istifad
ə etmək lazımdir. Süjeti məhz hansı Taym Code-dan sonra yığacağınızı da
efir rejissorundan soruşsanız pis olmaz.
Efir
ə təqdim olunacaq materialların bloka uyğun, ardıcıllıqla yığıldığı kasset
is
ə master adlanır. Bu kassetlə yalnız efir rejissoru çalışır. O, predmasterdəki
materialları masterə köçürməklə həm süjetlərin ardıcıl düzülüşünü təmin edir, həm
materialların xronometrajını qeyd edir, həm də süjetlərin bitmə (out) Time Code-
larını hər materialın qarşısından yazır. Yalnız bundan sonra buraxılışı efirə hazır
hesab etm
ək olar.
Suflyor – frans
ız sözü olub, (
souffleur)
m
ənası “gizlicə söyləyən”, “yerindən
söyl
əyən”, “pıçıldayan” deməkdir. Suflyor aparıcının xüsusən canlı verilişlər
zamanı efirə oxuduğu sözləri əks etdirən monitordur. Suflyordan istifadə aparıcını
tamaşaçıya daha da yaxınlaşdırır, onun sərbəstliyini artırır və aparıcı ilə tamaşaçı
arasında səmimi münasibət, xoş ünsiyyət yaradır. Başqa sözlə, aparıcı qarşısındakı
kağızlara deyil, birbaşa monitora və ya tamaşaçının gözünə baxmaqla
informasiyanı ötürür ki, bu da aparıcıya, onun dediyi xəbərə inamı daha da artırır.
Suflyoru b
əzən aparıcı özü əlinin altında olan rolik və ya stolun altında yerləşən
pedalla idar
ə edir. Bəzənsə suflyor ayrıca şəxs tərəfindən idarə olunur. Aparıcının
x
əbəri oxuma sürətini diqqətlə izləyən suflyorçu sözlərin hərəkətini də bu tempə
uy
ğun tənzimləyir. Aparıcılığa yeni başlayanlar əksər hallarda suflyorla işləməkdə
ç
ətinlik çəkir, xüsusən də suflyorda sətirlərin yerini səhv salacaqlarından qorxaraq
gözl
ərini belə qırpmırlar.
Əlbəttə, suflyorla bağlı problemlər praktikada yetərincədir. Məsələn,
kompyuterin donması və ya suflyorun açılmaması, suflyorçunun əlinin təsadüfən
yanl
ış düyməyə dəyməsi ilə sözlərin sürətlə hərəkət etməsi və s. gözlənilməz
m
əqamlardandır. Amma narahat olmağa dəyməz. Tədricən belə vəziyyətlərdən də
u
ğurla çıxa biləcəksiniz. Yadda saxlayın ki, kamera qarşısında yaşanan hər bir
gözl
ənilməz hal sizi peşəkarlığa bir addım da yaxınlaşdırır. İllər ərzində qazanılan
z
əngin iş təcrübəsi istənilən çətin vəziyyətdə köməyiniz olacaq. Təsadüfi deyil ki,
p
eşəkar jurnalist və ya aparıcı studiyada yaşanan problemi heç bir halda
tamaşaçıya bildirmir və bütün mümkün variantlardan, danışıq qabiliyyəti, jest və
mimikalardan yararlanmaqla h
əmin çatışmazlığı özünəməxsus şəkildə aradan
qaldırır.
Bel
əliklə, telejurnalistikada istifadə olunan əksər terminlərin izahı və onların
xarakterik xüsusiyy
ətləri ilə tanış olduq. Çəkiliş meydançasına yollanmaq olar.
1.5. İlk dəfə çəkiliş meydançasında...
H
əyatınızda ilk dəfə çəkilişə yollanırsınız? Narahat olmağa dəyməz. Siz ki,
t
ək deyilsiniz. Əslində, bütün məsuliyyət sizi çəkiliş meydançasına aparan
jurnalistin üz
ərinə düşür. Məhz o, çəkiliş meydançasından material hazırlamalı,
t
ələb olunan bütün tapşırıqları yerinə yetirməli və vaxt itkisinə yol verməməlidir.
Lakin sizin d
ə işiniz az deyil. Yadda saxlayın, televiziyaya qədəm basdığınız ilk
günd
ən diqqət mərkəzindəsiniz. Sizi kənardan müşahidə edir və işə nə dərəcədə
can yand
ırdığınızı öyrənirlər. Axı işə qəbul olunub-olunmayacağınız da məhz
h
əmin keyfiyyətlərə əsasən müəyyən olunacaq. Odur ki, aktiv olun və çəkiliş
meydanças
ında jurnalistlə teleoperator arasında gedən peşəkar dialoqa xüsusi fikir
verin. H
əmçinin jurnalistin hansı faktları qeydə aldığına, kimdən və nə zaman
müsahib
ə götürdüyünə, hətta müsahibinə necə yanaşmasına nəzər yetirin.
Ç
əkilişə jurnalist cavabdehdir deyib, hadisə yerinə əliboş yollanmaq
ağılsızlıq və məsuliyyətsizlik olardı. Ümumiyyətlə, yanınızda jurnalistin olduğunu
unutmağa çalışın. Sanki bu, sizin ilk çəkilişinizdir və süjetə də məsul sizsiniz. Odur
ki, qeyd d
əftərinizi unutmayın və müsahibin dediyi və ya hadisə yerindən
toplad
ığınız faktları səliqə ilə qeyd edin. Müşahidə aparmaqla yanaşı həm də daha
maraql
ı, qeyri adi faktları toplamağa çalışın.
Prosesi sona q
ədər izləyin. Çəkiliş bitdikdən sonra jurnalistlə teleoperator
aras
ında peşəkar dialoq davam edir. Onlar adətən çəkiliş meydançasında yaşanan
ən maraqlı məqamları müzakirə edir, süjetin ilkin konturlarını cızırlar.
Redaksiyada is
ə sizin birinci vəzifəniz jurnalistlə birgə baxış otağına gedib, çəkilən
kadrlara n
əzər salmaq, müsahibin nə dediklərinə yenidən qulaq asmaqdır. Daha
sonra, jurnalist süjeti haz
ırlamaq üçün kompyuter önünə əyləşəcək. Onun yanında
dayanmaq v
ə suallar vermək lazım deyil. Əlbəttə, çəkiliş təəssüratları, sizi narahat
ed
ən suallar və dəqiqləşdirmək istədiyiniz müxtəlif məqamlar sakit oturmağa
imkan vermir. Lakin bütün bunlar üçün daha münasib vaxt seçs
əniz yaxşıdır.
N
əzərə alın ki, material vaxtında yazılmalı, montaj olunaraq, efirə təqdim
edilm
əlidir. Odur ki, siz də jurnalistin yanında dayanıb, ona tamaşa etmək əvəzinə,
dig
ər kompyuterdə həmin material üzərində işləsəniz daha faydalı olar. Sonra isə
öz yaz
ınızla jurnalistin materialını müqayisə edin. Onun hansı faktlara önəm
verdiyin
ə və cümlə quruluşlarına xüsusi fikir verin. Əgər vaxt imkan verirsə,
yaz
ınızı jurnalistə göstərin və onun fikirlərinə, tutduğu iradlara diqqətlə qulaq asın.
Unutmay
ın, sizin məqsədiniz lider jurnalist olmaqdır. Ecazkar, qeyri-adi mühiti və
yarad
ıcılıq keyfiyyətləri ilə fərqlənən televiziyada qarşınıza çıxan hər şeylə
maraqlan
ın, daha çox informasiya toplamaqla peşəkar reportyor olmağa çalışın.
“Bilm
əmək eyib deyil, bilməyib soruşmamaq eyibdir” prinsipinə əməl edərək, sizi
maraqlandıran məsələləri jurnalist həmkarlarınızdan, prodüser və redaktor
hey
ətindən soruşun. Yalnız bu halda jurnalistikanın sirlərinə daha tez yiyələnmək
v
ə daha maraqlı materiallar ortaya qoymaq olar.
1.6.
Televiziyada aparıcı peşələr
Baş redaktor – Baş redaktor redaksiyanın rəhbəri sayılır. Birbaşa şirkət
r
əhbərinə tabe olan baş redaktorun vəzifəsi rəhbərliyin tapşırıqlarını redaksiya
əməkdaşlarına çatdırmaq, redaksiya daxilində normal iş şəraitinin və sağlam
mühitin formalaşmasına nail olmaqdır. Redaksiyanın nə dərəcədə məhsuldar
çalışması bilavasitə baş redaktordan, onun verdiyi tapşırıqlardan asılıdır.
Əməkdaşlarla müntəzəm olaraq görüşən baş redaktor hər səhər iş gününün
planlaşdırılmasına, mövzuların bölüşdürülməsi və süjetlər üçün müsahiblərin
seçilm
əsinə, redaksiya işçilərinin istənilən məsələyə məsuliyyətlə yanaşması və
n
əticədə efirə təqdim olunan buraxılışların nə dərəcədə uğurlu alınmasına nəzarət
edir.
Baş verə biləcək hər hansı xoşagəlməz hadisə ilə bağlı məsuliyyəti də ilk
növb
ədə məhz o, daşıyır.
Dostları ilə paylaş: |