Kurs iŞİ Mövzu: Etilen-propilien sopolimerin alınması Fənn: Neftin destruktiv emalı texnologiyası Tələbə: Atayeva Səbinə Rəhbər : Dos. Naibova Tamilla Bakı- 2022 Mündəricat Giriş


Dixloretanın istehsalı prosesinin xammal və alınan məhsullarının seçilib əsaslandırılması



Yüklə 0,73 Mb.
səhifə2/4
tarix09.05.2023
ölçüsü0,73 Mb.
#109325
1   2   3   4
Atayeva Səbinə Kurs işi

1.1Dixloretanın istehsalı prosesinin xammal və alınan məhsullarının seçilib əsaslandırılması
Dixloretan: 1,2–dixloretan sənayenin müxtəlif
sahələrində həm həlledici və həm də vinilxlorid kimi bir çox
qiymətli xlorüzvi məhsulların istehsalında geniş tətbiq edilir.
Dixloretan yağların ekstraksiya olunmasında, neft
məhsullarının parafinlərdən təmizlənməsində, yunların,
dərilərin, həmçinin də metal məmulatların
yağsızlaşdırılmasında və s. istifadə olunur. Dixloretan həm də
bir çox sənaye sintezlərində yarımməhsul kimi istifadə olunur.
Onun çox hissəsi vinilxloridin alınmasına sərf olunur.
1,2–dixloretan şirin iyə malik olan, rəngsiz, qaynama
temperaturu 83,70C olan uçucu mayedir. 1,2–dixloretan etil
spirti, dietilefiri və karbohidrogenlərdə yaxşı, suda isə pis həll
olur, bir çox maddələrlə azeotrop qarışıq əmələ gətirir.
Dixloretan spirtlər, benzol, aseton və bir çox digər üzvi
birləşmələrlə istənilən nisbətlərdə qarışır, yağ və piyləri,
qətranları, mumu, kauçukları, alkaloidləri və həmçinin də bir
sıra qeyri üzvi maddələri, məsələn kükürdü, fosforu, yodu və
digər maddələri asanlıqla həll edir.
Dixloretan su ilə 72оС temperaturda qaynayan azeotrop
qarışıq (80,5% dixloretan) əmələ gətirir. Dixloretan çətinliklə
yanır, yandıqda parlaq yaşılımtıl alovla yanır və hidrogenxlorid ayrılır. Yanan dixloretan su ilə asanlıqla udula bilir. Dixloretan buxarları hava ilə partlayış təhlükəli qarışıq əmələ gətirir ki, onun da partlayış həddi 4,8 –15,9% (həcm.) olur. Dixloretan zəhərlidir və narkotik təsir xüsusiyyətinə malikdir, odur ki, onunla işləyərkən ehtiyatlı davranmaq lazımdır. Dixloretan buxarları ilə nəfəs aldıqda baş ağrıları, tənəffüs yollarının qıcıqlanması, öskürək və hətta ölüm halları da baş verə bilər. Dixloretanın buxarlarının istehsalat yerlərində buraxıla bilən qatılıq həddi 10 mq/m3 – dir. Etilenin birbaşa xlorlaşması yolu ilə dixloretanın alınmasında əsas xammal etilen və xlordan ibarətdir. Etilen – C2H4 – rəngsiz, iysiz, havadan bir qədər yünül, suda pis həll olan qazdır. Onun qaynama temperaturu – 103,90C, donma temperaturu –169,40C. Havada zəif işıq saçaraq yanır. Etilen bir sıra sintetik maddələrin alınması üçün çox əhəmiyyətli xammaldır, məsələn, etilbenzol, etil spirti, etilen oksidi, etilenqlikol (antifriz), dixloretan və polietilenin alınmasında etilen çox qiymətli bir xammal kimi istifadə olunur. Etilbenzolun istehsalı prosesində ilkin xammal kimi istifadə olunan etileni əsasən karbohidrogenlərin pirolizi (yüksəktemperaturlu krekinq) yolu ilə alırlar. Piroliz prosesinə tərkibində alkanlar, tsikloalkanlar, arenlər olan neftin birbaşa qovma fraksiyaları, tərkibində alkanlar olan təbii və neft səmt qazları düçar edilir. Etilen alçaqmolekullu alkanların dehidrogenləşməsi və ağır alkanların parçalanaraq bölünməsi reaksiyaları nəticəsində alınır. Etilenin potensial çıxımı ilkin xammalın növündən asılıdır. Dünya miqyasında etilen istehsalı prosesində istifadə olunan xammal növləri və onların istehsalın ümumi balansında payı cədvəl 7.1– də göstərilmişdir.

Etilenin istehsalı prosesində ən yaxşı xammal parafinlər hesab olunur, belə ki, ilkin karbohidrogenlərin tərkibində hidrogenin miqdarı artdıqca alkenl ərin çıxımı artır.
P
2 + CH=CH ……
ropilenin disproporsiyalaşması yolu ilə etilenin alınması. Propilen etilenin istehsalı prosesində ya məhsul kimi alınır. Buna gör ə d ə propilenin disproporsiyalaşmasına əsaslanan «triolefin» adlanan proses işlənib hazırlanmışdır:

Reaksiya oksid katalizatorlarının (Со –Мо v ə ya W) iştirakı il ə aparılır. Daşıyıcı kimi AI2O3 –dən istifad ə olunur. Yan məhsullar izomerləşm ə, krekinq və sıxlaşma reaksiyaları nəticəsində yaranır:
500 °К temperaturda propilenin tarazlıq çevrilməd ərinliyi 45,5 mol.%- ə çatır. Disproporsiyalaşma reaksiyasında çıxımın azalmasının əsas səbəbi izomerləşmə reaksiyalarıdır. Reaksiya şəraitinin seçilməsi ilə krekinq və sıxlaşma reaksiyalarının qarşısı alına bilir.
İlkin propilen su, hidrogensulfid, oksigen, oksigenli birləş m ələr, metilasetilen və propadiend ən tam təmizlənməlidir. Proses 66–260°C temperaturda, 1,4–4 MPa təzyiq altında, xammalın yüksək sürətlə verilməsi ilə həyata keçirilir.
Disproporsiyalaşma prosesi yüksək seçicilikl ə aparılır: etilen və butilenl ərin cəmi miqdarı çevril ən propilen ə görə 95 – 97%, propilenin konversiyası isə 40 – 45 % - ə çatır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə