Kurs layiHƏSİ Mövzu: “Qazma rotorunun layihələndirməsi” Tələbə Axundov H. S. Tələbə Qasımov E. R. Rəhbər, müəllim. Qasımova S. A. Bakı – 2023 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti



Yüklə 0,69 Mb.
səhifə4/7
tarix22.05.2023
ölçüsü0,69 Mb.
#111951
1   2   3   4   5   6   7
layihe numunesi (2)

İşin məqsədi neft və qaz yataqlarında quyudibi zonalarda layın kollektor xüsusiyyətlərinin bərpasını təmin edən, qum və su təzahürlərinə qarşı daha səmərəli texnika və texnologiyaların, o cümlədən qum təzahürünün quyunun istismarı və neftin nəqli prosesılərinə mənfi təsirlərinin aradan qaldırılması üsullarının işlənməsidir.
Tədqiqatın əsas məsələləri

  • qum təzahürünün qarşısının alınması üçün yeni quyu süzgəcinin işlənməsi;

  • quyudibi zonanın bərkidilməsi üçün yeni tərkibli tamponaj materialının və onun tətbiqi texnologiyasının yaradılması;

  • quyudibi zonada asfalt-qətran-parafin çöküntülərindən təmizlənməsi ilə layın keçiriciliyinin bərpası üçün yeni tərkibin işlənməsi;

  • emulsiyalı neftlərdən mexaniki qarışıqların çökdürülməsi üçün səmərəli üsulun yaradılması.



  1. MEXANİKİ TİPLİ İLİ KEÇİDLİ İSTİSMAR PAKERİN MÖVCUD KONSTRUKSİYALARININ
    QISA İCMALI

Pakerlər layların bir-birindən əlaqəsini kəsmək, neft, qaz və vurucu quyuların, həmçinin quyularda profilak¬tik-təmir işləri apardıqda istismar kəmərini mühitin təsi¬rindən təcrid etmək üçün nəzərdə tutulmuşdur.


Paker fontan, qazlift, nasos və vurucu quyularda istis¬mar bir layda aparıldıqda və bir quyunun müxtəlif laylarını eyni vaxtda istismar etdikdə istifadə olunan əsas quyu avadanlıqlarından biridir. Pakerlərdən quyularda layların hidravliki yarılma, turşu ilə və termiki emal etmə, izolyasiya işləri, hidroqum şırnaqla perforasiya kimi texnoloji əməliyyatları apardıqda geniş istifadə olunur.


Paker quyuya qaldırıcı (lift) boru kəməri ilə buraxılır. Paker quyuların istismarında və mənimsənilməsində mane¬əsiz olaraq alət və quyu avadanlıqlarının ondan keçməsini təmin etməlidir. Eyni quyuda iki layı paralel sıralı kəmər¬lərlə ayrı-ayrılıqda istismar etmək üçün iki keçidli pakerlər yaradılmışdır.


Etibarlı işin təmin edilməsinə görə təyinatına əsasən pakerlər aşağıdakı tələbləri ödəməlidirlər:





  1. Paker ekstremal şəraitdə ona təsir edən maksimal təzyiqlər «işçi təzyiq» fərqinə tab gətirməlidir.




  1. Pakerin xarici diametri elə olmalıdır ki, o istismar kəməri ilə optimal ara boşluğu yaratmalıdır və quyuda oturdul¬¬duqda birləşmənin hermetikliyini təmin etməlidir.

Deyilənlərə uyğun olaraq pakerlər aşağıdakı tiplərə bölünürlər:

PY – təzyiqlər fərqindən yaranan yuxarı istiqamətlən-miş qüvvəni qəbul edən paker;


PA – təzyiqlər fərqindən yaranan aşağı istiqamətlən-miş qüvvəni qəbul edən paker;


PD – təzyiqlər fərqindən yaranan aşağı və yuxarı istiqamətlənmiş qüvvələri qəbul edən paker;


H – hidravliki paker;


M – mexaniki paker;


HM – hidromexaniki paker.


Təzyiqlər fərqindən yaranan qüvvəni bir və ya iki istiqamətdə qəbul edən pakerlər müvafiq lövbər qurğusuna malik olmalıdır. Belə lövbər qurğusuna malik olan paker¬lərin şifrəsində «Ə» hərfi olur.


İstismar kəmərinin fəzalarının hermetikliyi pakerin diametrinin OST 26-16-1615-81-ə uyğun seçilməsi ilə təmin olunur.


Lövbər – qaldırıcı kəmərləri istismar kəmərlərinə löv¬bərləşdirmək və quyu avadanlıqlarının oxboyu qüvvələrin təsirindən yerdəyişməsini məhdudlaşdırmaq üçün istifadə olunan qurğudur.


Lövbərlər başlıca olaraq istismarda PV və PN tipli pakerlərdə istifadə olunur.


Yuxarı və aşağı istiqamətlənmiş qüvvələri qəbul edə bilən pakerlər quyuda oturdulduqdan sonra qaldırıcı kəmər¬lərin quyudan çıxarılmış vəziyyətində orada saxlanı¬laraq¬ öz funksiyasını yerinə yetirə bilir. Bu halda boru kəmər¬lərini pakerdən açmaq və ya təkrar bağlamaq üçün pakerin üstündə quraşdırılmış PK, ZPK və 4PK tipli kolon ayırıcıları tətbiq olunur. Ayırıcının pakerlə qalan hissəsi ayırılmadan əvvəl kanat texnikasının köməyilə tıxac qoyula¬raq laylar bağlanılır, ayırıcının qaldırılan hissəsi isə qaldırıcı boru kəmərləri ilə qaldırılır.


Pakerin şərti işarələnməsində: PY, PA, PD pakerin tipini, H, M, HM – pakerin oturdulması və azad edilməsi üsullarını, L – hərfinin olması isə onda lövbər qurğusunun olmasını, pakerin tipini göstərən hərflərdən sonrakı birinci ədəd keçidlərin sayını, hərflərdən əvvəl olan rəqəm pakerin modelini, hərflərdən sonra olan birinci ədəd – pakerin xarici diametrini (mm), ikinci ədəd – işçi təzyiqi (pakerin qəbul etdiyi maksimal təzyiqlər fərqi), K2 – son işarə olmaqla H2S və CO2-yə davamlı olmasını göstərir. Məsələn: PA-LM 150-500, PA-LHM-118-210, 1PD-LH-136-500, PD-H-136-210K2.


PN-ƏM tipli paker neft və qaz quyularının fəzalarını bir-birindən ayırmaq və onları layın təsirindən qorumaqdan ibarətdir. Bu paker kipləşdirici hissədən, plaşka (dişli təbəqə) mexanizmindən, bayonet qıfıl tipli təsbit edicidən ibarətdir (şək. 1.6). Pakerin lüləsində sərbəst olaraq konus və kipləşdirici manjetlər oturdulur.


Plaşkalar plaşka tutucunun yarığına daxil olur və xari¬ci diametri 118 və 136 mm olan (şək. 1.10b) pakerlərdə plaşka ¬tutucunun yayı vasitəsilə konusa sıxılır. Digər paker¬lərdə isə (şək. 1.10a) plaşka tutucu lülə və silindrlə tutucu¬nun köməyilə təsbit olunur. Fənərin gövdəsi fiqurlu yarığı olan qıfılla birləşdirilir, belə ki, lülə ilə əlaqəli barmaqcıq hərəkət etmək imkanına malik olur. Pakerin oturdulması pakerdə hesabi oxboyu qüvvə yaradılanadək boruların qaldırılması və sonra onu sağa 1,5-2 dövr etdirdikdən sonra boruları aşağı buraxmaq¬la icra olunur.


Dabanlığın istismar boru kəmərilə sürtünməsi hesabı¬na fənərin gövdəsi və plaşkaların tərpən¬mə¬məz¬liyi təmin olu¬nur. Döndərmə (fırlatma) nəticə¬sində barmaqcıq fiqurlu yarıqda sürüşərək lülə ilə birlikdə aşağı düşür.


Pakerdə (şək. 1.6b) lülə hərəkət etdikdə konus plaş¬ka¬¬ları tərpədir və plaşkalar istismar boru kəmərinin diva¬rında lövbərlənir.


Şək. 1.6-da göstərilmiş pakerdə lülə, başlıq, dayaq, manjetlər, konus, plaşkalar və plaşkatutu¬cusu ilə birlikdə silindrdə dayağa söykənənə qədər aşağı enir.


Bu vaxt tutucu yarığa daxil olur və lülə azad olur. Konus isə plaşkaları radial istiqamətdə hərəkət etdirir və onları lövbər¬ləş¬dirir. Manjetlərin sıxılması və hermetik¬liyinin təmin edilmə¬si qaldırıcı kəmərlərin ağırlığı hesabına lülənin sonrakı enməsi nəticəsində icra olunur.


Paker quyudan qaldırıcı bo¬ru kəmərlərinin qaldırılması ilə çıxa¬rı¬lır. Boru kə¬mə¬rinin (qaldırıcı) qaldırılması hesabına manjetlər yükdən azad olur, lülə isə öz çıxıntısı ilə konusu plaşkaların altından çəkir, nəticədə plaşkalar yükdən azad olur və eyni zamanda plaşkaların gövdəsi tutucu ilə birlikdə öz əvvəlki vəziyyətini alır. Boruların qaldırılma və onun 1,5-2 dövr sola fırla¬dılması ilə lülədə barmaqcıq avto¬matik olaraq qıfılın fiqurlu yarığına daxil olur və buna müvafiq olaraq paker qu¬yudan qaldırılmadan tək¬rar quyuda lövbər¬ləşdirilə bilər.


PA-LHM tipli paker (şək. 1.6) şaquli və mailli dərin neft və qaz qu¬yularının istismar kolonu¬nun fəzalarını bir-birindən ayırmaq üçün nəzərdə tu¬tulmuşdur.

Bu paker kipləş¬di¬rici, lövbərləşdirici, klapan qurğularından və hidro¬ötürücüdən ibarətdir. Pa¬ke¬rin qaldırıcı borulara otur¬dul¬ması zamanı kürə bura¬xılır və təzyiq yara¬dılır. Maye «a» deşiyin¬dən keçərək lülədə pistonun altına daxil olur.





Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə