L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə49/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   227
Muteherrik ve eylenceli oyunlar

5.5. Oyun təliminin prinsipləri 
Oyunlarda ümumtəlimin nəticələrinə nail olmaq məqsədilə 
təlimin müvafiq prinsiplərindən istifadə olunur. Əlbəttə, oyunların 
təlimi prosesində zəruri nəticəni əldə etmək üçün təlimin bütün prinsip 
və tələblərindən istifadə edilməlidir. Lakin bu yazıda oyunların 
təliminin təşkili və keçirilməsində vacib bəzi prinsipləri qısa olsa da 
araşdırmağı lazım bilirik. Xüsusən, təlimdə ideyalılıq, elmilik, 
əyanilik, şüurluluq və fəallıq, sistemlilik və ardıcıllıq, müvafiqlik, fərdi 
yanaşma prinsiplərini nəzərdə tuturuq. Göstərilən tələblərə riayət 
olunmaqla mütəhərrik oyunların təliminin məzmununa uyğun 
şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, təlim 
prosesindəki fəaliyyətlərin yüksəlməsinə və tənzimlənməsinə müvəfəq 
olmaq mümkündür.
5.1. Oyun təlimində ideyalılıq və elmililik prinsipləri 


93 
Oyunlar xalqın tarixi keçmişini və bu gününü əks etdirdiyi kimi 
onun gələcəyini də anlatmalıdır. Məsələyə həmin baxımdan 
yanaşdıqda oyunların məzmunu və təlimi göstərilən yönəmlərə uyğun 
olmalıdır. Oyunun təlimi zamanı ilk növbədə aşağıdakı istiqaməti və 
ideyaları əsas götürmək yerinə düşərdi: 

Tarixi 
keçmişimizi öyrənib təhlil etməyi, həm də 
ümumiləşdirməyi və nəticə çıxarmağı. Bu məqsədlə məişət, mərasim, 
raqsdaxili və uşaq oyunlarını səciyyələndirən xüsusiyyətlərə müraciət 
etməlidir.
Vaxtilə Akademik M.Arif yazdığı kimi «Azərbaycan xalqının ən 
qədim mahnı və əyləncələri də təbiət, təsərrüfat və əmək həyatı ilə 
bağlıdır». Xalq nəğmələr, deyişmələrlə yanaşı, müxtəlif oyunlarda 
yaratmışdır. Bu oyunlarda qış sərtliyin, bahar xoşbəxtliyin rəmzi 
olmuşdur. «Kəvsəc» oyununu ən qədim xalq xalq oyunlarından biri 
kimi göstərmək olar. Burada M.Arifin göstərdiyi kimi «xalq 
mahnıları», xor, dialoq da var idi. Oyunda pantomim 
hərəkətlər, əl-qol, bədən, qaş-göz oynatma əsas yer tuturdu».
Yuxarıda dediyimiz kimi oyunlarda hərəkət başlıca ünsürdür.
Oyunu isə hərəkətdən kənar təsəvvür etmək qeyri-mümkündür. 
Bütün bunlardan belə bir qənaətə gəlmək olur ki, qədim milli 
mədəniyyətimizin tərkib hissəsi olan mərasim oyunlarının vasitəsilə 
həyat tərzinin ayrılmaz hissəsi olan ən qədim mərasimlərimizi də 
öyrənə bilirik.
Türk tayfaları içərisində bir sıra qədim dostluq, birgə yaşayış 
qaydalarını əks etdirən məişət oyunlarımız da vardır. A.Nəbiyev bu 
münasibətlə yazmışdır: «Məişət oyunlarının içərisində eyni zamanda 
elə nümunələr də vardır ki, qədim xalq hərəkatını və məişətini əks 
etdirmək baxımından əhəmiyyətlidir.
Bu oyunlarda xalq həyatının çox müxtəlif cəhətləri, sahələri əks 
olunmuşdur. Onlardakı sadə kəndli psixologiyası istər-istəməz 
oxucunu düşündürür, ulu keçmişimizin müxtəlif həyat lövhələrini bizə 
bəzən kiçik ştrixlər, notlar şəklində bəzən də bütöv, tam halda çatdıra 
bilir. Bir çox məişət oyunu bu gün icra olunması da xalqın müəyyən 
mərhələdəki həyat tərzini, məişət şəraiti barədə heç bir mənbədə 
mühafizə edilə bilməyən faktları, məlumatları bizə çatdırır.


94 
Digər tərəfdən xalqın çox qədim təsəvvürlərini əks etdirdiyinə 
görə bizə zövq verir
7
.
Qeyd etmək vacibdir ki, bir sıra oyunlarımız vardır ki, ulu 
babalarımızın qəbilə və tayfa həyatı dövrünü ibtidai şəkildə bizə gətirib 
çıxarmışdır. «Bənövşə-Bənövşə» oyununu buna misal göstərmək olar. 
Elə oyunlarımız da vardır ki, qədim yer adını bildirir, xalq 
qəhrəmanlarının adı və sanı ilə onların mübarizliyi, mərdliyi, 
şücaətliliyi, vətənpərvərliyi, vətən uğrunda canından keçməsilə sıx 
əlaqədardır. Belə oyunlardan «Əkil-Bəkil quş idi» oyununu nümunə 
göstərmək olar. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, 
Azərbaycan xalq oyunları təkcə hərəkətlilik mənasını daşımır. O həm 
də, tarixi keçmişimizi öyrənmək məqsədilə yəni yaşayış tərzimizi, 
həyatımızı və gələcək haqqında düşünməyimizi də açıqlayır, tarixdən 
ibarət dərsi götürməyi bizə öyrədir. Xüsusən, milli-bəşəri dəyərləri 
qoruyub saxlamağı, birgə hərəkətetməni, ölkəmizin müdafiəsinə elliklə 
qalxmağı bilavasitə tövsiyə edir. Oyunların təlimi prosesində yuxarıda 
deyilənlərin onun ideya əsasları kimi nəzərə alınması gələcək üçün çox 
faydalı olardı.
Oyunların təlimi zamanı elmiliyin nəzərə alınması dedikdə 
həmin prosesin elmə söykənməsini nəzərdə tutur. Burada ilk növbədə 
təlimin pedaqoji-psixoloji dəyərlərə əsaslanması olduqca zəruridir. 
Oyunların 
təşkili 
və 
keçirilməsi 
məzmunu, 
şagirdlərin 
qiymətləndirilməsi sağlamlığın qorunması və reabilitasiyanın təlimdə 
önəmli olması ön plana keçir. Oyunların təliminin elmiliyi digər 
tərəfdən də ümumtəhsil fənləri ilə onun sıx əlaqəli tədrisi ilə bağlıdır. 
«Mütəhərrik oyunlar və onun tədrisi metodikası» fənni tədris 
olunarkən, onun tarix, biologiya, anatomiya-fiziologiya, məntiq, 
fəlsəfə, fizika və s. yəni adı çəkilən fənlər üzrə biliklərə istinad olması 
nəzərdə tutulur. Nəhayət, mütəhərrik oyunların elmi əsaslarda 
təlimində fəndaxili bağlantıların olması onların bir-biri ilə əlaqəli 
surətdə tədris olunması da daxildir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə