L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə53/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   227
Muteherrik ve eylenceli oyunlar

əsas

hazırlıq
və 
xüsusi tibbi
qruplar. Həmin qruplarında özünəməxsus bədən 
tərbiyəsi tədris proqramları vardır. Əsas və hazırlıq qruplarına daxil 
olanlar eyni proqramla dərs keçirlər. Müəyyən müddətdən sonra xüsusi 
qrup tələbə və şagirdlərin orqanizmində müsbətə doğru müvafiq 
dəyişiklik olduqda onlar əsas qrupa keçirilir. Hazırlıq tibbi qrupda 
məşğul olanlar əsas qrup üçün nəzərdə tutulan bədən tərbiyəsi, tədris 
proqramının yüngülləşdirilmiş variantı üzrə məşğul olurlar.
Səhhətində bəzi qüsurları olan xüsusi tibbi qrupa daxil olan 
tələbə və şagirdlər üçün nəzərdə tutulan tədris proqramları üzrə 
məşğələlər təşkil olunur. Həmin proqramlar məşğul olanların səhhəti 
nəzərə alınmaqla tərtib olunmuşdur. Məşğələlər isə cədvəl üzrə 
müvafiq vaxtda həftədə 2 dəfədən az olmayaraq təşkil edilir. Bu 
məşğələləri yalnız xüsusi seminarlardan keçmiş bədən tərbiyəsi 
müəllimi və ya tibb işçisi apara bilər. Məvacib məktəb və ali məktəbin 
fondu hesabına ödənilir. Həmin qruplar direktor və rektorun əmri ilə 
təşkil olunur. Xüsusi tibbi qrupdan digər qrupa daxil olmaq olar. Bu 
şərtlə ki, orqanizmdə irəliyə doğru müsbət və müvafiq dəyişikliklər 
müşahidə olunsun. Yalnız məktəbin və yaxud ali məktəbin həkimi 
tərəfindən aparıla bilər. Bir qrupdan digərinə köçürmələri aparmaq 
mütəxəssis müəllimlərin və məsul rəhbər işçilərin səlahətinə daxil 
deyildir. Əks təqdirdə bədən tərbiyəsi və idman məşğələlərində, 
idman-sağlamlıq tədbirlərində bədbəxt hadisələr, zədələnmələr baş 
verə bilər ki, bu da arzuolunmazdır. 
5.6. Oyun təlimi prinsiplərindən vəhdətdə istifadə olunması 
Yadda saxlamalıyıq ki, mütəhərrik oyunların təlimində tətbiq 
edilən prinsiplərin bu prosesdə hər birinin özünəməxsus yeri vardır. 
Bunlardan ayrı-ayrılıqda istifadə ümumtəlim nəticəsinə öz mənfi 
təsirini göstərir. Əksinə olduqda isə yəni təlimi dövründə bu 
prinsiplərin hər birinin yeri olması, bir-birini tamamlaması, həm də 
onlar arasında əlaqə yaradılması tədris üçün çox əhəmiyyətlidir. Buna 
aid bir misal gətirmək yerinə düşərdi. Hamıya məlumdur ki, təlim 


99 
prosesində əyaniliyin təmin olunması şagirdlərin oyun tədris 
materiallarının düşüncəli olaraq lazımi fəallıqlda və keyfiyyətlə yerinə 
yetirilməsinə zəmin yaradır. Könüllü və düşüncəli olaraq oyunda 
iştirak etmək onun yaxşı qavranılmasına, uzun müddət yadda 
qalmasına eləcə də çətinliklə unudulmasına səbəb olur. Nəticə etibarı 
ilə bütün bunlar oyun təlimi prosesinin müvafiqliliyinin təmini 
deməkdir. Oyunlara aid bilik, bacarıq və vərdişlərin xeyli vaxt ərzində 
unudulmaması, yaddaşda həkk edilməsi beyində bir növ 
formalaşdırılması (avtomatlaşdırılması) isə təlimin sistematik və 
ardıcıllığını da həll etməyə kömək edir. Oyunların mahiyyətinin, 
keçirilməsində məqsədin və tələb olunan vəzifələrin şagirdlərin dərk 
etməsi, anlaması, şüurlı surətdə icrasının bu özündə onların idrakı 
fəallığını daha da yüksəldir, idman fəallığının nisbətən artırırılmasına 
imkan verir. 
Oyunda tətbiq olunan prinsiplərin bütövlükdə-vəhdətə qarşılıqlı
olaraq tətbiqi bir tərəfdən «şüurluluq və fəallıq prinsiplərinin 
digər tərəfdən isə bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsinə 
xidmət etməklə yanaşı, həm də onların ardıcıl və müvafiq şəkildə 
həyata keçirilməsini, müvafiq şəraitin yaradılmasını tələb edir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə