24
texnikasının və istərsə də oyunların nə məqsədlə icra olunduğu və
keçirildiyinə aydınlıq gətirmək tələb edilir. Bu onunla əlaqədardır ki,
məqsəd və vəzifələrin aydınlığı şagirdlərin təlimə həvəsini artırmaqla
onun hərtərəfli və düşüncəli surətdə qavranılmasına kömək edir.
Optimal yanaşmada
əyanilik
mühüm pedaqoji prinsiplərdən olub
fiziki hərəkətlərin, fəndlərin və oyunların öyrənilməsində əvəzedilməz
və zəruri rol oynayır. Hərəkətlərin göstərilməsi (canlı, şəkil,
illüstrasiya, demontrasiya, sxem, nəticəni göstərən cədvəl, test sualları
və s.) ilk növbədə şagirdlərin diqqətlərini təlimə toplayır, təlimi daha
maraqlı edir və beləliklə onlar hərəki cəhdlərə inamla, şüurlu olaraq,
yüksək fəallıqla və əhval-ruhiyyə ilə yanaşır, nəticədə gözlənilən
nailiyyətləri daha asan əldə etmək imkanları qazanırlar.
Fiziki
tərbiyə təliminin
nəticəyönümlülüyü
hazırda təhsil
sistemində ciddi şəkildə tələb olunur. Bu işə diqqət, qayğı günbəgün
artırılır. Fiziki tərbiyədə nəticəyönümlülüyü təmin edən amillər
araşdırılır və daha da təkmilləşdirilir. Bu məsələdə təlim metod və
vasitələrinin
düzgün seçilməsi, bir-biri ilə inteqrasiya olunması və
tətbiqinin təmini həyatı əhəmiyyət daşımaqla, həmçinin mühüm təhsil
mahiyyətinə malikdir.
Sürətli inkişafı təmin edən bacarıqların, məqsədin, məzmunun və
təlim vəzifələrinin yerinə yetirilməsinin tədris şəraiti onun imkanları
ilə uyğunlaşdırılması təlimin reallaşdırılmasında əlverişli imkanlar
yaradır. Məzmunun səciyyəvi xüsusityyətlərinin, öyrədən və
öyrənənin təlim
imkanlarının nəzərə alınması da hərəki təlimin səmərəliliyinin
artırılması üçün optimal şəraiti təmin edir.
Əgər təlim məqsədilə
seçilmiş metodlar və vasitələr təhsil-tərbiyə vəzifələrinə, məzmuna və
şagirdlərin mənimsəmə imkanlarına cavab vermirsə, standart
vasitələrdən, metodlardan kor-koranə istifadə olunursa, bu təlimə öz
mənfi təsirini göstərərək mənimsəmə imkanlarını aşağı səviyyəyə salır.
Təlim tərbiyə prosesinin təlimin vəzifələrinə və məzmununa uyğun
gəlməsi, onlara müvafiq metod və vasitələrdən
düzgün istifadə
edilməsi, şagirdlərin dərketmə və hərəkətləri icraetmə qabiliyyətlərinin
nəzərə alınması fiziki hərəkətlər üzrə tədris materiallarının düşüncəli,
yüksək idrakı fəallıqla öyrənilməsinə təkan verir.
Fiziki tərbiyə prosesinin müvəffəqiyyətlə nəticələnməsi təlimin
hansı
formada
təşkilindən də sıx surətdə asılıdır. Fiziki tərbiyənin
təşkili formalarına dərs, sinifdən və məktəbdənxaric keçirilən tədbirlər,
25
səhər gigiyenik gimnastikası, fasilələrdə təşkil olunan oyun və
əyləncələr və s. daxildir. Məqsəd isə sağlamlığı möhkəmləndirmək və
fiziki inkişafı təmin etməkdən ibarətdir.
Ümumtəhsil məktəbləri şagirdlərinin fiziki tərbiyə işləri əsasən
dərs formasında yerinə yetirilir.
Konkret desək, qarşıya qoyulmuş
başlıca məqsəd və vəzifələr bədən tərbiyəsi dərsi formasında həyata
keçirilir. Bu sahədəki nailiyyətlərin də mərkəzində durur. Şagirdlərə
dərs zamanı mühüm fiziki bilik, bacarıq öyrədilir, vərdişlər aşılanır.
Bədən tərbiyəsi dərsləri isə frontal, yarım qrup, potok və s. formalarda
təşkil olunur.
Frontal
formada sinif şagirdləri hərəkətləri
və yaxud fəndləri
eyni vaxtda birlikdə icra edirlər. Şagirdlər yarım qruplara bölünmək
üsulu ilə də tapşırıqları yerinə yetirirlər.
Dairəvi
üsulda isə qurulmuş
alət və avadanlıqlar üzərində hərəkətlər şagirdlər tərəfindən növbə ilə
icra olunur. Yəni hər hansı bir alət üzərində hərəkətlər icra olunduqdan
sonra şagird dəstələri növbə ilə digər alətlər üzərində dairəvi üsulla bir-
birini əvəz edirlər.
Fərdi
üsulla da isə müəllimin tapşırığı ilə şagirdlər
müvafiq hərəkətləri yerinə yetirirlər. Potok üsuli ilə (axın) şagirdlər
hərəkət və ya fəndləri dəstələrə bölünərək növbə ilə icra edir, əvvəlki
yerinə qayıdır öz növbəsini gözləyir. Dərsin hansı formada təşkilindən
asılı olmayaraq onun tənzimlənməsində bədən tərbiyəsi müəlliminin
rolu əvəzedilməzdir, məsuliyyəti isə daha yüksəkdir.
Bədən tərbiyəsi dərslərində bu və ya digər formalardan ustalıqla
istifadə etmək çox vacibdir. Fiziki təhsil və tərbiyə məsələlərinin
həllində frontal və dairəvi məşq üsulundan daha geniş şəkildə istifadə
olunması faydalı hesab olunur. Materialların məzmunu və qarşıda
qoyulmuş didaktiv vəzifələr hər hansı bir formanın
tətbiqini tələb
edirsə ola bilsin ki, digər tədris materialının məzmunu və vəzifələri
başqa bir təşkili formadan istifadə edilməsini məqsədyönlü hesab edir.
Hər hansı təlim metodu və vasitələri yarım qruplara bölünmə və
fərdi icra etməni tələb edirsə, digəri isə dairəvi məşq üsulunun
tətbiqinə, frontal formada dərsin təşkilinə daha üstünlük verir.
Müşahidələr göstərir ki, hətta hər hansı
bir qrupda tətbiq olunan
formalardan, metod və vasitələrdən paralel siniflərdə eyni ilə istifadə
edilməsi qənaətləndirici olmur.
Buna gərə də təlimin formalarından düzgün istifadə etməli, əsas
diqqəti şagirdlərin fiziki hazırlığına, inkişafına, sağlamlığının
möhkəmliyini təmin etməyə, hərəki qabiliyyətlərin yüksəlməsinə, bilik,
26
bacarıq və vərdişlərin mənimsənilməsinə yönəldilməlidir. Belə olduqda
həmin prosesdə ideya-siyasi, mənəvi və vətənpərvərlik hissləridə
inkişaf edir, şagirdlərin fəal həyat mövqeyi və elmi dünyagörüşünün
formalaşmasına imkanlar açılır, onlar şəxsiyyət kimi tədricən
formalaşır, zehni, fiziki baxımdan təkmilləşirlər.
Müəyyən
olunmuşdur
ki,
bədən
tərbiyəsi
təliminin
Dostları ilə paylaş: