L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

– Orta təhsilin əsas vəzifəsi alim yetişdirmək deyil, şagirdlərdə biliklərə
həvəs yaratmaq, həyati bacarıqlar aşılamaq, öyrənməyi öyrətməkdir. Hər bir
şagird məktəbi bitirdikdən sonra müəyyən həyat yolu seçəcək. Hansı yol
seçməyinizdən asılı olmayaraq məktəbdə qazandığınız biliklər sizin gündəlik
həyatınızda gərəkli ola bilər; məsələn, Azərbaycan dili dərslərində sizə istə -
nilən mətni tez bir zamanda oxuyub anlamaq, dinləyərkən diqqətli olmaq, öz
fikrini anlaşıqlı və əsaslandırılmış şəkildə ifadə etmək bacarıqları aşılanır. Dil
qaydaları isə nitqinizi ədəbi dilin normalarına uyğun qurmağa kömək edir.
Orta məktəbin başqa bir vəzifəsi isə layiqli vətəndaş yetişdirməkdir. Bu
vətəndaş milli-mənəvi dəyərlərə hörmət etməli, çətinliklərin öhdəsindən gələ
bilməli, layiqli ailə başçısı olmalı, yaşadığı ölkənin qanunlarına ehtiramla
yanaşmalıdır. Bir sözlə, orta məktəb sizin intellektinizi inkişaf etdirməklə
yanaşı, şəxsiyyətinizi formalaşdırır.
Oxu
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların
xarak terinə uyğunlaşdırır. 
Mətn rollu oyun (mətn müəllifi, müəllim, tələbələr) şəklində oxudula bilər.
Bu zaman şagirdlərin səs seçimi və intonasiyasına diqqət yetirilir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibət bildirir.
t Mətndəki əsas fikri atalar sözləri və aforizmlərlə şərh edir.
2. Mətndə altından xətt çəkilmiş “bax beləcə” sözünü kontekstə görə
hansı ifadə ilə əvəz etmək olar?  
Bu tapşırıq mətnin qavranılması və obrazlı ifadə olunmuş fikrin şərhi ilə
bağlıdır. Burada düzgün cavab “C” va rian tıdır: “Əvvəlcə mən sizdə susuzluq
yaratdım, o isə sizi bulaq axtarmağa məc bur etdi. Bax beləcə, yəni “problemi
həll etmək istəyi yaratmaqla”.
Şagirdlər 3-cü tapşırıqda verilmiş nümunələr arasından mətndəki əsas
fikrə uyğun olanları seçirlər. Variantlar üst-üstə düşməyə də bilər. Belə olduq -
da şagirdlər öz variantlarını əsaslandırmalıdırlar.
4-cü tapşırığı aşağıdakı kimi şərh etmək olar:
biliyə həvəs oyatmaq
... mən sizdə bilik qazanmaq yanğısı
yaradıram.
düzgün yol göstərmək
... mən sizə bulağın harada yerləşdiyini
göstərdim.
nümunə göstərmək
Özümlə daha çox su götürməklə mən sizə
sübut etdim ki, işinizi ehtiyatlı tutmalısınız.
141
KAMİLLİYƏ DOĞRU


Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Sadə cümlədəki feili tərkibi budaq cüm lə kimi ifadə edərək tabeli mü -
rək kəb cüm lə yaradır.
4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.
t Tabeli mürəkkəb cümləni sadələşdirərək budaq cümləni baş cümlənin
müvafiq üzvü vəzifəsində işlədir.
5-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Nəzəri
məlumat mənimsədilir. 6-8-ci tapşırıqlar yerinə yetirilir.  
Mətnin kompleks təhlili
Fəndaxili inteqrasiya:
5-ci sinif. 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini,
yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini)
izah edir. 
6-cı sinif. 4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir. 
Bu rubrikada təqdim olunan mətndə müəllim-şagird münasibətlərindən,
təhsilin mahiyyətindən danışılır. 
1-ci tapşırıq şagirdlərdə çətinlik yarada bilər, lakin tapşırıqdakı açar söz -
lərdən istifadə etməklə onlar mətnin sonuncu cümləsini tamamlaya bilərlər:
“Bax beləcə, biz çox zaman kiçik bir qüsura görə insanın bir çox məziyyət -
lərinə qiymət vermirik”.
Mətndəki əsas fikir: “Müəllimin əsas vəzifələrindən biri şagirdlərə ətrafda
gördükləri hər bir şeyi düzgün və obyektiv qiymətləndirməyi öyrətməkdir”.
Mətndə göy rənglə budaq cümləsi səbəb və məqsəd bildirən mürəkkəb
cümlələr verilmişdir ki, bu da cari dərsdə keçilmiş dil qaydalarını möh kəm lət -
mə yə xidmət edir (2-ci sual). Bu cümlələrdən ikincisində mübtəda və xəbər
uzlaşması pozul muşdur: “şagirdlərimin hamısı gördü
lər
” (3-cü sual).
4-cü sual sifətin dərəcələri ilə bağlıdır və “Xatırla!” rubrikasına keçidi təmin
edir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
142

BÖLMƏ 


Dərs 20. KOMPÜTERİN TARİXİ (3 saat)
Därsä hazırlıq
Bu dərsin oxu, dinləmə, danışma, yazı mərhələləri İnformatika fənni ilə sıx
inteqrasiya üzərində qurulmuşdur. Müəllimdə buradakı məlumatlarla bağlı
suallar yaranarsa və ya o özündə məlumat qıtlığı hiss edərsə, əvvəlcədən
informatika müəllimləri ilə məsləhətləşə bilər.
Mətnin hər bir hissəsindən sonra araşdırma tipli tapşırıq verilir. Yaxşı olar
ki, müəllim bundan əvvəlki dərsdə şagirdləri qruplara bölərək bu tapşırıqları
onlara təqdim etsin.
I qrup:
Çötkə, loqarifm xətkeşi, kalkulyator və bəzi təhsil müəssisələrində xü-
susi tədris vəsaiti kimi istifadə olu 
nan abak haqqında məlumat
toplayın.
II qrup:
Mətndə adları çəkilən alimlər haqqında əlavə məlumat toplayaraq
mətni genişləndirin.
III qrup:
Çarlz Bebbic, IBM şirkəti, eləcə də perfokart və tabulyator haqqında
məlumat toplayın.
IV qrup:
Son 30 ildə kompüter texnologiyalarının inkişafı haqqında məlumat
Standartlar
Təlim nəticələri
2.2.2. Tərkib hissələri arasında əla -
qəni gözləməklə mətni genişlən dirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları
mət nin müvafiq hissələrinə əlavə edir.
Yeni məlumatları oxuduğu mətnə əlavə
edərkən məzmun ardıcıllığına riayət
edir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət
bildirir.
Dinlədiyi fikri təkzib etmək üçün fakt-
lara əsaslanan arqumentlər gətirir.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam
şəkildə təqdim edir.
Fikirləri ümu mi ləşdirərək bir neçə tezis -
lə ifadə edir.
3.1.4. Müxtəlif əməli yazılar (hesabat,
akt) yazır.
Məhsulun qəbul olunması ilə bağlı akt
tərtib edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Tabeli mürəkkəb cümlənin tərkib his sə -
lərini bağlayan vasitələri müəyyən edir.
Eyni fikri sadə cümlə və tabeli mü rək -
kəb cümlənin müxtəlif növləri şəklində
ifadə edir.
143
KAMİLLİYƏ DOĞRU


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə