Onlar fikirl
ərinin nə dərəcədə məntiqli və doğru olduğunu yalnız sözlərlə deyil,
jest v
ə mimikalarla nümayiş etdirməyə çalışırlar. Əl, göz, baş hərəkətləri bu
q
əbildəndir. Ünsiyyət qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulur”.
Telemüsahib
ə də məhz bu cür olmalıdır. Kamera, studiya, işıqlandırma
sistemi, texniki personal v
ə mikrofonun yaratdığı gərginliklərə baxmayaraq,
ünsiyy
ət qurmağı bacarmalı, qarşı tərəfin danışmasına şərait yaratmalısınız.
İstənilən peşəkar jurnalist kamera önündə həyəcanlı və gərgin olur. Bu, ilk
növb
ədə məsuliyyətdən irəli gəlir. Belə olan halda müsahibin studiyada hansı
hissl
ər keçirdiyini düşünmək elə də çətin deyil. Hətta öz otağında müsahibə verən
şəxs çox zaman o qədər əsəbi və gərgin olur ki, o, adi cümlələri belə qurmaqda
ç
ətinlik çəkir. Onu bu vəziyyətdən yalnız jurnalist çıxara bilər. Bu zaman jurnalist
verilişdən qabaq hətta bir qədər ümumi sözlər, yaxud yüngül zarafatlarla ümumi
g
ərginliyi aradan qaldmalıdır. Müsahib istər studiya, istərsə də otaq şəraitində nə
q
ədər rahat və səmimi olarsa, bir o qədər də zəruri informasiyalar təqdim edə
bil
ər. Əks halda uğurlu müsahibədən danışmaq mümkün deyil.
Şoumen – “tok-şou”, yaxud küləvi verilişlərin aparıcısıdır. Bu janr
jurnalistd
ən daha böyük sərbəstlik, danışıq qabiliyyəti, hazırcavablıq tələb edir.
Şou proqramlar adətən müxtəlif mövqeli insanların iştirakı ilə daha maraqlı olur.
Bu zaman jurnalist verilişi daha gərgin notlar üzərində qurmaq üçün mövzunu
d
ərindən öyrənir, müsahiblər, onların psixologiyası barədə məlumat əldə edir.
Apar
ıcı (bəzi ölkələrdə onu moderator da adlandırırlar) ilk növbədə tərəflərin eyni
zaman ç
ərçivəsində danışmasına şərait yaradır, başqa sözlə heç kimə əlavə
üstünlük vermir. Onun dig
ər vəzifəsi müsahiblərə mövzudan uzaqlaşmağa imkan
verm
əmək, qarşıya qoyulan problemi müzakirə etməkdir. Bir məqamı da nəzərdən
qaç
ırmaq olmaz ki, müsahiblər adətən mövzunu, söhbətin gedişini özləri istədikləri
istiqam
ətə yönəltməyə çalışır, söhbətin axarını dəyişməyə cəhd göstərirlər. Digər
prinsip is
ə ondan ibarətdir ki, jurnalist müzakirələrdə iştirakçı deyil, müşahidəçi
qismind
ə çıxış edir, kiminsə təsiri altına düşmür və tərəfkeşlik etmir. Lakin bu, o
anlama g
əlmir ki, jurnalist konkret fikir bildirə, yaxud söhbətə müdaxilə edə
bilm
əz. Əksinə yerində edilən müdaxilə artıq qızışan ab-havanı daha da
g
ərginləşdirəcək ki, bu da şou proqramlarda önəmli rol oynayır. İstənilən şou
verilişlərdə aparıcı publikanı ələ almalı, onların zövqunu oxşamalıdır. Aparıcını
tamaşaçıya sevdirən də onun geyimi, yaxud saç düzümü, studiyada qeyri-adi
g
əzişi, necə deyərlər əzilib-büzülmək deyil, onun iti ağlı, dünya görüşü, deyilən
fikirl
ərə reaksiyası, səmimiliyidir.
Şou jurnalistini bəzən kimyəvi proseslərin katalizatoru (gücləndiricisi)
adland
ırırlar. Məlum olduğu kimi, müəyyən məhlullar var ki, onlar kimyəvi
reaksiyalarda iştirak etmir, başqa sözlə digər məhlullalara qarışmır. Lakin onlarsız
da reaksiya getmir. B
əzən iki, yaxud üç müsahib arasında əyləşən jurnalistin heç
bir ön
əm kəsb etmədiyini, sadəcə müqəvva kimi əyləşdiyini söyləyənlər də olur.
Lakin t
ərəflər arasında əyləşən moderator (jurnalist) nə qədər qeyri peşəkar olsa
bel
ə, söhbətin qurulması, gərginliyin artmasında onun birbaşa rolu var.
Rejissor –
televiziyada birbaşa olaraq görüntüyə və səsə cavabdeh şəxsdir.
M
əhz bu üzdən də rejissoru televiziyanın “onurğa sütunu” adlandırırlar. Bu söz
lat
ın dilində olan “rego” ifadəsindən götürülüb, sonradan isə fransız dilinə
( regisseur) keçib, m
ənası “idarə edirəm” deməkdir.
Televiziyada rejissorluq f
əaliyyət sahəsinə görə müxtəlif növlərə bölünür:
- Efir rejissoru;
- S
əs rejissoru;
- Ç
əkiliş rejissoru;
-
Baş rejissor;
Efir rejissoru efir
ə təqdim olunan materiallarda görüntüyə cavabdeh şəxsdir.
X
əbər buraxılışında materialların efirə ardıcıl və bloka uyğun şəkildə təqdim
olunmasına görə məsuliyyəti məhz efir rejissoru daşıyır.
S
əs rejissoru adından da göründüyü kimi süjetlərdə jurnalist səsinə,
interküy
ə və musiqiyə cavabdehdir. Sadalanan səslərdən daha önəmli olanı əlbəttə
ki, jurnalistin s
əsidir. Lakin həmin səsin fonunda materialda əlavə səslər - interküy
v
ə musiqi də var. Odur ki, rejissor əlavə səslərin əsas səsi üstələməməsinə və əsas
s
əsin daha aydın eşidilməsinə çalışır.
Jurnalistl
ə birbaşa çəkiliş meydançasına yollanan və montaj prosesinə
r
əhbərlik edən şəxs çəkiliş rejissorudur. Hadisə yerində çəkiliş rejissoru olduqda
jurnalist daha s
ərbəst olur, bütün diqqətini öz işinə yönəldir və teleoperatorun
f
əaliyyətini izləmir. Həm çəkiliş zamanı, həm də montaj prosesində rejissorun
iştirakı materialın daha uğurlu alınmasında bilavasitə mühüm rol oynayır.
Televiziyada baş rejissor rəhbər işçi sayılır və bütün redaksiyalarda çalışan
rejissorlara r
əhbərlik edir.
Teleoperator – ç
əkiliş prosesinin və görüntülərin daha uğurlu alınmasına
cavabdeh olan şəxsdir. Peşəkar teleoperator istifadə etdiyi kameranın bütün
funksiyalarını bilməli, işıqla işləməyi bacarmalıdır. Lakin hər bir teleoperator peşə
t
əcrübəsi ilə yanaşı, qeyri-adi ideyalara və ya yaradıcılıq fantaziyalarına, kadr
duyumuna malik olmalıdır. Çəkiliş prosesində uğurlu kadr tapmağa çalışan, ilk
d
əqiqədən ətraf aləmi müşahidə edən peşəkar teleoperator paralel olaraq reportyora
n
əzər yetirməli, onun tapşırıqlarına əməl etməlidir.
Jurnalist tamaşaçı üçün sanki bələdçi rolunu oynayır. Teleoperator isə
tamaşaçının görən gözüdür. Odur ki, televizor qarşısında əyləşən hər kəs paralel
olaraq, gördüyünü eşitməyə, eşitdiyini isə görməyə can atır. Bu ilk növbədə
reportyor komandasının öz vəzifəsinin öhdəsindən necə gəlməyindən asılıdır. Əgər
t
əsvir sırası ilə səs arasında əlaqə pozulursa deməli peşəkarlıqdan danışmağa
d
əyməz. Belə halların baş vermə səbəbi ilk növbədə teleoperatorla reportyor
arasında peşəkar əlaqənin qənaətbəxş səviyyədə olmamasıdır. Məsələn, stəndap
zamanı teleoperator reportyorun kadrda yalnız uğurlu görünməsinə fikir verir və
onun dediyi sözl
ərə qulaq asmır. Reportyor əli ilə hər hansı bir yeri işarə edirsə,
dem
ək həmin obyektin hadisə ilə əlaqəsindən danışır. Nəticədə obyekti görmək
imkanından məhrum olan tamaşaçı yalnız jurnalistin dediyi sözlərlə kifayətlənir ki,
bu da arzuolunmaz haldır və reportyor komandasına başucalığı gətirmir.
Qeyd olunan v
əziyyət müsahibə zamanı da yarana bilər. Kamera qarşısında
çıxış edən müsahib istənilən an dönərək nəyi isə göstərə və ya əli ilə nəyəsə işarə
ed
ə bilər. Əgər tamaşaçı müsahibin göstərmək istədiyi, yaxud xüsusi qeyd etdiyi
detalı görmürsə deməli informasiya yarımçıq ötürülüb. Odur ki, teleoperator bütün
Dostları ilə paylaş: |