Birl
əşmiş Ştatlarda dünyanın ən böyük şahmat fiquru hazırlanıb. Fiqur Missuri
ştatında, Sent – Luis şəhərində nümayiş olunub. Onu izləmək üçün şəhərə xeyli
sayda jurnalist toplaşıb. Mərasimə qatılan Ginnesin rekordlar kitabının
nümay
əndələri şahmat fiqurunun dünyada ən böyük olmasını təsdiqləyiblər.
Fiqurun hündürlüyü t
əxminən 4.5, diametri isə 1.8 metrə bərabərdir. Çəkisi isə 1
ton 34 kiloqramdır. Bu ölçülər fiqurun Ginnesin rekordlar kitabına düşməsinə
imkan verib. Buna q
ədər isə dünyanın ən böyük şahmat fiquru İsveçdə
hazırlanmışdır. Onun hündürlüyü 4, diametri isə 1.4 metr idi.
***
Bu q
ədər, ən son hadisələri daim yenilənən internet səhifəmizdən, “Səda”nın
feysbuk v
ə tvitter sosial şəbəkələrindəki rəsmi səhifəsindən, eləcə də, yutubdakı
onlayn kanalımızdan izləməyi unutmayın.
***
Bloka aparıcıdan başqa yalnız baş redaktor və redaktor müdaxilə edə bilər.
Blokun daha uğurlu alınması isə birbaşa aparıcının peşəkarlığından xəbər verir.
Onun x
əbər düzümü və təqdimatı buraxılışı reytinqli edə bilır. Aparıcı bloku
t
ərtib edərkən hər materiala uyğun təqdimatlar yazmalı, cümlələri öz dilinə
uyğunlaşdırmalıdır. Yalnız bu halda uğurlu blokdan və təqdimatdan danışmaq olar.
Blokda veril
ən arakəsmələr (perebivka) isə mövzunun dəyişdiyinə işarədir.
Ad
ətən siyasi xəbərdən iqtisadi xəbərə, yaxud mədəniyyət xəbərindən idman
hadis
ələrinə, həmçinin yerli xəbərlərdən xarici xəbərlərə keçid zamanı iki-üç
saniy
ədən ibarət musiqili arakəsmədən istifadə olunur.
10. Şapka (başlıq) – hər hansı verilişin və ya xəbərlər buraxılışının başlanğıcında,
yaxud sonunda veril
ən 7-10 saniyədən ibarət qısa musiqili rolikdir. Şapkanın
missiyası buraxılışın başlandığını, yaxud bitdiyini tamaşaçının diqqətinə
çatdırmaqdır. Hər bir şapka verilişin ahənginə və ümumi mövzusuna uyğun yığılır.
M
əsələn,
xəbərlərin, ictimai-siyasi verilişlərin şapkası adətən daha dinamik və bir
q
ədər aqressiv notlar, konfliktli görüntülər üzərində tərtib edilir. Bədii-sənədli
veri
lişlərin şapkası isə istər musiqi tərtibatı, istərsə də görüntü baxımından lirik,
axıcı və yaradıcı olur.
11. VMY – “
Video Material Yazısı” sözlərinin baş həriflərinin birləşməsindən
ibar
ət abreviaturadır. Əksər hallarda buna VMZ (Видео Материальный Запись)
d
ə deyilir və televiziyada süjet, reportaj, videomaterial sözlərinin sinonimi kimi
işlədilir. Redaktor və ya prodüserdən VMZ, yaxud VMY hazırlamaq tapşırığı
alırsınızsa, deməli
sizdən geniş həcmli, sinxron, interküy, zəruri olduqda isə
st
əndaplı material tələb olunur. Belə olan halda, jurnalist tapşırıq barədə
teleoperatora da m
əlumat verməlidir. Reportyor komandası hadisə yerindən
mümkün q
ədər çox görüntü və informasiya toplamağa çalışmalıdır. Yadda saxlayın
ki, televiziyada, xüsus
ən də VMY-də sizin nə deməyinizdən daha çox, nə
göst
ərməyiniz önəmlidir. Odur ki, videomaterialın uğurlu olması, ilk növbədə
teleoperatorun hadis
əni yuksək səviyyədə lentə almasından asılıdır.
Bir d
əqiqəlik VMY üçün teleoperator 60 plan (R.M. bura stəndap və ya
müsahib
ə aid deyil), başqa sözlə, 25-30 dəqiqəlik görüntü çəkməlidir. Ümumilikdə
is
ə normal halda VMY-nin uzunluğu 1 dəqiqə 30 saniyə, yaxud 2 dəqiqə, xüsusi
VMY-l
ərdə isə xronametraj 5 dəqiqədən 7 dəqiqəyə
qədər ola bilər.
VMY hazırlayan jurnalist materialı redaktora
təqdim etməzdən əvvəl
süjetin
cüml
ə quruluşu baxımından Azərbaycan dilinin qrammatik tələblərinə,
operativliy
ə, maraqlı təqdimata və s. kimi peşəkarlıq prinsiplərinə nə dərəcədə
cavab verm
əsi ilə yanaşı, videomaterial üçün nəzərdə tutulmuş ümumi tərtibat
qaydalarına da diqqətlə yanaşmalıdır. Həmin qaydaları bu cür qruplaşdırmaq olar:
VMY özlüyünd
ə iki hissədən ibarətdir;
- Studiya;
-
Kadrarxası mətn;
Qeyd olunan hiss
ələrin hər biri (studiya və kadrarxası mətn) jurnalist
t
ərəfindən yazılır. Studiya mətni (təqdimat) istər faktların sıralanması, istər cümlə
quruluşu, istərsə də ümumi fikir baxımından kadrarxası sözləri təkrarlamamalı,
onun davamı olmalı, məsələyə aydınlıq gətirməlidir.
- VMY-d
ə sinxron və ya stəndap
nəzərdə tutulursa, o, mütləq mətndə qeyd
olunmalı, sinxrondursa müsahibin dediyi sözlər, stəndapdırsa jurnalistin