L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə51/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
5.3. Ardıcıllıq prinsipi 
Oyun təliminin effektliliyində ardıcıllıq prinsipinə riayət
edilməsi mühüm yer tutur. Bunun üçün də oyunun təlimi məqsədilə 
qabaqcadan müvafiq planlaşdırma işləri aparılmalıdır. Planlaşdırma hər 
şeydən əvvəl bədən tərbiyəsi proqramına uyğun olmalıdır. Onun 
əsasını oyun tədris proqramı materialları tutmalıdır. Bura da bir çox 
pedaqoji psixoloji meyarlar, metod və vasitələr nəzərə alınmalıdır. 
Eyni zamanda şagirdlərin fiziki hazırlığı və fiziki inkişafı məktəbdaxili 
8
Й.А.Коменски. Сечилмиш педагожи ясярляри. Сящ.148.


96 
və məktəbyanı tədris idman sahələri, mövcud avadanlıq və 
ləvazimatlar nəzərə alınmaqla konkret oyunla bərabər fiziki tərbiyyə 
üzrə qarşıya qoyulmuş ümumi məqsəd və vəzifələrin əsas 
götürülməsidə olduqca vacibdir. 
Oyunların təlimində əvvəlcə sadə sonra isə nisbətən çətin 
oyunların seçilib öyrədilməsi məqsədəuyğundur. Tanış oyunlara istinad 
edilməklə yeni mütəhərrik oyunları təşkil edib keçirməlidir. Çünki, 
təcrübədən məlum olur ki, əvvəllər qazanılmış, bilik, bacarıq və 
vərdişlər əsasında yeni bilik, bacarıq və vərdişlər daha sürətlə əldə 
olunur, mənimsənilir və təkmilləşdirilir.
Oyunlar 
sinifdən-sinifə 
keçdikcə 
müvafiq 
şəkildə 
mürəkkəbləşdirilərək öyrədilməsi təlim işinə müsbət təsir göstərsə də 
onun müntəzəm surətdə təkrarlanmasına böyük ehtiyac vardır. Oyunlar 
vaxtaşırı təşkil olunmazsa bu sahə üzrə qazanılmış bacarıq və 
vərdişlərdə tədricən zəifləyəcək və yaxud itəcəkdir. Aşılanmış bacarıq 
və vərdişlərin yoxa çıxmaması və ya təkmilləşdirilməsi üçün 3 yol 
vardır. Bunlardan 
birinci
oyunlar vaxtaşırı təkrar olunmalı, 
ikinci
həmin xarakterli digər oyunlar təşkil etməli və öyrətməlidir. Nəhayət, 
üçüncüsü
isə oyunların yadda qalması üçün möhkəmləndirilməlidir. 
Bu məqsədilə qazanılmış bilik və bacarıqlar gündəlik həyatda, əməli 
işdə tətbiq olunmalıdır. 
Oyun təlimi prosesində onların dönə-dönə təkrarlanması 
mənimsənilmiş biliklərin, bacarıq və vərdişlərin uzun müddət hafizədə 
qalmasında, möhkəmləndirilməsində əlverişli şərait yaradılmasına 
səbəb olur. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə