gül
ərüz şəkildə salamlamalıdır. Əsl peşəkarlıq və sənətə sevgi də məhz bu zaman
ortaya çıxır.
Şərhçi və icmalçi - Şərhçi cəmiyyətdə yaşanan ən önəmli və ictimai
əhəmiyyət kəsb edən hadisələri analitik süzgəcdən keçirən, konkret təkliflərlə çıxış
ed
ən, problemlərdən çıxış yollarını ortaya qoyan şəxsdir. Heç də hər televiziya
şirkəti daxildə şərhçi qrupu yaratmır. TV-lərin əksəriyyəti kənardan ekspertlərin,
ictimai-siyasi xadiml
ərin dəvət olunmasına daha çox üstünlük verir. Şərhçinin ən
böyük m
əqsədi tamaşaçı, dinləyici, yaxud oxucunun çoxsaylı hadisələr
burulğanında düzgün
istiqam
ət götürməsinə yardım etmək, onların şəxsi
fikirl
ərinin formalaşmasına köməklik göstərməkdir. Şərhçi auditoriyanı
inand
ırmağı və müzakirə olunan məsələ ilə bağlı müxtəlif mövqeli insanları
dinl
əməyi bacarmalıdır. Auditoriyanı isə məntiq, xarakter, materiala münasibət
(konflikt
ə sövq etməmək) inandırır. Şərhçi emosiyaları coşdurmamalı, əksinə
problemin m
əntiqli, hüquqi və demokratik prinsiplərə uyğun şəkildə həllinə nail
olmal
ıdır. Aktyorluq bacarığına gəldikdə isə reportyordan fərqli olaraq şərhçi rola
girm
əyi daha cox bacarmalıdır. Çünki efirdə olduğu müddət ərzində onun nə
dem
əsi ilə yanaşı, necə görünməsi də mühüm önəm kəsb edir. Xarici görünüş
informasiyaya inam
ı artıra da bilər, azalda da. Alman jurnalistikasında belə bir
fikir var: “milyonlarla auditoriya
qarşısında çıxış etməyin məsuliyyətini dərk edən
v
ə bu üzdən həyəcan keçirən jurnalistin çıxışı daha yaxşı alınacaq, nəinki özündən
raz
ı və hər kəsin onu gözlədiyini düşünən jurnalistin şərhi. Öz imkanlarını real
v
əziyyətdən daha yüksək qiymətləndirən jurnalist professional deqradasiyaya
doğru ilk addım atır”.
Lakin b
əzi teleşərhçilər bu fikrin əleyhinə olaraq düşünürlər ki, çıxış zamanı
milyonlarla auditoriya haqq
ında deyil, yalnız ekran qarşısında əyləşən bir şəxs
haqq
ında düşünməlidirlər. Onların fikincə kameraya texnika kimi yox, canlı insan
kimi yanaşmaq lazımdır.
Şərhçinin vəzifəsi telesuflyor olduğu halda asanlaşır. Bu zaman şərhçi mətni
kağıza deyil, bir növ tamaşaçının gözlərinə baxaraq oxuyur, jest və mimikalardan
s
ərbəst istifadə edir. Lakin süflyordan istifadə üçün də vərdiş lazımdır. Axı, şərh
yalnız informasiya vermir . Şərhçi həmçinin auditoriyanın ruhuna təsir edir. Platon
bununla bağlı bir fikir söyləyib: “Natiqliq ruhu idarə edən yaradıcılıq növüdür”.
İcmalçı - hər hansı sahəni mükəmməl bilən, efirdə müəllif verilişi aparan,
şəxsi fikirlərini auditoriyaya çatdıran, təqdim olunan görüntülərin mənalarını
açıqlayan, studiyadakı qonaqlarla fikir mübadiləsi aparan şəxsdir. Bu insan böyük
h
əyat təcrübəsinə malik, dünyanın bir sıra ölkələrində olan, ictimai maraq kəsb
ed
ən şəxsdir. Əlbəttə, burda kameranı duymaq, ekran qarşısında əyləşən çoxsaylı
auditoriyan
ı hiss etmək bacarığı da əsasdır.
İcmalçı mahiyyət etibarilə şərhçidən fərqlənir. İlk növbədə ona görə ki,
icmalç
ı studiya şəraitində işləmək və studiyada olan qonaqlarla dialoq qurmaq
bacar
ığına malikdir. Bəzən veriliş icmalçının adı ilə adlandırılır. Məsələn: “Boris
Noktinl
ə gecə”.
İkincisi, icmalçı təbliğatçı, yaxud təşviqatçı deyil. O, daha çox
ensik
lopediyaçıdır. Lakin icmalçı və şərhçi arasında oxşarlıqlar da az deyil. Hər iki
peşə sahibi ekranda öz fikrini ortaya qoyur, şərh edir. Onların şəxsiyyəti tamaşaçı
üçün doğma və maraqlıdır. Hər iki sahə üzrə çalışan şəxslər yaşlıdırlar, böyük
h
əyat təcrübəsinə və intellektual səviyyəyə malikdirlər. Onların hər ikisi gözəl
danışıq qabiliyyəti və artistlik keyfiyyəti ilə seçilir.
İntervyuer, şoumen, moderator - Qeyd olunan ixtisasların hər biri fərqli
xüsusiyy
ətlərə malikdir. Geniş düşüncə tərzinə malik və hər şeylə maraqlanan
intervyuer, dinamik v
ə hazırcavab şoumen, laqeyd görünəcək qədər sakit olan
moderator. Jurnalistin qeyd olunan sah
ələrdən hansını seçməsi onun xarakterindən,
insani keyfiyy
ətlərindən asılıdır. İntervyuer – jurnalistikanın ayrıca qollarından
say
ılır. Lakin elə jurnalist olmaz ki, hansı sahədə çalışmasından asılı olmayaraq bir
d
əfə də olsun müsahibə almasın. İstənilən jurnalist sual verməyi xoşlayır. Bununla
bel
ə, portret, yaxud problem müsahibə əsaslı şəkildə reportyor və ya informasiya
müsahib
əsindən fərqlənir. Reportyor, yaxud informasiya müsahibəsi qısa olur və
əsasən informativ mahiyyət daşıyır. Portret müsahibədə isə psixoloji aspekt ön
planda dayan
ır. Problem müsahibədə müsahib çətin suallar qarşısında qalır,
intervyuer sanki hakim qismind
ə çıxış edir. Bundan əlavə, reportyor, yaxud
informativ müsahib
ədən fərqli olaraq problem, eləcə də portret müsahibə ən azı 30
d
əqiqə, ən yaxşı halda isə 60 dəqiqə davam edir.
Amerika
ədəbiyyatlarında böyük müsahibəyə hazırlıq sanki önəmli döyüş
üçün t
ərtib olunmuş hazırlıq planına bənzəyir. İnformasiyalı müsahibədə reportyor
v
ə onun həmsöhbəti ümumi problemin həlli istiqamətində sanki həmkar kimi çıxış
edir v
ə problemdən çıxış yollarını auditoriyaya çatdırmağa çalışır. Bu cür
müsahib
ələrdə həmçinin qarşı tərəfin hazırlaşmağına, necə deyərlər nəfəs
d
ərməyinə imkan verilir. Problem, yaxud portret müsahibələrdə isə əsas
m
əqsədlərdən biri həmsöhbəti çətin duruma salmaq, bir növ ona “tələ” qurmaqdır.
İntervyuerin özəlliyi, bacarığı və jurnalistikanın digər qollarından fərqi də budur.
M
əhz buna görə də, müasir dövrdə peşəkar intervyuerlərə rast gəlmək olduqca
ç
ətindir. Müsahibədə emosiyaya, obyektivliyə, ardıcıllığa nail olmaq üçün jurnalist
psixoloji v
ə aktyorluq bacarığını ortaya qoyur. O, məsələdən kifayət qədər
m
əlumatlı olduğunu göstərməli, hətta baxışları, jest və mimikalari ilə qaldırılan
problemin h
əllində maraqlı olduğunu nümayiş etdirməlidir. Bəzən kədərlənməli,
laz
ım olan məqamda isə məsələyə şübhə ilə yanaşmalıdır. Bəzən də özünü elə
göst
ərməlidir ki, guya deyilən sözləri kifayət qədər aydın başa düşmür. Bu zaman
müsahib öz mövqeyini daha aç
ıq şəkildə ortaya qoyaraq, əlavə məlumatlar verir.
Ad
ətən gənc jurnalistlər müsahibin nə dediyinin fərqinə varmır, hətta onu başa
düşməsələr belə müti halda başlarını yelləyirlər. Peşəkar intervyuer müsahibənin
əvvəlindən həmsöhbətinə müxtəlif manevrlərlə təsir göstərməyə cəhd edir. Lakin
bütün c
əhdlərin əsas hədəfi müsbət sonluğa nail olmaqdır. Müsahibənin sonuna
yax
ın jurnalist müsahibi öz strateji planına uyğun “idarə edir”, tamaşaçını sonadək
h
əyəcan, gərginlik içində saxlayır. Müsahib kamera ilə deyil, sizin gözlərinizlə
kontaktda olmal
ı, psixoloji baxımdan sizin təsirinizə düşməlidir. Yadda saxlayın
ki, sizin bax
ışlarınız, səs tonunuz, jest və mimikalarınız müsahibə və müsahibənin
gedişinə birbaşa təsir göstərir. Professional jurnalistlər deyir: “Önəmli mövzu ilə
bağlı fikir mübadiləsi aparan iki-üç alicənab insana diqqətlə fikir verin. Burda
utanmaq, ç
əkinmək kimi hisslərdən söhbət belə gedə bilməz. Burda yalnız ciddilik,
sözü üz
ə demək kimi keyfiyyətlər hakimdir. Onlar bir-birlərinin gözlərinə baxırlar.
Dostları ilə paylaş: |