və müsbət yük molekulda yaranır.Ümumilikdə etilenin birbaşa xlorlaşması ilə 1,2–dixloretanın alınması 2 mərhələdən ibarətdir:
1) 1,2 – dixloretanın sintezi;
2) 1,2 – dixloretanın təmizlənməsi.
Etilenin birbaşa xlorlaşdırılması üsulu ilə dixloretanın sənaye istehsalı prosesinin texnoloji sxemi şəkil 7.2. – də göst ərilmişdir. 1 xloratoruna daxil olan qaz qarışığının tərkibind ə etilenin miqdarı stexiometrik qiymətd ən 5–10% artıq olmalıdır ki, xlor tamamilə etilenlə birləşmiş olsun. Reaksiya qazlarının tərkibində sərbəst xlorun olması arzuolunmazdır, çünki xlorun soyudulmayan boru kəmərlərində karbohidrogenlərlə təsiri temperaturun yüksəlməsinə və karbohidrogenlərin alışıb yanmasına səbəb ola bilər. Xloratora verilən xloru reaksiyaya girən qazların həcminin 8–10% -i qədər hava ilə qarışdırırlar ki, bu da etilenin 20–300C temperaturda xlorlaşmasını təmin edir. Təsirdə olan qazların arasında yüksək kontakt şəraiti yaratmaq üçün və onların dixloretan mühitində tam həllolunması üçün xloratorda pərli qarışdırıcı quraşdırılır. Əmələ gələn xam dixloretan xloratordan öz axını ilə fasiləsiz olaraq 2 tutumuna axır. Xloratordan çıxan qazlar (reaksiyaya girməyən etilen, xammal etilen və xlor fraksiyasının tərkibində olan qaz şəkilli qarışıqlar, hava) özü ilə xeyli miqdar dixloretan buxarları və əvəzləyici xlorlaşma reaksiyası nəticəsində alınan hidrogenxloridin bir hissəsini aparır. Odur ki, çıxan qazların tərkibində olan dixloretanı ya həlledicilərlə (kerosin və s.) absorbsiya etməklə, ya da sxemdə göstərildiyi kimi kondensasiya yolu ilə ayırırlar. Çıxan qazlar 3 doldurmalı qarışdırıcı – kondensatora daxil olur. 3 qarışdırıcı – kondensator 4 soyuducusu üzərində quraşdırılır. 3 qarışdırıcı – kondensatorunun yuxarı hissəsinə doldurmanı suvarmaq üçün 4 soyuducusundan –200C–yə qədər soyudulmuş dixloretan verilir. 3 qarışdırıcı – kondensatorunun aşağı hissəsinə verilən qazlar doldurma içərisindən aşağıdan yuxarıya doğru, dixloretana əks istiqamətdə verilməklə –150C–yə qədər soyudulur ki, bunun nəticəsində də bütün dixloretan buxarları kondensləşdirilə bilir. Kondensləşmiş dixloretan suvarma üçün verilən dixloretanla qarışır və 4 soyuducusuna daxil olur ki, burada da yenidən –200C–yə qədər soyudulur. 3 qarışdırıcı– kondensatorunun yuxarı hissəsindən çıxan qazlar 5 skrubberində su ilə hidrogenxloriddən yuyulub təmizləndikdən sonra atmosferə atılır. Xam dixloretan 2 tutumundan 18 nasosu vasitəsilə 6 neytrallaşdırıcı aparatına vurulur ki, burada da qarışdırılma ilə dixloretanda həllolmuş hidrogenxloridin 8 tutumundan verilən 5–10% –li qələvi məhlulu ilə (NaOH) neytrallaşdırılması prosesi həyata keçirilir. Neytrallaşdırılmış dixloretan 7 ayırıcısında qələvi məhlulundan ayrılır və 9 tutumuna yığılır və buradan da qurudulma və rektifikasiya prosesinə göndərilir. Dixloretanın qurudulması 10 rektifikasiya kalonunda həyata keçirilir. Bu kalonun aşağı hissəsində temperatur 75–850C həddində saxlanılır. 10 rektifikasiya kalonundan dixloretanın su ilə azeotrop qarışığı qovulur və 12 defleqmatorunda kondensləşdirilir, bir hissəsi 10 kolonuna suvarma kimi qaytarılır, distillat isə 13 ayırıcısında ayrılır, su təmizləyici stansiyaya göndərilir, orada təmizləndikdən sonra kanalizasiyaya axıdılır. Dixloretan isə 9 tutumuna qaytarılır. 10 kolonunun kub hissəsindən susuzlaşdırılmış dixloretan çıxarılır və 14 rektifikasiya kalonuna göndərilir ki, burada da dixloretan distillatı trixloretan və polixloridlərdən (kub mayesi) ayrılır.

1 – xlorator; 2 – xam dixloretan tutumu; 3 – qarışdırıcıkondensator; 4 – soyuducu; 5 – yuyucu skrubber; 6 – neytrallaşdırıcı; 7, 13 – çökdürücü; 8 – q ələvi tutumu; 9 – neytrallaşdırılmış dixloretan tutumu; 10, 14 – rektifikasiya kalonları; 11,15 – qaynadıcılar; 12,16 – defleqmatorlar; 17 – soyuducu.





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə