L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə50/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   227
Muteherrik ve eylenceli oyunlar

5.2. Şüurluluq və fəallıq prinsipi 
7
А.Нябийев. Ел няьмяляри, халг ойунлары. Бакы, Азярбайъан Дювлят 
няшриййаты, 1988, сящ.147. 


95 
Şüurluluq və fəallıq prinsipi şagirdlərin məntiqi təfəkkürünü 
inkişaf etdirən, onları təlim tapşırıqları üzərində müstəqil və sərbəst 
olaraq fəaliyyət göstərməyə sövq edən əsas təlim prinsiplərindən 
sayılır. Çünki, təlim prosesi bu prinsipə əsaslanaraq qurulursa 
Y.A.Komenskinin tövsiyyəsinə görə «Heç bir şeyi yalnız təkcə nüfuz 
əsasında öyrətməməli hər şey xarici hisslərə və ağla əsaslanan 
sübutların köməyi ilə öyrədilməlidir». 
8
O, fikrini davam etdirərək 
yazırdı ki, tədris edilən bütün şeyləri ağlın dəlilləri ilə elə 
əsaslandırmaq lazımdır ki, nə şübhə üçün, nə unutqanlıq üçün heç bir 
yer qalmasın. Bu mənada oyunun məzmunu, məqsədi və vəzifələrinin, 
qaydalarının mənimsədilməsi şagirdlərin oyuna düşüncəli olaraq və 
lazımi fəallıqla yanaşmasına səbəb olur. Oyunların könüllülük əsasında 
təşkili və keçirilməsi bir tərəfdən bu sahədə öyrəniləcək bilik və 
bacarıqların, aşılanacaq vərdişlərin daha da təkmilləşdirilməsinə zəmin 
yaradırsa, digər tərəfdən də şagirdlərin oyuna yaradıcı münasibətini, 
marağını artırır, tərbiyəsinə müsbət təsir edir. Onların mahiyyətini 
anlamaq şagirdlərin oyun zamanı nizam-intizamını daha da gücləndirir. 
Oyunların qayda tələblərinə ciddi riayət edilməsinə şagirdlərin oyun 
səylərini xeyli artır. Təlimə şüurlu yanaşması, idrak fəallığının və 
idman fəaliyyətinin yüksəldilməsi ilə yanaşı həm də onların oyun 
haqqında dəqiq təsəvvürə malik olması da şagirdlərin oyun haqqında 
dəqiq təsəvvürə malik olmasına səbəb olur. Xüsusən, dəstə başçıları və 
oyun itirakçılarının oyundakı rolu barədə düzgün məlumatlandırmanın 
olması da təhsil, tərbiyəvi əhəmiyyət kəsb edir, onun şüurlu və fəallıq 
əsasında keçməsinə stimul verir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə