Lənkəran Bölgəsində Meyvə Ağaclarına Zərər Verən Başlıca Həşəratların Təbii Zərərvericiləri



Yüklə 57,56 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü57,56 Kb.
#41990


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 126-129 (2013)

 

126 



Lənkəran Bölgəsində Meyvə Ağaclarına Zərər Verən Başlıca  

Həşəratların Təbii Zərərvericiləri 

  

A.R. Əliyeva 



 

Azərbaycan MEA Zoologiya İnstitutu, A.Abasov küç., 1128 döngə, Bakı AZ1073, Azərbaycan  

 

Məqalədə meyvə ağaclarına ciddi zərər verən bir neçə növ həşəratın bioekoloji xüsusiyyətləri və təbii 

zərərvericiləri haqda məlumat verilir. Alma meyvəyeyəninin 19 növ, gavalı meyvəyeyəninin 17 növ, 

alma güvəsinin 33 növ, zolaqlı meyvə güvəsinin 27 növ, mənənlərin və çanaqlı yastıcaların sayının 

biotənzimlənməsində 60 növ entomofaq fəaliyyət göstərməsi müəyyən ediulmişdir. Onlardan Bracon 

hebetor Say., Nythobia armilata Grav., Ageniaspis fuscicollis Dalm., Paralitomastix varicornis Nees., 

Trichogramma evanescens Westw., Aphelinus mali L., Coccinella septempunctata L., Chilocorus 

bipustulatus L., Adalia bipunctata L., Orius niger L., Chrysopa carnea Steph. daha çox fəaliyyət 

göstərirlər.  

 

Açar sözıər: zərərverici, meyvə ağacları, həşərat, güvə, mənənə, çanaqlı yastıca. 

 

Bağların məhsuldarlığının artırılmasında və 



meyvələrin keyfiyyətinin yaxşılaşdırılmasında 

zərərvericilərə qarşı 

səmərəli mübarizə 

tədbirlərinin, o cümlədən, bioloji mübarizənin 

həyata keçirilməsi günün ən vacib məsələlərindən 

biridir.  

Lənkəran bölgəsinin meyvə bağlarında 250-

dən artıq zərərverici növü məlumdur (Əliyeva, 

2006). Bu zərərvericilərə qarşı aqrotexniki və 

kimyəvi mübarizə ilə yanaşı, artıq bioloji mübarizə 

üsulları da tətbiq olunmaqdadır. 2000-2010-cu 

illərdə entomoloji üsullarla aparılmış çoxillik 

tədqiqatlar nəticəsində meyvə bağlarının başlıca 

zərərvericilərinin sayının azalmasında rolu olan 

120-dən artıq entomofaq (parazit və yırtıcılar) aşkar 

edilmişdir (Мамедов, Алиева, 2010).  

Aşağıda bir neçə  təhlükəli zərərvericinin təbii 

zərərvericiləri haqda məlumat verilir. 



Alma meyvəyeyəninin 

(Laspeyresia 



pomonella  L.)  təbii zərərvericiləri. Alma 

meyvəyeyəni  ən qorxulu zərərverici olub

respublikamızın meyvəçilik rayonlarında geniş 

yayılmışdır. Zərərverici almadan başqa, armud, 

heyva,  ərik, nar və qoz ağaclarına da zərər verir. 

Ildə iki nəsildə inkişaf edir. Dişiləri 150-180-ə 

qədər yumurta qoyur. 

Bu zərərverici alma meyvəsinə 40-50% zərər 

verir. Azərbaycanda alma meyvəyeyəninin 19 növ 

təbii zərərvericii məlumdur (Məmmədov, 2011). 

Həmin entomofaqlar içərisində  ən  əhəmiyyətlisi 

zarqanadlılar dəstəsinə (Hymenoptera) mənsub olan 

trixoqrammadır (Trichogramma evanescens 

Westw). Boyca çox kiçik olmasına baxmayaraq adi 

gözlə görünür. O, xüsusi orqanı vasitəsilə 

meyvəyeyənin yumurtasını deşərək öz yumurtasını 

onun işərisinə daxil edir. Bir fərd 60-70-ə  qədər 

yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr 

tezliklə meyvəyeyənin yumurtası ilə qidalanaraq 

inkişaf edir və pup halına keçirlər. Beləliklə alma 

meyvəyeyəni yumurta mərhələsində  məhv olur. 

Parazit daha sonra yetkin formada pupdan xaricə 

çıxır və  nəslini davam etdirmək üçün digər 

meyvəyeyən zərərvericilərin yumurtası daxilinə 

yumurta qoyur. Trixoqramma, ümumən, 80 növdən 

çox zərərverici (gavalı meyvəyeyənini,  şərq 

meyvəyeyənini, yarpaqbükənlər və s.) üzərində 

parazitlik edir (Волков, 1959). Alma 

meyvəyeyəninə qarşı  əsas sarı trixoqramma 

növündən istifadə edilir.  



Gavalı meyvəyeyəninin (Laspeyresia 

funebrana Tr.) təbii zərərvericiləri.  Zərərverici 

boz-qonur rəngli kəpənəkdir. Həyat tərzinə görə 

alma meyvəyeyəninə oxşayır,  əsasən, gavalını  və 

bəzən  ərik alça və  şaftalını da zədələyir. Bir dişi 

fərd 100-dən artıq yumurta qoyur. Tırtılları 

meyvələrin lətli hissəsilə qidalanır. Tırtıl bir neçə 

yaş dövrü keçdikdən sonra pup halına keçir. 

Lənkəran bölgəsində gavalı meyvəyeyəni ildə 3 

nəsil verir. 

Alma meyvəyeyənini məhv edən faydalı 

həşəratlar gavalı meyvəyeyəninin də  təbii 

zərərvericiləridir. Onlar zərəvericinin yumurtasını 

və tırtıllarını məhv edir.  

Gavalı meyvəyeyəninin təbii 

zərərvericilərindən (17 növdən)  ən  əhəmiyyətlisi 

brakondur (Bracon hebetor Say.). Bu xeyirli 

həşərat il ərzində bir neçə  nəsil verməklə gavalı 

meyvəyeyənini 15-30% məhv edir. Parazit 

laboratoriya  şəraitində  dəyirman odlucası üzərində 

çoxaldılır. Bioloji mübarizədə onun rolu olduqca 

böyükdür (Курбанов, Кулиев, 1966). 

Alma güvəsinin təbii zərərvericiləri.  Alma 

güvəsi (Hyponomeuta malinellus Zll.) ağ qanadları 

üzərində qara xalları olan kəpənəkdir. Alma 

ağaclarının  əsas zərərvericilərindən biri olmaqla, 

Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. 



A.R. Əliyeva 

127 


Ildə bir nəsil verir. Hər bir dişi (fərd) 55-95-dək 

yumurta qoyur. Payızda yumurtalardan tırtıllar çıxır 

və  ağacların zoğ hissəsində  kəpənək tərəfindən 

düzəldilmiş qalxancığın altında qışlayırlar. 

Zərərverici alma ağaclarına 80-85% ,bəzəndə 90-

95% zərər verir. 

Azərbaycnda alma güvəsinin 33 növ parazit 

tərəfindən yoluxduğu müəyyən edilmişdir 

(Məmmədov, 2011). Bunların içərisində  ən 

əhəmiyyətlisi ageniaspis (Ageniaspis fuscicollis 



Dalm.) və nuthobiyadır (Nythobia armillata Grav.).  

Ageniaspis parazitinin inkişafı, nuthobiya 

parazitinin inkişafı ilə bir vaxta düşür. Ageniaspis 

yumurtalarını alma güvəsinin yumurtasının daxilinə 

qoyur. Parazitin yumurtası payızda güvənin 

yumurtasından çıxan kiçik yaşlı  tırtılın bədən 

daxilində  qışlayır. Qışda ageniaspisin yumurtası 

zəif də olsa inkişaf edir. Ilk yazda onun inkişafı 

sürətlə gedir. Bu vaxt parazitin bir yumurtası 

poliembrion bölünmə yolu ilə 150-250 rüşeym 

əmələ  gətiri ki, bunların da hər birindən parazit 

törəyir. Beləliklə, alma güvəsinin kəpənəkləri 

yumurta qoymağa başladıqları dövrdə ageniaspis də 

sahibin (alma güvəsinin) axırıncı yaş  tırtıl 

bədənində öz inkişafını bitirib xaricə uçur və 

güvənin yeni qoyulmuş yimurtalarını yoluxduraraq 

öz inkişafını davam etdirir.  

Z.M. Məmmədov tərəfindən Ordubad 

rayonunda aparılan elmi-tədqiqat işlərinə  əsasən 

qeyd etmək olar ki, ageniaspis paraziti alma 

güvəsini aran zonada 70-75 %, dağətəyi zonada 50-

55%, dağlıq zonada isə 30-35% yoluxdurur. 

Bunları  nəzərə alaraq, ageniaspisin zonalardaxili 

köçürülməsi üsulunu məqsədəuyğun sayılmış  və 

aran zonadakı alma bağlarından ageniaspis paraziti 

ilə yoluxmuş beşinci yaş güvə tırtılları toplanıb dağ 

və dağətəyi rayonların alma bağlarına köcürülmüş 

və yaxşı nəticə alınmışdır (Мамедов, 2004).  

Nuthobiya paraziti alma güvəsinin II və III yaş 

tırtıllarını yoluxdurur. Qışlamadan çıxmış parazit, 

may ayında uçmağa başlayır. Cütləşmədən sonra 

hər dişi fərd alma güvəsi tırtılının bədəninə bir 

yumurta qoyur. Trtılın daxilində yumurtadan 

çıxmış sürfə  tırtılın daxili möhtəviyyatı ilə 

qidalanaraq onu məhv edir. Beləliklə, alma güvəsi 

35-40% həmin parazitlə yoluxur. Nuthobiya 

paraziti ildə 2 nəsil verir. 

Zolaqlı meyvə güvəsinin (Anarsia lineatella 

Z.  ) təbii zərərvericiləri.  Zolaqlı meyvə güvəsi - 

ərik, gavalı, heyva və  şaftalı  ağaclarına ciddi (60-

65%) zərər verir. Bu zərərverici Azərbaycanda il 

ərzində iki nəsildə inkişaf edir (Мамедов, 2004).  

Alma və gavalı meyvəyeyənini məhv edən 

parazitlərin  əksəriyyəti (27 növ) zolaqlı meyvə 

güvəsinin də  zərərvericiidir. Bunların içərisində 

brakon (Bracon hebetor Say.) və paralitomastikis 

(Paralitomastix varicornis Nees.) xüsusilə 

fərqlənir. Brakon paraziti zolaqlı meyvə güvəsini 

30-35%, alma güvəsini 6-8%, alma meyvəyeyənini 

18 %, gavalı meyvəyeyənini 25-30% məhv edir. 

Faydalı  həşəratlar ağacların quru budaqlarının 

qabığı altında və ya çürümüş gövdə içərisində 

qışlayırlar. Aprel ayının axırlarında qışlamadan 

çıxan parazitlər, bir müddət uçduqdan və 

qidalandıqdan sonra zolaqlı meyvə güvəsinin II və 

III yaş tırtıllarını yoluxdururlar. 



Mənənlərin (Aphididaetəbii zərərvericiləri. 

Mənənələrə yaz və payız aylarında meyvə ağacları 

üzərində tez-tez rast gəlmək olur. Onlar xortumları 

ilə ağacın yarpaqlarını və cavan budaqlarını deşərək 

şirəsini sorurlar. Nəticədə yarpaqlar bükülür, cavan 

budaqlar inkişafdan qalır.  

Azərbaycanda mənənləri tələf edən 60-a qədər 

faydalı  yırtıcı  və parazit növü məlumdur. Bunların 

içərisində parabüzənlər (Coccinellidae) daha 

faydalıdır. Parabüzənlər (Coccinella septempunctata 

L., Adalia bipunctata L., Chilocorus bipustulatus L.) 

mənənələrdən başqa çanaqlı yastıcaları  və  zərərli 

gənəcikləri də  məhv edirlər, ildə 1-2 nəsil verirlər. 

Yetkin parabüzənlər  əsas etibari ilə bağlarda ağac 

qabığı  və  xəzəl altında qışlayırlar. Ilk yazda həmin 

böcəklər qışladığı yerdən çıxaraq bağlara yayılırlar. 

Bağda onlara ən çox yaz və payız aylarında rast 

gəlinir. Hər biri gündə orta hesabla 25-80 mənənə 

yeyir. Yetkin fərdlərə nisbətən sürfələr daha çox 

yırtıcılıq xüsusiyyətinə malikdirlər. Yazda 

mənənələrin sayı azaldığı üçün parabüzənlər gizli 

yerlərdə, hərəkətsiz qalırlar. Onların yumurtasının 

inkişafı 5-6 gün, sürfəsinin inkişafı 12-15 gün, pup 

dövrü 10-12 gün davam edir.  

Mənənələrin məhv edilməsində 

yarımsərtqanadlılar dəstəsindən (Hemiptera) olan 

yırtıcı taxtabitilərin (Orius niger L.)  də rolu az 

deyildir. Bir taxtabiti gündə 20-26 mənənə ilə 

qidalanır.  

Mənənələrin məhv edilməsində yırtıcı qızılgöz 

(Chrysopa carnea Steph.) də mühüm rol oynayır. 

Qızılgöz sürfəsi gün ərzində 35-40 ədəd yetkin 

mənənə yeyir. 

Meyvə  ağaclarına  ən çox zərər verən qanlı 

mənənədir. Zərərverici ağacın kök və torpaqüstü 

hissəsində  qışlayır. Yazda sürfələr böyüyərək 

yetkinlkəşir. Hər dişi fərd 200-ə yaxın bala verir. 

Yeni nəsil cavan budaqlarda toplaşaraq təqribən 15 

gündən sonra yetkin hala keçir. Bundan sonra bala 

verməyə başlayır. Beləliklə  həmin zərərverici ildə 

12-15 nəsil verir. Qanlı  mənənnənin bədəni ağ 

mum təbəqəsi ilə örtülü olduğu üçün ona qarşı 

çilənən kimyəvi dərmanlar təsirsiz qalır. Bunun 

üçün bioloji mübarizə üsulunun tətbiqini daha da 

zəruriləşdirmək lazım gəlir. Respublikamızda qanlı 

mənənnənin təbii zərərvericilərindən 

ən 

əhəmiyyətlisi afelinus (Aphelinus mali L.



parazitidir. O, qanlı  mənənənin bədənində  qışlayır. 


Lənkəran Bölgəsində Meyvə Ağaclarına 

128 


Yazda yetkin fərdlər mənənənin bədən qatını 

deşərək xaricə çıxır. Hər bir dişi fərd 120-yə qədər 

yumurta qoyur. Yumurtadan çıxmış sürfə yetkin 

formada mənənənin bədənindən xaricə  çıxır və 

nəslini artırır. Bu qayda üzrə afelinus ildə 4 nəsil 

verir. Afelinus parazitini yaymaq məqsədilə payızın 

axırlarında üzərində afelinusla yoluxdurulmuş 

mənənə olan çübüqlar kəsilib soyuq yerdə 

saxlanılır. Yazda həmin çubuqlar qanlı mənənə olan 

ağacların budaqlarına (hektara 20 çübüq hesabı ilə) 

bağlanılır.  

Çanaqlı yastıcaların (Coccidae) təbii 

zərərvericiləri. 

Azərbaycanın bütün meyvə 

bağlarında çanaqlı yastıcalara rast gəlmək olur. 

Sürfələr özlərinə daimi yer seçənə qədər hərəkətdə 

olur, bundan sonra oturaq həyat tərzi keçirir. 

Bədənləri çanaqla örtülüdür. Çanaqlı yastıcalar 

bəzən o qədər artır ki, budaqların üzərini qabıq 

şəklində bürüyür. Onlar ağacın  şirəsini sorur, 

meyvə üzərində qırmızı ləkələr əmələ gətirirlər.  

Meyvə bağlarında bir çox çanaqlı yastıca 

növlərinə təsadüf edilir. Bunlardan ən çox yayılanı 

bənövşəyi, vergülşəkilli və Koliforniya çanaqlı 

yastıcasıdır. Verdiyi zərər və yayılması  cəhətdən 

Koliforniya çanaqlı yastıcası daha mühüm yer tutur. 

Onun bədəni sarı  rəngdə olub, üzəri dəyirmi 

çanaqla örtülüdür, 150-dən artıq bitki növünə zərər 

verir. Həmin zərərverici meyvə  və  bəzək 

bitkilərinin budaqları, yarpaqları  və meyvələri 

üzərində toplanıb, onların  şirəsini sorur, nəticədə 

zədələnmiş budaqlar quruyur, yarpaqlar tökülür. 

Lənkəran bölgəsində il ərzində iki nəsil verir. 

Həmin zərərvericinin təbii zərərvericilərindən 

yırtıcı parabüzənlər xüsusi yer tutur. Bunlardan 4-

ləkəli ekzoxomus (Exochomus guadripustulatus F.

və xilokorus (Chilocorus bipustulatus L.) yastıca ilə 

daha çox qidalanırlar. .  

Beləliklə, faydalı 

həşəratların qorunub 

saxlanmasını təmin etmək üçün kimyəvi, bioloji və 

aqrotexniki mübarizə  tədbirlərini onların xeyirli 

fəaliyyətlərinə uyğun olaraq aparmaq lazımdır.  

Meyvə bitkilərinin zərərvericilərinə qarşı 

mübarizə üsullarından  ən geniş yayılanı kimyəvi 

mübarizədir. Belə ki, hər il meyvə bağlarına 5-6 

dəfə kimyəvi preparatlar (sevin, ragor, Bi-58 və s.) 

çilənir. Nəticədə istər təbii şəraitdə artan, istərsə də 

laboratoriyada süni surətdə çoxaldılaraq bağlara 

buraxılan parazit və  yırtıcı  həşəratlar kütləvi 

surətdə  qırılır və ya onların fəaliyyətləri 

məhdudlaşır.  

Bunları  nəzərə alaraq, meyvəçiliklə  məşğul 

olan təsərrüfatlarda yaz və yay aylarında 

zərərvericilərə qarşı kimyəvi dərmanlar tətbiq 

olunarkən müəyyən qaydalara riayət olunmalıdır. 

Zərərvericilərə qarşı mübarizədə entomofaqların 

tətbiqi və kimyəvi dərmanların işlədilməsi elə 

planlaşdırılmalıdır ki, bunlar sahəyə buraxılmış 

parazitlərin normal fəaliyyət göstərməsinə mane 

olmasın. Entomofaqlar buraxılmış sahələrdə 

kimyəvi dərmanların işlədilməsi, kütləvi yumurta 

qoymanın kəsilməsindən 6-7 gün sonra 

keçirilməlidir.  

 

 

ƏDƏBİYYAT 

 

Əliyeva A.R. (2006) Lənkəran bölgəsində meşə və 

meyvə  ağaclarının başlıca zərərvericiləri, onların 

bioekoloji xüsusiyyətləri.  AMEA Zoologiya 

İnstitutunun əsərləri24: 245-250. 

Məmmədov Z.M. (2011) Şəki-Zaqatala bölgəsində 

alma güvəsi (Yponomeuta malinellus z.) və alma 

meyvəyeyəninin (Laspeyresia pomonella L.) 

bioekoloji xüsusiyyətləri və  təbii zərərvericiləri. 



AMEA Zool. inst. əsərləri29: 180-186 

Волков  В.П. (1959) К  экологии  желтой 

трихограммы ( Trichogramma cacoecia pallida 

Meyer.) – паразита  яблонной  плодожорки  и 

листоверток  в  садах  УССР.  Труды  Укр. 



НИИЗРVIII: 137-162. 

Курбанов  Г.Г.,  Кулиев  Г.А. (1966) Полезный 

энтомофаг – наездник-габробракон 

и 

применение  его  в  биологической  борьбе  с 



мальвовой молью. Баку, АН Аз.ССР: 20 c.  

 Мамедов  З.М. (2004) Паразиты  вредных 

чешуекрылых 

плодовых 

культур 


Азербайджана  и  пути  их  использования  в 

биологической защите. Баку:Элм, 2004, 233 с. 



Мамедов З.М., Алиева А.Р. (2010) Энтомофаги 

основных  вредителей  лесных  и  плодовых 

культур  в  Ленкоранской  зоне  Азербайджана. 

Журнал Юг Россия (Махачкала), №3: 65-69. 

 

 



 

 

 

 

 

 

 

 

 


A.R. Əliyeva 

129 


 

 

Основные Вредители Плодовых Культур И Их Естественные  



Вредители В Условиях Ленкоранской Зоны 

 

Алиева А.Р. 

 

Институт зоологии НАНА 

 

Установлено, что плодовым культурам основной вред причиняют яблоневая, сливовая плодожорки, 

яблоневая,  фруктовая  полосатая  моль,  а  также  тли  и  щитовки.  Изучены  их  биоэкологические 

особенности.  Установлено,  что  большую  роль  в  регуляции  численности  яблонной  плодожорки 

играют 19 видов  энтомофагов,  сливовой  плодожорке 17 видов,  яблоневой  моли 33, фруктовой 

полосатой  моли 27, тлям  и  щитовкам 60 видов  паразитов  и  хищников.  Из  них  перспективными 

являются следующие виды: Bracon hebetor Say., Nythobia armilata Grav., Ageniaspis fuscicollis Dalm., 

Paralitomastix varicornis Nees., Trichogramma evanescens Westw., Aphelinus mali L., Coccinella 

septempunctata L., Chilocorus bipustulatus L., Adalia bipunctata L., Orius niger L., Chrysopa carnea Steph.  

 

 



 

 

The Main Pests Of Orchards And Their Natural Pests In Lenkoran Zone 

 

Aliyeva A.R. 

 

Institute of Zoology, ANAS  

 

It has been established that the most damaging pests are codling moth, plum moth, apple moth and peach 



twig borer and also aphids and coccids. Their bioecological peculiarities have been studied. The main role in 

regulation of density of codling moth play 19 species of entomophages, in plum moth 17 species, in apple 

moth 33, in peach twig borer 27 and aphids and coccids have 60 species of parasites and predators. The most 

prospective species are the following: Bracon hebetor Say., Nythobia armilata Grav., Ageniaspis fuscicollis 



Dalm., Paralitomastix varicornis Nees., Trichogramma evanescens Westw., Aphelinus mali L., Coccinella 

septempunctata L., Chilocorus bipustulatus L., Adalia bipunctata L., Orius niger L., Chrysopa carnea Steph.  

 

 




Yüklə 57,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə