L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə48/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
5.4. Oyun təlimi prosesinin mahiyyəti 
Oyun müxtəlif növ hərəki elementlərin birləşməsindən ibarət 
olub 
onun 
həyata 
keçirilməsi 
isə 
fəaliyyətlərin 
birgə 
tənzimlənməsindən mühüm dərəcədə asılıdır. Təlim prosesində 
müəllim öyrədən şagird isə öyrənən kimi fəaliyyət göstərir. Həmin 
fəaliyyətlərin nəticəsində qarşıda duran ümumtəlim nəticələrinə yəni 
məqsədə çatmaq mümkün olur. Oyun təlim prosesində başlıca məqsəd 
və vəzifələr şagirdlərin təbiət, cəmiyyət və təfəkkürə dair faktlar, 
hadisələr, qaydalar tələb və göstərişləri 
mənimsəmək
və 
tətbiq
etməkdən, ona 
əməl
etməkdən ibarətdir. Eyni zamanda oyun təlimi 
zamanı bu sahədə bilikləri mənimsəməklə yanaşı, həm də təlimin 
məzmununa aid 
bacarıqlara
yiyələnmək tələbatı da irəli sürülür. 
Bacarıqlar isə oyun üzrə qazanılmış biliklərin həyata keçirilməsi, 
qarşılaşdığı mühitdə tətbiqi və öz əksini tapdığı kimi başa düşülür. 
Bunlar öyrədən və öyrənənlərdən aşağıdakılara nail olmağı tələb edir.

Şagirdlərin sağlamlığını möhkəmləndirmək onların fiziki 
inkişaf və hazırlığını təmin etmək, orqanizmi formalaşdırmaq, onun 
funksional imkanlarını daha da genişləndirib yüksək mərhələyə 
çatdırmaq; 

Həyat üçün vacib olan hərəki bilik, bacarıq və vərdişləri 
aşılamaq onları daha da təkmilləşdirmək; 

Şagirdlərin hərəki qabiliyyətlərini inkişaf etdirmək (surət, güc, 
çeviklik, dözümlülük), mənəvi-iradi keyfiyyətlərini və vətənpərvərlik 
ruhunu yüksəltmək; 

Şagirdlərdə gigiyena, sanitariya mədəni qaydalara yiyələnmək 
vərdişləri aşılamaq, onu formalaşdırmaq; 

Şagirdlərə müstəqil məşğul olmaq və təşkilatçılıq, məntiqi 
yaradıcılıq və tədqiqatçılıq qabiliyyətini inkişaf etdirməklə idrak 
fəaliyyətini artırmaq. 
Vərdişlər isə müxtəlif məqsədli mütəhərrik oyunların dəfələrlə 
təkrarlanması nəticəsində qazanılır. Vərdişlər adətən təlim prosesinin 
axırıncı 
3-cü 
mərhələsində 
təlimin 
təkmilləşdirilməsi 
və 


92 
formalaşdırılması mərhələsində əldə edilir. Qeyd etmək lazımdır ki, bu 
üç mərhələnin hər birinin özünəməxsus məqsədi və vəzifələri vardır. 
Bütün bunlar ardıcıllıqla həyata keçirilir, bir-birindən məzmun 
təfəkkür və hərəki mahiyyətinə görə fərqlənir, lakin mərhələlər, eləcə 
də biri o birini tamamlayır. Sonrakı təlim mərhələləri əvvəlkilərin 
əsasında müvəffəqiyyət qazana bilir. Bu baxımdan kiçik bir müqayisə 
aparaq. Söylədiyimiz kimi, vərdiş bacarıqların dəfələrlə təkrarı 
nəticəsində avtomatlaşdırılmış formalardan biridir. Öyrədən və 
öyrənənlər həmin bacarıqları qazanmaq üçün təlimin məzmunu 
üzərində düşünür, işləyir, diqqətini cəmləşdirir onu təhlil edib müvafiq 
qərara gəlir və nəticə çıxarırlar. Söylənilənlər beyin qabığında 
müvəqqəti rabitələrin meydana gəlməsinə səbəb olur. Bunlar isə 
nəticədə hərəkətlərin özündən asılı olmayaraq avtomatik olaraq yerinə 
yetirilməsini təmin edir. Bura da bir cəhəti də qeyd etməliyik ki, 
vərdişlərin yarandığı zaman təfəkkürün yüksək fəallıqla, gərginliklə 
işlənməsinə, bu prosesdə ciddi nəzarətin olmasına o qədərdə ehtiyac 
duyulmur.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə