101
Oyunun maraqlı və səmərəli keçməsi məqsədilə müəllim ən fəal
və
fiziki cəhətdən güclü, cəld uşaqlardan aparıcı və başçı seçməlidir.
Bu əksinə də ola bilər. Yəni, təşkilatçılıq və idarə etmə qabiliyyətini
inkişaf məqsədilə zəif olan uşaqlardan da aparıcı, başçı
seçmək
məsləhətdir.
5.10. Oyun ləvazimatlarının hazırlanması
Dərsə hazırlığın əsas cəhətlərindən biri dərs üçün lazım olan
ləvazimatların vaxtında hazırlanmasıdır. Mütəhərrik oyunların
keçirilməsi üçün kiçik bayraqlar, fit, saniyəölçən, hoppanma ipləri,
kiçik toplar (tennis), basketbol və voloeybol topları,
doldurulmuş
toplar, gimnastika ağacları və s. lazımdır.
İnventar
parlaq
rənglə,
zövqlə
boyanmalı,
səliqəli
düzəldilməlidir. Onlar çəkisinə, həcminə və ölçüsünə görə uşaqların
yaşına uyğun olmalıdır. Oyunların ləvazimatlarla lazımınca
təmini
tədrisin səmərəliliyini yüksəltməklə bərabər məşğul olanların
məşğələyə olan marağını da xeyli dərəcədə artırır. Konkret desək,
şagirdlərin boş dayanmaları aradan qaldırılır, nizam-intizamın
pozulmasına şərait yaranmır və beləliklə
məşğələnin intensivliyi
kifayət qədər yüksəlir.