Redaktor –
televiziyada baş redaktordan sonra əsas strateji işçi sayılır. Gün
ərzində redaksiyaya daxil olan materialları diqqətlə nəzərdən keçirən redaktor,
yazılan xəbərin yalnız cümlə quruluşu və dilin qrammatik tələblərinə nə dərəcədə
cavab verm
əsini müəyyən etmir. Redaktor həmçinin jurnalistin öz materialında
yararlandığı faktları, informasiya mənbələrini, reportyorun məsələyə münasibətini
ciddi şəkildə yoxlayır. Azacıq uyğunsuzluq və ya şübhə yaranan zaman redaktor
materialı jurnalistə qaytara və materialın yenidən işlənməsini tələb edə bilər. Qeyd
olunanla
rla yanaşı, redaktor efirə təqdim olunacaq materialın televiziyanın tutduğu
v
ə önəm verdiyi strateji xəttə, yaradıcılıq prinsiplərinə nə dərəcədə uyğun gəldiyini
mü
əyyənləşdirməli, ictimai qınağa səbəb ola və televiziyanın nüfuzuna xələl gətirə
bil
əcək fikirləri redaktə etməlidir. Televiziyada adətən üç, dörd, yaxud beş redaktor
çalışır. Bu xəbər buraxılışlarının sayından, gündəlik iş rejimindən asılıdır.
Redaktorun h
ər hansı materialda faktı, müsahibəni, ya da stəndapı çıxartmaq,
yaxud
əlavə etmək hüququ var.
Prodüser - daha çox jurnalistin dostudur des
ək, yəqin ki, yanılmarıq. İngilis
dilind
ən ( producer) götürülüb, mənası “mütəxəssis” və ya “idarəedici” (yaxud
idar
əetməyə kömək edən şəxs) deməkdir.
Prodüser redaksiyada sanki katalizator rolunu oynay
ır. Jurnalistlərin
vaxt
ında hadisə yerinə çıxması, çəkilişdən vaxtında qayıtması, materialın tez bir
zamanda yaz
ılaraq, redaktora təqdim edilməsi və montaj olunmasına birbaşa
n
əzarət edən prodüser, işin ümumi gedişini daim diqqət mərkəzində saxlayır.
Bundan
əlavə, prodüserin işi jurnalistləri mövzu ilə daha yaxından tanış etmək,
müsahibl
ər tapmaq və ya müsahiblərin seçilməsində onlara kömək göstərməkdir.
Televiziyada haz
ırlanan mövzuların əksəriyyətini məhz prodüser irəli sürür. Hətta
h
ər bir jurnalistin yaradıcılıq qabiliyyətinə bələd olan prodüser hansı mövzunun
kim t
ərəfindən hazırlanacağını da əksər hallarda özü müəyyən edir.
Prodüser h
əmçinin jurnalistlərlə baş redaktor arasında körpü rolunu oynayır.
Hadis
ə yerində hər hansı sürpriz və ya xoşagəlməz hallarla rastlaşan, yaxud
ç
əkilişdə yaranmış vəziyyətlə bağlı rəhbərliyin fikrini öyrənməyə çalışan reportyor
baş redaktora deyil, məhz prodüserə müraciət edir və sualını da birbaşa ona
ünvanlayır. Prodüser bu zaman ya özü məsələyə münasibət bildirir, yaxud da baş
redaktorun q
ərarını reportyora çatdırır.
Bel
əliklə, reportyor hansı hallarda prodüserlə əlaqə saxlamalıdır?
-
Material
ın VMY, yaxud nemoy formasında tələb olunduğunu
mü
əyyən etmək üçün;
-
Materialda qabard
ılacaq əsas ideyanın və ya faktın müəyyən edilməsi
üçün;
-
Süjetl
ə bağlı müsahiblərin seçilməsi və onlarla əlaqələrin qurulması
üçün;
-
Hadis
ə yerinə gələn gözlənilməz qonaqlar və ya dövlət rəsmilərindən
müsahib
ə almazdan öncə həmin müsahibənin lazım olub – olmadığını
bilm
ək üçün;
-
Hadis
ə yerində olan önəmli şəxsdən müsahibə almazdan öncə sualları
d
əqiqləşdirmək və ya redaksiya əməkdaşlarının da həmin şəxsə aid
suallar
ını öyrənmək üçün;
-
Ç
əkiliş prosesinin uzun çəkməsi, nəqliyyat vasitəsinin gecikməsi,
yaxud t
ıxaclar üzündən materialı vaxtında efirə çatdırmaq mümkün
olmad
ıqda;
Apar
ıcı - televiziyanın simasıdır. Buraxılışın nə dərəcədə uğurlu alınması ilk
növb
ədə aparıcıdan asılıdır. Belə ki, aparıcı yüksək peşəkarlıqla tərtib olunmuş
ist
ənilən buraxılışı korlaya, yaxud əksinə, maraqlı materiallardan ibarət olan bloku
gözl
ənildiyindən də artıq uğurla efirə təqdim edə bilər. Peşəkar aparıcılar
aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
-
X
əbəri duymaq və hadisələrin inkişaf tempi ilə ayaqlaşmaq;
-
T
əmiz və səlis danışıq qabiliyyətinə malik olmaq;
-
Jest v
ə mimikalardan yerində və ən əsası təbiiliyi qorumaq şərti ilə
istifad
ə etmək, süni pafos və gülüşlərdən qaçmaq;
-
Suflyordan peşəkar istifadə bacarığı;
-
Bloka daxil olan x
əbərlərlə tanışlıq və xəbərlərin maraqlı təqdimatını
yazma bac
arığı;
-
Bloka daxil olan x
əbərləri istər operativlik, istər ictimai önəm, istərsə
d
ə məntiqi ardıcıllıq baxımından düzgün qruplaşdırmaq;
-
Aktyorluq keyfiyy
ətlərinə malik olmaq;
T
eleviziyada işləmək arzusunda olan gənclər əksər hallarda aparıcılığa daha
çox can atır və bu vəzifəni ecazkar, hətta əlçatmaz, qeyri-adi, həmçinin məşhurluğa
aparan
ən qısa yol kimi qəbul edirlər. Deyilən fikirlərin hər biri ayrı–ayrılıqda
doğrudur. Lakin bu arzu ilə yaşayanlar nəzərə almalıdırlar ki, aparıcılıq nə qədər
c
əlbedici olsa da, bir o qədər çətin və mürəkkəb vəzifədir. Məhz buna görə də,
aparıcı olmaq istəyən gənc jurnalistlər məsələnin məsuliyyətini və çətinliyini dərk
etdikd
ən sonra efirə can atsalar daha məqsədyönlü olar. Jurnalist aparıcılığa qədər
mütl
əq jurnalistikanın və ümumiyyətlə, yaradıcılığın sirlərini öyrənməli, dəfələrlə
ç
əkiliş meydançalarında olmalı və öz materiallarını sərbəst, dilin qrammatik
t
ələblərinə uyğun yazmağı bacarmalı, fikrini sərbəst ifadə etməlidir. Əks halda
peşəkar aparıcılıqdan söhbət gedə bilməz. Hətta peşəkar aparıcılar da operativ
yazma v
ə düşünmə keyfiyyətləri, jurnalist bacarığı və reportyor duyumunu yaddan
ç
ıxarmamaq üçün imkan düşən kimi çəkilişə gedir və öz bacarıqlarını ortaya
qoyurlar.
Peşəkar aparıcı həmçinin peşəkar psixoloq olmalıdır. O, təqdim etdiyi
hadis
əni yaşamalı və onu tamaşaçıya da yaşatmalıdır. Aparıcının bütün diqqəti, jest
v
ə mimikaları, daxili ailəmi, duyğuları, hiss və həyəcanı dediyi sözlərlə üst-üstə
düşməli, bir növ paralellik yaranmalıdır. “Efirdə necə görünürəm?” sualı üzərində
baş sındıran və yalnız özünü nümayiş etdirmək üçün efirə çıxan aparıcı heç bir
halda peşəkar sayıla bilməz.
Əlbəttə, aparıcı da insandır və onun da şəxsi həyatı və ya problemləri var.
Lakin unutmaq olmaz ki, h
əmin problemlərin tamaşaçılara heç bir aidiyyəti yoxdur
v
ə ekran qarşısında əyləşənlər aparıcıya baxmaqla mənfi deyil, müsbət impulslar
almalı, imkan daxilində yüksək əhval–ruhiyyə əldə etməlidirlər. Hətta efir qabağı
yaxınları ilə bağlı ağır xəbər eşidən aparıcı ya ümumiyyətlə efirə çıxmamalı, ya da
h
əmin xəbəri unutmaqla aktyorluq keyfiyyətlərini ortaya qoyub, tamaşaçıları
Dostları ilə paylaş: |