L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

toplayın.
Motivasiya
Dərslikdə qoyulmuş 1-ci sual vasitəsilə şagirdlərin kompüter texnologiya -
larının inkişaf tarixi ilə bağlı “İnformatika” fənnindən aldıqları biliklər xatırladılır.
Oxu
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -
dirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mətnin müvafiq hissələrinə əlavə
edir.
t Yeni məlumatları oxuduğu mətnə əlavə edərkən məzmun ardıcıllığına
riayət edir.
Mətn dörd hissəyə bölünmüşdür. Hər hissədə kompüter tarixinin bir mər -
hə ləsindən danışılır. Qruplara öz hissələrini oxumaq və evdə araşdırma nə -
ticəsində əldə etdikləri məlumatları müvafiq hissələrə əlavə etmək üçün
müəyyən vaxt verilir. 
Hər bir qrup öz mətnini təqdim edərkən (təqdimat üçün də müəyyən vaxt
ayırmaq tövsiyə olunur) həmin hissəni müvafiq başlıqla adlandırmalı (7-ci
tapşırıq), mətnə əlavə etdiyi məlumatı vurğulamaq üçün “Apardığımız araş -
dırmalara görə...”, “Əldə etdiyimiz məlumatlara əsasən, deyə bilərik ki, ...”
kimi ifadələrdən istifadə etməlidir.
Oxu mərhələsinin sonunda qruplar bir-birinin işini qiymətləndirir:
– Mövzu nə dərəcədə dolğun açılıb?
– Təqdimat nə dərəcədə anlaşıqlı idi?
– Yeni məlumatlar mətnə əlavə olunarkən tərkib hissələri ara sında əlaqə
və məzmun ardıcıllığı gözlənilibmi?
Mətnin bütün şagirdlər tərəfindən tam qavranıldığını yoxlamaq üçün  8-ci
və 9-cu tapşırıqlardan istifadə olunur.
8-ci tapşırıqda verilmiş 1-ci şəkil Jozef Jakkarın toxuculuq sənayesində is -
tifadə etdiyi perfokartlardan danışılan hissəyə aiddir (3-cü hissə). 2-ci şəkildə isə
Blez Paskalın mexaniki hesablama maşını – “Paskal çarxı” təsvir olun muş dur.
9-cu tapşırıq şagirdlər arasında mübahisəyə səbəb ola bilər, çünki kom-
püterin ixtirasında hər hansı alimin xidmətlərini o birilərindən üstün hesab et -
mək, doğrudan da, mübahisəli məsələdir. Bu zaman şagirdlərdən öz fikirlərini
əsas landırmaq tələb olunmalıdır.
Dinlämä vä danışma
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
t Dinlədiyi fikri təkzib etmək üçün faktlara əsaslanan arqumentlər gətirir.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
t Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.
10-cu tapşırıqda kompüter mütəxəssislərinin və ya şirkət rəhbərlərinin
144

BÖLMƏ 


yaxın keçmişdə (20-50 il əvvəl) söylədikləri fikirlər – kompüterin gələcək inki -
şa fı ilə bağlı pessimist proqnozlar verilmişdir. Şagirdlər müasir kompüter tex -
no logiyaları haqqında biliklərindən istifadə etməklə bu fikirlərə münasibət
bildirməlidirlər.
Müzakirə “Akvarium” üsulu ilə keçirilə bilər. Diqqət yetirmək lazımdır ki, hər
hansı fikri təkzib edən şagird öz fikrini əsaslandırmaq üçün bildiyi faktlardan
istifadə etsin. Yaxşı olar ki, şagirdlər son 50 ildə kompüterin inkişafı ilə bağlı
məlumatlara əsaslanaraq növbəti 20 il üçün İKT-nin inkişafı ilə bağlı öz proq -
nozlarını versinlər. 
Müzakirəni 5-7 dəqiqəlik mərhələlərə bölmək, hər bir mərhələ üçün mode -
rator seçmək məqsədəuyğun olardı. Moderator deyilən fikirləri qeyd etməli,
sonda ümumiləşdirməli və müzakirənin nəticəsini qısa tezislərlə iştirakçıların
nəzərinə çatdırmalıdır.
Yazı
3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
t Məhsulun qəbul olunması ilə bağlı akt tərtib edir.
11-ci tapşırıqda akt tərtib etmək üçün məktəb həyatına yaxın situasiya ve -
ril mişdir. Şagirdlər əvvəlcə “Nitq bacarıqları” rubrikasında verilmiş akt forması
ilə tanış olmalı, sonra qruplara bölünərək situasiyaya uyğun akt tərtib et mə li -
dirlər.
Müəllim buna bənzər digər situasiyalar fikirləşərək qruplara fərqli mövzu-
larda akt tərtib etməyi tapşıra bilər.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabeli mürəkkəb cümlənin tərkib his sə lərini bağlayan vasitələri müəyyən
edir.
t Eyni fikri sadə cümlə və tabeli mürəkkəb cümlənin müxtəlif növləri
şəklində ifadə edir.
Bu dərsdə mənimsədiləcək dil qaydası tabeli mürəkkəb cümlədə -sa
2
şəkilçisinin funksiyasını müəyyənləşdirməklə bağlıdır. Motivasiya mərhələ sin -
də fəndaxili şaquli inteqrasiyadan istifadə edilməklə feilin şərt şəklinin əlaməti
(-sa
2
) və “isə” his səciyinin ixtisar forması xatırladılır. Şagirdlər bu iki morfem
arasındakı fərqi izah edirlər.
13-cü tapşırıqda isə mətndə göy rənglə verilmiş cümlədə nöqtələrin yerinə
uyğun gələn şəkilçinin qoyulması tələb olunur. Nöqtələrin yerinə -sa
2
şəkilçisi
qoyulur və şagirdlər bu şəkilçinin cümləyə şərt mənasını verdiyini müəyyən -
ləş dirirlər.
14-cü tapşırıq vasitəsilə qarşılaşdırma əlaqəli tabesiz mürək kəb cümlə ilə
qarşılaşdırma mənası verən budaq cümləli tabeli mürəkkəb cümlə arasında
145
KAMİLLİYƏ DOĞRU


oxşarlıq müəyyənləşdirilir: 
“Abak” sözü yunan mənşəlidir, amma bu alətin ilkin nü munələri Miladdan 3000
il əvvəl qədim Babilistanda yaradılmışdır.
“Abak” sözü yunan mənşəli olsa da, bu alətin ilkin nü munələri Miladdan 3000
il əvvəl qədim Babilistanda yaradılmışdır. 
Nəzəri material mənimsədilir. Şagirdlərə izah edilir ki, -sa
2
şəkilçisi heç də
həmişə şərt anlayışı yaratmır. 15-17-ci tapşırıqlar qaydanın möhkəm lən -
dirilməsinə xidmət edir.
15. 
Verilmiş cümlələrdə budaq cümlənin növünün və ifadə olu-
nan fikrin necə dəyişdiyini şərh edin.
1-ci cümlədə budaq cümlə məqsəd, 2-cidə isə şərt mənası yaratmışdır.
17-21-ci tapşırıqlar 4.1.1 standartı üzrə dərsdə nəzərdə tutulmuş “Eyni fikri
sadə cümlə və tabeli mü rək kəb cümlənin müxtəlif növləri şəklində ifadə edir”
təlim nəticəsini reallaşdırmağa xidmət edir. Belə ki, şagirdlər eyni fikri  mürək -
kəb cümlənin müxtəlif növləri şəklində ifadə etməlidirlər. 
19-cu tapşırıq şagirdlərdən tabeli mürəkkəb cümlə mövzusuna analitik
yanaşma tələb edir. 
19. 
Verilmiş cümlələri sadələşdirsək, budaq cümlə baş cümlənin
hansı üzvünə çevrilər?
1. Kimin ürəyi arzu və ümidlə doludursa, o artıq gələcəkdə yaşayır.
(L.Şefer)
2. Hansısa axmaq bizi tərifləsə, onu artıq axmaq saymayacağıq. 
(F.Laroşfuko)
.
1. Ürəyi arzu və ümidlə dolan artıq gələcəkdə yaşayır. (mübtəda)
2. Bizi tərifləyən axmağı artıq axmaq saymayacağıq. (tamamlıq)
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Analiz
Analiz
Şərti şumda kəs ki, xırman da
yabalaşmayasan.
Şərti şumda kəssən, xırman -
da yabalaşmazsan.
146

BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə