100
Bir qayda olaraq, oyun bir neçə dəfə təkrar olunur. Oyundan
sonra buraxılmış nöqsanlar uşaqların nəzərinə çatdırılır, qaydaları
pozan uşaqların adı çəkilir, onlar məzəmmət olunur. Oyunun
qaydalarını mütəmadi olaraq pozan uşaqlar oyundan kənar edilir və ya
məzəmmət edilir və yaxud da onlara xəbərdarlıq edilir. Oyunun izahı
zamanı uşaqların əhval-ruhiyyəsi, yorğunluğu, marağı və həmin oyuna
münasibəti, idman fəallığı nəzərə alınmalıdır.
5.8. Mütəhərrik oyunlar
üçün oyun meydançasının düzəldilməsi
Mütəhərrik oyunlar üçün meydança məktəbyanı meydançanın
çox və həm də mərkəz hissəsini tutmalıdır. Mütəhərrik oyun
meydançasında hər oyunçuya təxminən 5-6 m sahə düşməlidir. O,
hamar olmalı və təmiz saxlanılmalıdır, toz əmələ gətirməməli, eləcə də
oyuna aid bütün qayda-qanuna uyğun düzəldilməlidir. Mütəhərrik
oyun meydançası, həmçinin dərsin, dərsəqədər səhər gimnastikasının
və tənəffüslərdə aparılan tədbirlərin, bədən tərbiyəsi-sağlamlıq işlərinin
keçirilmə yerinə verilən tələblərə tam uyğunlaşdırılmalıdır.
Dostları ilə paylaş: